Azərbaycan-Qırğız İnkişaf Fondu.

Image

Azərbaycan-Qırğız İnkişaf Fondu.

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Hələ Sovet İttifaqı dönəmin də hər iki xalq arasında mədəni əlaqələ rinkişaf edib. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. 

“Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” 11 oktyabr 2022- ci il tarixində  Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanmışdır.  Fondun Qırğızıstanın Çolpon-Ata və Bakı şəhərlərində keçirilən iclaslarında qurumun fəaliyyətinin təşkilinə dair sənədlər qəbul edilib, İdarə Heyətinə üzvlər təsdiqlənib. Bu İnkişaf Fondu Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək, iqtisadiyyatı modernləşdirmək və inkişaf etdirmək məqsədilə yaradılmışdır.  Fondun yaradılmas ıinvestisiya sahəsində əməkdaşlığın aktivləşməsi və genişlənməsinə təkan verəcək. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlər və borclar verəcək, kapitalda iştirak edəcək və digər maliyyə alətlərindən istifadə etməklə, o cümlədən, aşağıdakı sahələr üzrə təsisçilər üçün prioritet layihələrə investisiya qoyacaqdır. 

Qırğız Respublikasının Joqorku Keneşi tərəfindən 2024-cü il aprelin 17-də qəbul edilmiş qanunvericilik “Azərbaycan-Qırğızıstan İnkişaf Fondu”nun Qırğızıstan ərazisində fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Nizamnamə kapitalına qoyulan vəsait Azərbaycan tərəfindən, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə, Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır. Sazişin əsas müddəalarına Fondun binalarının toxunulmazlığının tanınması daxildir. Qırğızıstanın dövlət rəsmilərinin onlara girişi yalnız Fondun İdarə Heyətinin həm Qırğızıstan, həm də Azərbaycandan olan həmsədrlərinin razılığı ilə təmin edilir. Bundan əlavə, Fondda çalışan Qırğızıstan vətəndaşı olmayan şəxslər beynəlxalq hüquq və Qırğızıstanın təcrübəsinə uyğun olaraq diplomatik nümayəndələrə verilən diplomatik imtiyaz və immunitetlərdən istifadə edəcəklər. Bundan əlavə, sazişdə Fond tərəfindən xidməti istifadə üçün gətirilən əşyaların və əmlakın beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri üçün müəyyən edilmiş protokollara uyğun olaraq gömrük rüsumlarından, vergilərdən və bununla bağlı rüsumlardan azadedilməsi nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Azərbaycan-Qırğız İnkişaf Fondu” bu istiqamətdə səmərəli platformadır. İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstandaq eydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatıracaq. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin 11-12 oktyabr 2022-ci il tarixlərində Qırğızıstana dövlət səfəri zamanı yaradılmış “Azərbaycan-Qırğızıstan İnkişaf Fondu” iqtisadi əməkdaşlığı gücləndirmək, sənayeni modernləşdirmək və iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi daşıyır. Bu gün Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaqdır. 

 

 

YaqubluŞəfiqə, 

Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi.

 








XƏBƏR LENTİ

07.05.2024 | 18:42
Ömrünü xalqına bağışlayan Dahi Lider

07.05.2024 | 18:23
QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub

07.05.2024 | 17:36
Pirallahı rayonunda Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası və konfrans keçirildi

07.05.2024 | 17:25
Mənim söz dünyam

07.05.2024 | 17:17
Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

07.05.2024 | 17:10
Ankarada Ulu Öndər Heydər Əliyevin gününə həsr olunmuş tədbirlər keçiriləcək

07.05.2024 | 16:28
Paşinyan: Vasitəçilərin səmərəsizliyi Bakı ilə danışıqlardan imtina etmək üçün əsas deyil

07.05.2024 | 16:26
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb

07.05.2024 | 16:25
Azərbaycan-Slovakiya sənədləri imzalandı - Foto

07.05.2024 | 16:25
Kuba Prezidenti Rusiyada səfərdədir

07.05.2024 | 16:19
Bolqarıstan Prezidenti Rumen Radev bu gün Azərbaycana rəsmi səfərə gəlib.

07.05.2024 | 16:17
Novruz Məmmədov vəzifəsindən azad edildi

07.05.2024 | 16:03
Hafiz Kərimov: Heydər Əliyev tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl xalqın xilaskarı olub

07.05.2024 | 15:58
Suriyadan 5-i azyaşlı olmaqla 11 ABŞ vətəndaşı ölkələrinə qaytarılıb

07.05.2024 | 15:48
Türkiyədə terrorçuların 27 sığınacağı məhv edilib

07.05.2024 | 15:47
2030-cu ilədək dünyada nə qədər rəsmi iş yerinə ehtiyac olacağı açıqlanıb

07.05.2024 | 15:46
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

07.05.2024 | 15:45
Rusiyanın Parisdəki səfiri Fransa XİN-ə çağırılıb

07.05.2024 | 15:01
Manaf Manafov: Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib

07.05.2024 | 14:20
Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

07.05.2024 | 14:17
Robert Fitso: İmkan olan kimi Qarabağa səfər etmək istərdim

07.05.2024 | 14:16
Bakının Səbail rayonunda yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

07.05.2024 | 14:14
Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)

07.05.2024 | 14:11
İlham Əliyev: “Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır”

07.05.2024 | 14:05
"Qadın sahibkarlar gömrük və vergilərin böyük yük olduğunu bildirirlər" - Bahar Muradova

07.05.2024 | 14:04
"O vaxt büdcə gəlirlərimiz cəmi 100 milyon manat idi" - Deputat

07.05.2024 | 14:02
Qarabağ Universitetində təhsil alanlara bu güzəştlər EDİLƏCƏK

07.05.2024 | 13:37
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

07.05.2024 | 13:34
Hərbi qulluqçuların vəzifələri artırılır

07.05.2024 | 13:30
Prezidentin Slovakiya Baş naziri ilə təkbətək görüşü oldu - Foto

07.05.2024 | 13:06
Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir" adlı tədbir keçirilib

07.05.2024 | 13:02
Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 7 may tarixli plenar iclasında çıxışı

07.05.2024 | 12:59
Mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Baş naziri Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb

07.05.2024 | 12:57
“Bəzi dövlət qurumlarının yaratdığı “Qaynar xətlər” öz adına uyğun fəaliyyət göstərmir”

07.05.2024 | 12:55
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. - Canlı

07.05.2024 | 12:52
İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri sürətlə davam etdirilir

07.05.2024 | 12:47
Milli Məclis Mehriban Əliyevaya məktub ünvanladı

07.05.2024 | 12:20
YAP Goranboy rayon təşkilatı ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir

07.05.2024 | 11:58
Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

07.05.2024 | 11:55
Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031