33 il öncə bu gün başlanan yol...

Image





“Ulu Öndər Heydər Əliyevin adı çəkiləndə öncə göz önünə Azərbaycan gəlir. Bütün dövrlərdə Azərbaycanın bu günü və gələcəyi üçün düşünən şübhəsiz Ümummilli Liderin atdığı addımların, gördüyü işlərin xronologiyasını bir yazıda tam əhatə etmək mümkün deyil. Dahi şəxsiyyət Heydər Əliyevin “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” çağırışı onun amalının, məqsədinin nədən ibarət olduğunu açıqlayır”.

“Gununxeberı.az ” xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Bu fikir böyük əminliklə və qürur hissi ilə qeyd edilir ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndərin hakimiyyətinin hər iki dövrü, o cümlədən siyasi fəaliyyətinin Naxçıvan mərhələsi xilaskarlıq missiyası ilə xarakterizə edilir. Dahi rəhbərin hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, xalqımızın özünüdərkini və soykökünə qayıdışını təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü adlandırıla bilər. Məhz həmin illər dahi şəxsiyyətin yenidən böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.

Ümummilli Lider hər zaman xalqının çətin anlarında yanında olub, insanların ümidlərini özünə qaytarmaq üçün bütün zəruri addımları atıb. Azərbaycan tarixinin mühüm səhifəsi kimi dəyərləndirilən 3 sentyabr 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən ötən 33 ilin reallıqları fonunda qarşıdakı dövrün mənzərəsini təqdim etmək heç də çətin deyil. Artıq qalib Azərbaycan yeni reallıqlara söykənərək həm iqtisadi, həm də siyasi mövqeyini daha da möhkəmləndirmək üçün Milli Prioritetləri müəyyənləşdirib və onların həyata keçirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımları ilə diqqətdədir. Bugünümüzün reallığı budur ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin daim arzusunda olduğu Azərbaycandır.

O qeyd edib ki, fenomenal şəxsiyyət olan Heydər Əliyev Naxçıvanda Milli Qurtuluşun, milli dövlət quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Azərbaycanın bu diyarında daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb:

“Onun Naxçıvanda qəbul etdiyi qərarlar, atdığı addımlar müstəqil Azərbaycanın bugünkü və gələcək inkişafı üçün baza rolunu oynayır. Ümummilli Lider istər keçmiş sovet dönəmində, istərsə də Naxçıvan MR Ali Məclisinin Sədri olduğu vaxtlarda, istərsə də 1993 -cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin siyasi, iqtisadi, sosial inkişafı naminə atdığı addımlarında bu məqamı xüsusi olaraq diqqətə çatdırmışdır ki, mənim həyatım, fəaliyyətim bütünlüklə Azərbaycanın uğurlu gələcəyinə, beynəlxalq münasibətlər sistemində nufuz qazanmasına həsr olunub. Dahi şəxsiyyətin arzusu, amalı Azərbaycanı daim müstəqil, iqtisadi cəhətdən dayanıqlı inkişaf etmiş, demokratiya təcrübəsi digər ölkələrə örnək olan ölkə kimi görmək olub”.

V.Rəhimzadə bildirib ki, bugünkü islahatların, yeniliklərin, dünyaya çağırışların təməli məhz o illərdə qoyulub. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskinləşdiyi şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail olub:

“Onun sədrliyi ilə keçirilən sessiyalar biri-birindən əhəmiyyətli məsələlərin müzakirəsi, vacib qərarların qəbulu ilə yadda qalıb. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərarların qəbulu da deyilənlərin təsdiqidir. 1990-cı ildə Bakıda törədilmiş Yanvar hadisələrinə həsr olunmuş Azərbaycan SSR Ali Sovetinin sessiyasının yarımçıq dayandırılmasını qətiyyətlə pisləyərək Naxçıvanda bu məsələnin müzakirəsini vacib hesab edən Ümummilli Lider Heydər Əliyev həqiqəti belə xarakterizə etmişdir: “Mən Azərbaycanın rəhbəri kimi Ermənistanın Dağlıq Qarabağın işlərinə qarışmasına yol vermirdim və bunu vətəndaş, azərbaycanlı kimi borcum bilirdim”.

Yanvar hadisələri törədiləndə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək qanlı qırğını törədənləri ifşa edərək, bu hadisəni hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi qiymətləndirmişdir. Ulu Öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Muxtar respublikada Kommunist Partiyasına məxsus bütün strukturları ləğv etdi”.

Vüqar Rəhimzadə onu da bildirib ki, dahi şəxsiyyətin Naxçıvandakı xidmətlərindən biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən “91-lər”in Ulu Öndər Heydər Əliyevə müraciəti, dahi şəxsiyyətin həmin müraciətə cavabı Azərbaycanın uğurlu gələcəyinin təqdimatı oldu:

“Bu mühüm məqamı da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması, dahi şəxsiyyət Heydər Əliyevin partiyaya Sədrliyi Azərbaycanın həyatında dönüş nöqtələrindən biri oldu. Belə ki, partiyanın yaradılması Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını, ölkəni düşdüyü ağır vəziyyətdən xilasını daha da tezləşdirdi. Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinin mühüm tarixi addımlarındandır”.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsindəki ən böyük xidmətlərindən biri də 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsidir:

“Ulu Öndər daim bu çağırışı edirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Diaspor quruculuğu prosesi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi”.

Baş redaktor diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin qısa vaxt ərzində Naxçıvanda Azərbaycan üçün gördüyü işlərin, həll etdiyi taleyüklü məsələlərin yalnız az bir hissəsini qeyd etdim:

“Dahi rəhbərin Azərbaycanın gələcəyi üçün müəyyənləşdiyi hədəflərin gerçəkləşməsi isə 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra başladı. Müstəqilliyimizin bərpasının ilk illəri hakimiyyətsizlik illəri kimi xarakterizə olunsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan yol Azərbaycana bugünkü uğurları qazandırdı. Ulu Öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkə xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl 2020-ci ildə Azərbaycanın tarixi Zəfərinə yol açdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini atdığı hər bir addımı ilə təsdiqləyən dövlət başçısı İlham Əliyev Azərbaycana möhtəşəm uğurlar qazandırdı. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanan Prezident İlham Əliyev andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik” müraciəti bugünkü reallıqlarda öz əksini tapıb.

Torpaqlarımız tarixi sahibinə qovuşdu, bütün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Hazırda Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni hədəflər var. Hədəflərimiz uğurlu gələcəyimizin təqdimatıdır. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq”.

Fotoda: Vüqar Rəhimzadə













XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30