Antiterror əməliyyatının indiyədək məlum olmayan DETALLARI

Image



Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov antiterror əməliyyatının təfərrüatını açıqlayıb.

"Gununxeberi.az " həmin detalları təqdim edir:

"Bildiyiniz kimi, əməliyyat 19 sentyabr 2023-cü il saat 13:10-da başladı (saat 13:22-də artıq əməliyyatın başlaması barədə müdafiə nazirliyi rəsmi məlumat verdi) və 20 sentyabr saat 13:00-da bitdi, yəni bir sutkadan az davam etdi. Bu gün fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın şəxsi nəzarəti altında keçirilən antiterror əməliyyatının qısa müddət ərzində, cəmi 23 saat 50 dəqiqəyə, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir.

Qeyd etməliyəm ki, bu əməliyyata Quru Qoşunlarının komando, mexanikləşdirilmiş və motoatıcı bölmələrinin bir qismi, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin bəzi qrupları, eləcə də raket-artilleriya və mühəndis-istehkam bölmələrinin məhdud sayda şəxsi heyəti və döyüş texnikası cəlb olunmuşdu. Düşmənin uzun müddət ərzində qurduğu və möhkəmləndirdiyi mövqeləri əməliyyata cəlb edilmiş bölmələrimiz yüksək peşəkarlıq sayəsində məharətlə yarıb keçə bildi.

Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə edilən tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının effektiv tətbiqi və səmərəli istifadə olunması əməliyyatın uğurla nəticələnməsində böyük rol oynadı.

Vətən müharibəsində və digər əməliyyatlarda olduğu kimi, Azərbaycan Prezidenti, cənab Ali Baş Komandanın əsas göstərişi bu idi ki, qarşıya qoyulmuş tapşırıqlar şəxsi heyət arasında minimum itki ilə yerinə yetirilsin. Bu məqsədlə əməliyyat başlanan kimi Ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan düşmənin legitim hədəflərinə zərbələr endirildi. Dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarılmışdı. Tapşırıqların icrası zamanı qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə uğurlar əldə etmiş və qısa zaman ərzində düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirmişdi.   

Bir faktı da qeyd etməliyəm. Əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilmişdi. Vətən müharibəsindəki təcrübəmizdən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edirdi. Bu da həm sürətli hərəkəti təmin edir, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradırdı. Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az bir vaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına almışdı. Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra etmişdilər.

Demək olar ki, əməliyyatın müqəddəratı tam bizim xeyrimizə uğurla həll olunmuşdu. Məhz Silahlı Qüvvələrimizin birgə fəaliyyəti nəticəsində nail olduğumuz bu üstünlüklərdən sonra separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı təslim olmaq barədə müraciət etmək məcburiyyətində qaldı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirmiş və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etmişdi.

Antiterror əməliyyatının nəticələrindən danışarkən, bir məqamı xüsusi olaraq bir daha qeyd etmək istəyirəm. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, separatizmin kökü kəsildi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilərək ərazilərimizdən çıxarılması mümkün oldu, ölkəmizin suverenliyi tam təmin edilməklə bütün ölkə ərazisində Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olundu.

Mətbuata və geniş ictimaiyyətə indiyədək məlum olmayan bəzi faktları vurğulamaq istərdim. Cəmi bir gün ərzində 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla şəxsi heyət sarıdan itki verdi.

Bəzi statistik məlumatlara da nəzər salınması zənnimcə yerinə düşər. 19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket  qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü.
Əməliyyatın xüsusiyyətlərindən söhbət açarkən qeyd etməliyəm ki, Ordumuzun bölmələri yaşayış məntəqələrinə daxil olmadı və erməni əsilli mülki əhali ilə təmasa girmədi. Yaşayış məntəqələri və orada yaşayan əhali zərər çəkməsin deyə əməliyyatda iştirak edən bölmələrin arxasınca hərəkət edən Daxili Qoşunların qüvvələri ilə mülki əhali silahlı toqquşmadan təcrid edildi. Mülki infrastruktura və əhaliyə, yaşayış məntəqələrinə zərbələr endirilmədi.

Vətən müharibəsində və digər əməliyyatlar zamanı olduğu kimi antiterror əməliyyatı zamanı hərbi polis bölmələri tərəfindən ərazilərdə komendant və patrul xidmətinin təşkili, zərurət yarandıqda marşrutların tənzimlənməsini, hərbi avtomobil texnikalarının müşayiət edilməsi və hərəkətinin istiqamətləndirilməsi, hərbi maşın karvanlarının təhlükəsizliyinin təmin olunması, qoşunların hərəkət etdiyi ərazilərdə təhlükəsizliyin və nizam-intizamın təmin olunmasına nəzarət, mühüm əhəmiyyətli obyektlərin, milli-mədəni irsə aid abidələrin mühafizəyə götürülməsi, düşmən bölmələrinin qoyub qaçdığı silah və texnikaların ərazilərdən yığılaraq aidiyyəti üzrə müvafiq orqanlara təhvil verilməsi, həmçinin erməni əsilli mülkü sakinlərin döyüşlər gedən ərazilərdən uzaq tutulması və qorunması üzrə qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirilmişdir.

Geniş cəbhədə və iti sürətli keçirilən  əməliyyat zamanı düşmənə çox güclü atəş və REM təsiri göstərildi ki, bunun nəticəsində də bölmələrimizin qısa müddətdə ön döyüş mövqelərini düşməndən təmizləyərək sürətlə dərinliyə irəliləməsi təmin olundu. Əməliyyatın gündüz başlamasına və əlverişsiz hava şəraitində, dağlıq-meşəlik ərazidə keçirilməsinə baxmayaraq, bölmələrimizin döyüş hazırlığı, yüksək idarəetmə və nail olduğumuz uzlaşma sayəsində qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və uğurla yerinə yetirildi. Bu gün tam səmimiyyətlə deyə bilərik ki, antiterror əməliyyatı üzrə planda nəzərdə tutulan tapşırıqların icrasının qısa zaman ərzində təmin olunmasında zabit, gizir və əsgər heyətinin peşəkarlığı və əvvəlki döyüş əməliyyatlarında qazandığımız təcrübə böyük rol oynadı".








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30