Milli Kitabxanada "Xalq yazıçısı Qılman İlkin" adlı kitab sərgisi açılıb - FOTO

Image

Azərbaycanın Xalq yazıçısı Qılman İlkin 1914-cü il aprel ayının 28-də Bakının Mərdəkan kəndində anadan olub.

Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə "Yaralı şahin" adlı hekayəsi ilə başlayıb. Onun Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi "Həyat yollarında" adlı povesti 1947-ci ildə çapdan çıxıb.

"Qalada üsyan", "Dəniz qapısı", "Madam Qədri" adlı romanların, "Həyat yollarında", "Ömrümün cavan çağları", "Üçtəpə uşaqları", "Dəniz həmişə göy olur", "Şimal küləyi" və digər povestlərin, “Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Çətin döngələr", "Baba və nəvə", "Həyat sınaqları", "Qarışqa şıllaq atdı" pyeslərin və silsilə hekayələrin müəllifidir. Onun "Bakı və bakılılar" kitabı isə təkcə Bakının deyil, ətraf kəndlərin tarixinə dair zəngin materialların yer aldığı qiymətli mənbədir.

1994–2000-ci illərdə "Sən Bakını tanıyırsanmı?", "Tovuz lələyi" kitabları kütləvi tirajla nəşr olunub.

Yazıçı bir sıra xalqların dillərinə tərcümə olunaraq ölkəmizin hüdudlarından kənarda yayılan əsərləri ilə nəsrimizi layiqincə təmsil edib. Eyni zamanda onun tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Qılman İlkin Azərbaycanın kino salnaməsinə daxil olmuş bir neçə bədii filmin və televiziya tamaşalarının ssenari müəllifi kimi də tanınıb. Xalq yazıçısının əsərlərinin əksəriyyəti uzun müddət televiziyada nümayiş olunub, "Təzə şagird" pyesi isə tamaşaya qoyulub. Onun "Qalada üsyan" romanı əsasında "Azərbaycanfilm"də "Yenilməz batalyon" filmi çəkilib. Yazıçı, eyni zamanda "Kölgələr sürünür" filminin və bir neçə sənədli film və televiziya tamaşalarının ssenari müəllifidir.

 Qılman İlkinin müasir Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında səmərəli xidmətləri qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Azərbaycan Respublikasının "Xalq yazıçısı" və "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb.

Gununxeberi.az xəbər verir ki,bu gün Qılman İlkinin anadan olmasının 110 ili tamam olur. Bu münasibətlə Milli Kitabxanada yazıçının həyat yolu, fəaliyyəti və yaradıcılığı ilə bağlı “Xalq yazıçısı Qılman İlkin” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtibçisi, ön söz, məsləhətçisi olduğu və redaktə etdiyi kitablar, həyatı və yaradıcılığı haqqında yazılmış ədəbiyyatlar Azərbaycan və rus dillərdə nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.








XƏBƏR LENTİ

13.05.2024 | 13:54
Elm və təhsil komitəsinin iclasında

13.05.2024 | 13:53
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar acıqlandı

13.05.2024 | 13:50
Prezident Xocalı məhkəməsinə sədr təyin etdi - Foto

13.05.2024 | 13:48
Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb

13.05.2024 | 13:45
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir

13.05.2024 | 13:43
Prezident onları hakim təyin etdi - SƏRƏNCAM

13.05.2024 | 13:37
Qanunsuz estetik əməliyyatlar edən 9 klinikanın rəhbərliyi cəzalandırıldı

13.05.2024 | 13:33
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

13.05.2024 | 13:27
Bu gün biz dirçəldilən Şuşanı görürük

13.05.2024 | 12:31
Tarixi gün: Şuşaya ilk köç...

13.05.2024 | 12:18
Prezident qəbul keçirib - FOTO

13.05.2024 | 11:58
Artıq Şuşanın yeni bir tarixi başlayır

13.05.2024 | 11:40
Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar

13.05.2024 | 11:26
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb-Fotolar

13.05.2024 | 11:17
Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar

13.05.2024 | 11:06
ATƏT sədri İrəvanda

13.05.2024 | 11:03
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ

13.05.2024 | 11:01
Ermənistandakı etirazlarda 134 nəfər saxlanılıb

13.05.2024 | 11:00
Türkiyə Azərbaycan Universitetinin tədris binasının yeri MÜƏYYƏNLƏŞDİ

13.05.2024 | 10:58
İlham Əliyev baş katibi qəbul edib

13.05.2024 | 10:38
Rusiyanın müdafiə nazirliyinə yeni namizəd olan Andrey Belousov kimdir?

13.05.2024 | 10:36
Deputatın maşını cəbhə zonasında partladı - Özü də içində imiş...

13.05.2024 | 10:35
Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi APARILACAQ

13.05.2024 | 10:06
Mayın 13-də Bakıda PISA üzrə II İSESKO Nazirlər Konfransı işə başlayıb

13.05.2024 | 10:04
Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonunun Volçansk şəhərinə daxil olub

13.05.2024 | 10:01
Belqorodda qismən çökən binanın dağıntıları altından axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri başa çatıb.

13.05.2024 | 09:59
Ukrayna müharibənin 810-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

13.05.2024 | 09:57
Sədərək TM-də güclü yanğın başladı - Video

13.05.2024 | 09:51
Gürcüstan parlamenti "xarici agentlər haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib

13.05.2024 | 09:46
“AzerGold” QSC-nin növbəti qızıl sikkəsi Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub

13.05.2024 | 09:43
Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır

13.05.2024 | 09:37
Etibarlı tərəfdaş

13.05.2024 | 09:25
Donuz böyrəyi köçürülən şəxs ÖLDÜ

13.05.2024 | 09:21
Putinin mülki şəxsi müdafiə naziri təyin etmək qərarı ilə bağlı AÇIQLAMA

13.05.2024 | 09:18
Bu həftə də tıxacla başladı - Fotolar

12.05.2024 | 23:35
Xalq artistinin arxiv görüntüləri paylaşıldı - FOTO

12.05.2024 | 23:33
DİN kiberdələduzluqla bağlı vətəndaşlara müraciət etdi

12.05.2024 | 23:31
Mirzoyan Almatıya bu ümidlə getmişdi - alınmadı... - Video

12.05.2024 | 23:29
Abramyan bilmədən şok sirri açdı: Bu xəritə gizlədilir!

12.05.2024 | 23:04
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovu təklif edib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031