63 yaşlı şöbə müdirinin qadın tələbəni avtomobildə öldürməsinin - Təfərrüatı
Ötən ilin dekabrında Abşeron rayonu ərazisində öldürülən 1994-cü il təvəllüdlü Nailə Quliyevanın (ad-soyad şərtidir) qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Gununeberi.az ”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayətdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Sabir Məmmədov (ad-soyad şərtidir) 10 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsi isə şəxsi münasibətlər zəminində baş verib.
Belə ki, 63 yaşlı Sabir Məmmədov Şamaxıda fəaliyyət göstərən kolleclərdən birində şöbə müdiri olub. Qətlə yetirilən Nailə isə həmin kollecin tələbəsi olub.