Pirallahı rayonunda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş Günü: Milli Birlik və Qürur Günü” mövzusunda konfrans keçirilmişdir

Image

13 iyun 2024-cü il tarixdə Pirallahı rayonunda 15 iyun-Milli Qurtuluş Günü

münasibətilə “Qurtuluş Günü: Milli Birlik və Qürur Günü” mövzusunda

konfrans keçirilmişdir. Tədbirdə RİH başçısı Vasif İmanov, “Səs” Media qrupunun

rəhbəri Bəhruz Quliyev, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, YAP Pirallahı

rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları,

rayon ərazisində fəaliyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və kollektiv

üzvləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, Vətən müharibəsi

iştirakçıları, şəhid ailələri, fəal gənclər iştirak etdilər.      

      Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü

önünə gül qoyma mərasimi ilə başlamışdır.

         İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və

şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 15 iyun-Milli Qurtuluş

gününə həsr olunmuş video-çarxa baxılmışdır.

       YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək bildirdi ki, hər

bir xalqın taleyində elə günlər olur ki, onlar tarixə qızıl hərflərlə yazılır.

Azərbaycan xalqının da taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən

önəmlisi 15 İyun - Milli Qurtuluş Günüdür. Həmin tarixi gündən bizi 31 illik

zaman ayırır. 1990-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr onu göstərdi ki,

Azərbaycanın nicatı yalnız ulu öndərin ideyalarındadır. Ölkəmizdə anarxiya və

xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə sürüklənirdi.

Ölkəmiz real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Bir sözlə, qurtuluş

Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli

liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi. Məhz bu tarixi

qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı,

ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi.

     Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini Arzu Əliyevaya çıxışında bildirdi ki,

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəyə

rəhbərlik etdiyi müddətdə Azərbaycanı çətin vəziyyıətdən çıxarmaq üçün

zəruri addımlar atmışdır. Azərbaycan-Ermənistan arasında atəşkəsin

imzalanmasına nail olunmuş, ölkə iqtisadiyyatının inkişafına təkan verən ən

böyük strateji əhəmiyyətli “Əsrin müqaviləsi” imzalanmış, dövlət quruculuğu

istiqamətində yeni Konstitutsiya qəbul olunmuş, müstəqillik dövründə Milli

Məclisə seçkilər keçirilmiş, yerli özünüidarəetmə orqanlarının

formalaşdırılması istiqamətində bələdiyyə seçkiləri keçirilmiş, Azərbaycan

Respublikası Avropa Şurasına qəbul edilmiş, Dünya Azərbaycanlılarının I

Qurultayı təşkil olunmuşdur. Bu gün biz qurtuluşun əhəmiyyətini dərk

edərək, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və ölkəmizin

inkişafına öz töhfəmizi vermək üçün birlikdə çalışmalıyıq.

“Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev bildirmişdir ki, bu gün milli

qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında


özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi

və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya

prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern

cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bütün varlığı ilə vətəninə bağlı olan

dünya şöhrətli  dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş,

respublikamıza rəhbərliyinin bütün dövrlərində xalq qarşısında misilsiz xidmətlər,

xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana

rəhbərlik etdiyi vaxtlarda xalqımızın rifahını düşünərək bu ali amal uğrunda

yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq

qazanmışdır.

Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxışında vurğuladı ki, Azərbaycan

xalqının taleyində əlamətdar yer tutan bu gün, ölkəmizin suverenliyinin qorunması

və müstəqilliyimizin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir. 1993-cü

ilin həmin günündə xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Ali

Sovetinin sədri seçilərək ölkənin rəhbərliyinə gəldi və Azərbaycanı vətəndaş

müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Beləliklə, Azərbaycan üçün

tarixi dönüş nöqtəsi başladı. O vaxt ölkə ciddi siyasi və iqtisadi böhran içində idi,

daxili çəkişmələr və parçalanma təhlükəsi hər an baş verə bilərdi. Belə bir çətin

zamanda Heydər Əliyevin uzaqgörən və qətiyyətli liderliyi sayəsində Azərbaycan

bu təhlükələrdən xilas oldu və stabillik yoluna qədəm qoydu. Ümumilikdə, Ulu

Öndər Heydər Əliyevin fəaliyyəti, müasir Azərbaycanın inkişafı üçün mühüm bir

təməl yaratdı. Onun uzaqgörən siyasəti, ölkənin müstəqilliyini möhkəmləndirərək,

Azərbaycanı regionda güclü və sabit bir dövlətə çevirdi.

Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bu əlamətdar

gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, bu gün mühüm

nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar

xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Xalqımız artıq neçə ildir ki, bu bayramı

yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Qurucusu

Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş

Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə

qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin

olundu. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin

arzuları 27 ildən sonra reallaşdı, cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.

Noyabr ayında COP-29 kimi nəhəng və möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi

Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük diplomatik və siyasi qüdrətin

təntənəsidir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı

olan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər

qazanaraq yeni zirvələr fəth edir.

Tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs Pirallahı Rayon

İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur.




 

 

 


  

 



  







XƏBƏR LENTİ

16.09.2024 | 19:26
Xəzər rayonunda “Bilik Günü ” qeyd olundu

16.09.2024 | 19:06
“Bilik günü” münasibətilə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid övladlarını təbrik etmişdir-Fotolar

16.09.2024 | 19:00
Pezeşkian Türkiyəyə səfər edəcək

16.09.2024 | 18:58
Heydər Əliyev Fondu 122 şagird üçün məktəb inşa etdi - Fotolar

16.09.2024 | 18:57
Xocalıda məktəb açılışı - Fotolar

16.09.2024 | 18:53
Blinken İlham Əliyevə zəng etdi

16.09.2024 | 18:11
“Azərbaycanla birgə layihələr həyata keçirə bilərik”

16.09.2024 | 18:06
Kooperasiya Universitetində "Bilik Günü" qeyd edilib - FOTOLAR

16.09.2024 | 17:58
Prokuror Nazim Bəydəmirliyə 9 il cəza istədi

16.09.2024 | 17:52
Qəzadan sonra ilk dəfə efirə çıxdı - Foto

16.09.2024 | 17:44
42 minə yaxın tələbəyə təhsil krediti verilib

16.09.2024 | 17:40
"Şəhərin yüngülləşməsi üçün paytaxtın köçürülməsinə ehtiyac var" - Fazil Mustafa

16.09.2024 | 17:36
Bu dairələrdə 20 məntəqənin nəticələri etibarsız sayılıb

16.09.2024 | 17:34
"Formula 1"-ə görə bağlanan prospekt və küçələr açıldı

16.09.2024 | 17:29
"Artıq MSK-nın icraatında müraciət qalmayıb" - Məzahir Pənahov

16.09.2024 | 17:24
MSK yekun siyahını AÇIQLADI

16.09.2024 | 17:22
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirildi - VİDEO

16.09.2024 | 16:19
Mehriban Əliyeva şagirdlərə uğur ARZULADI

16.09.2024 | 16:15
Yasamal rayonunun kitabxanaları 15 Sentyabr – Bilik Günü ilə bağlı tədbirlər keçirdilər

16.09.2024 | 16:08
“Zamana sığmayan ömür” kitabının təqdimatı keçirildi

16.09.2024 | 14:55
ADAU-da Bilik Günü qeyd olunub

16.09.2024 | 14:41
"Azərbaycan Dəmir Yolları" yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

16.09.2024 | 14:31
Milli Məclisdə təmsil olunacaq partiyaların sayı açıqlandı

16.09.2024 | 14:30
Nazirdən Bilik Günü münasibəti ilə təbrik - VİDEO

16.09.2024 | 12:49
Pik saatlarda artan taksi qiymətləri - Kimdir müqəssir?

16.09.2024 | 12:24
Bu il İİV-ə yoluxmuş 52 Azərbaycan vətəndaşı narkotik istifadəçisidir

16.09.2024 | 12:23
Emin Əmrullayev Xocalıda məktəb açılışında

16.09.2024 | 12:21
Azərbaycan Vyanada keçirilən turizm tədbirində təmsil olunub

16.09.2024 | 11:38
COP29-la bağlı ezamiyyə xərcləri müəyyənləşdi

16.09.2024 | 11:27
Jurnalist övladları da I sinfə getdilər - FOTOLAR

16.09.2024 | 11:23
Azərbaycan XİN Meksikanı təbrik etdi

16.09.2024 | 10:48
MSK bu gün növbədənkənar seçkilərə yekun vuracaq

16.09.2024 | 10:06
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir

16.09.2024 | 09:53
Uşaq evinin birinciləri ahıllarla birgə məktəbə yollandılar - FOTO

16.09.2024 | 09:49
Bakı-Quba yolunda bədbəxt HADİSƏ: Sürücü öldü

16.09.2024 | 09:47
Ürək bulanması nədən xəbər verir?

16.09.2024 | 09:45
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

16.09.2024 | 09:30
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib - Nazir müavini

16.09.2024 | 09:27
Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı

16.09.2024 | 09:25
Bu günə olan valyuta məzənnələri

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30