Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR

Image



Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.

Gununxeberi.az "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.

Bu dövrdə cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Nurəddin oğlu Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

Rüfət Kərimovun şirkətləri ilə hansı qurumlar müqavilə bağlayıb?

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.\Qafqazinfo.az 

Korrupsiyaya bulaşmış həmin rəsmilər kimlərdir?

Rəşad Bəhram oğlu Qasımov - Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini;

Vəfa Yusif qızı Seidova - Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru;

Dilarə Yusif qızı Məşədiyeva - Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru;

Elmar Nazim oğlu Qurbanzadə - Elm və Təhsil Nazirliyinin 8 nömrəli Sanatoriya tipli internat məktəbinin baş mühasibi;

Səbinə Rafiq qızı Vəzirova - Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi;

Mürsəl Fərhad oğlu Mürsəlov - "Sanator-Kurort Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsinin baş direktoru;

Rəşid Kamil oğlu Bədəlov - Səhiyyə Nazirliyinin "Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası" Publik Hüquqi Şəxsinin direktoru.

Rauf Yusif oğlu Qurbanov - Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi;

Seymur Aydın oğlu Şirinzadə - Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi;

Cavahir Nadir oğlu Mütəllimova- TƏBİB-in "Tibbi Reabiltasiya Mərkəzi" Publik Hüquqi Şəxsinin direktoru;

Gülbəniz İbrahim qızı Babaxanlı - Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru;

Əzizağa Bayram oğlu Nəcəfov - Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnsitutunun direktor müavini;

Yuriy Çingizoviç oğlu Babayev - Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini;

Əhməd Rəhim oğlu Panayev - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri;

Elməddin Elşad oğlu Firidov - Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi;

Elman Elim oğlu Verdiyev - Naftalan Şəhər bələdiyyəsinin sədri;

Adları qeyd olunan şəxslər hamısı hazırda bir neçə ağır cinayətdə ittiham olunan Rüfət Kərimovla cinayətkar əlaqəyə giriblər. Qurumlar dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları Kərimovun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib.

Məsələn, Dövlət Akademik Opera və Balet Teatrına parça və bəzək əşyalarının alınması üçün 92 min manat pul ödənməli imiş. Amma direktor müavini bunu bilə-bilə şirkət rəhbərindən bu məbləğə əlavə 27 min manat da göstərilməsini istəyib. Həmin pul nağdlaşdırılaraq mənimsənilib.

Başqa bir misal: Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru dahi şairlə bağlı kitabların nəşrə hazırlanması və bir sıra işlərin görülməsi üçün eyni niyyətlə şirkətə bazar dəyərindən 12 min manat artıq pul köçürüb.

Həmçinin, Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi eyni niyyətlə abadlaşma məqsədilə şam ağacları, gül kolları, yelləncəklər alınması üçün iş görən şirkətə 50 min manat bazar dəyərindən 4 363 manat artıq pul köçürüb.

Bundan başqa, TƏBİB-in "Tibbi Reabiltasiya Mərkəzi" Publik Hüquqi Şəxsinin direktoru təmir işlərinin görülməsi üçün bazar dəyərindən 6 min artıq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri və digərləri də xidmət göstərilməsi adı ilə razılaşdıqları şirkətlərə artıq pullar köçürüblər.

Korrupsiya cinayətlərində qarşıya qoyulmuş əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Yuxarıda qeyd olunan şəxslər hər biri özlərini təqsirli biliblər. Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib. Bundan əlavə, onlar vurduqları ziyanın 25 faizi qədər Baş Prokurorluğun depozit hesabına ödəniş ediblər. Bu əsasla başlanmış cinayət işlərinə ayrı-ayrılıqda bəraətverici əsaslar olmadan xitam verilib.

Şirkət rəhbəri özü də əlbirliklə mənimsədiyi vəsaitləri dövlət büdcəsinə ödəyib. O, mənimsəmədən başqa digər cinayətlərin də törədilməsində təqsirləndirildiyi üçün işinə məhkəmədə hüquqi qiymət veriləcək.








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30