Onları parlamentdə ilk dəfə görəcəyik

Image




Məlum olduğu kimi, Azərbaycanda ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

“Gununxeberı.az ” xəbər verir ki, ilkin nəticələrə əsasən, millət vəkili seçkilərində ən çox səs toplayan 125 nəfərdən 28-i Milli Məclisdə ilk dəfə təmsil olunacaq. Onlardan 19-u kişi, 9-u isə qadındır.

İlk dəfə deputat seçilən 28 nəfərin siyahısı isə belədir:

10 saylı Binəqədi üçüncü Seçki Dairəsi — Musayev Elşad Nəbi oğlu (BAP)

13 saylı Xəzər ikinci Seçki Dairəsi — Paşayeva Gülşən Məmmədəli qızı (bitərəf)

14 saylı Xəzər-Pirallahı Seçki Dairəsi — Əfəndiyeva Günay Elçin qızı (bitərəf)

17 saylı Yasamal üçüncü Seçki Dairəsi — Qəhrəmanov Göydəniz İbrahim oğlu (bitərəf)

20 saylı Nərimanov ikinci Seçki Dairəsi — Vəliyev Samir Əhməd oğlu (YAP)

27 saylı Sabunçu ikinci Seçki Dairəsi — Əlizadə Arzuxan Baxşəli oğlu (AMİP)

29 saylı Sabunçu dördüncü Seçki Dairəsi — Allahverənov Azər Kərim oğlu (bitərəf)

31 saylı Suraxanı ikinci Seçki Dairəsi — Məmmədov Qaya Məmməd oğlu (bitərəf)

35 saylı Xətai üçüncü Seçki Dairəsi — Vəliyeva Pərvanə Bulud qızı (YAP)

44 saylı Sumqayıt üçüncü Seçki Dairəsi — Vəliyeva Mehriban Hidayət qızı (YAP)

45 saylı Sumqayıt dördüncü Seçki Dairəsi — Salmanova Səbinə Qədir qızı (bitərəf)

46 saylı Sumqayıt beşinci Seçki Dairəsi — Akimova Elnarə Şeydulla qızı (YAP)

47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsi — Şükürov Zaur Ramiz oğlu (bitərəf)

48 saylı Abşeron birinci Seçki Dairəsi — Məmmədova Nigar Fikrət qızı (YAP)

49 saylı Abşeron ikinci Seçki Dairəsi — Nəbiyev Rizvan Novruz oğlu (bitərəf)

50 saylı Abşeron üçüncü Seçki Dairəsi — Namazov Ramid Zakir oğlu (YAP)

51 saylı Şirvan Seçki Dairəsi — Əsədov Heydər Xanış oğlu (YAP)

56 saylı Şabran-Xaçmaz Seçki Dairəsi — Süleymanlı Mahir Tahir oğlu (YAP)

59 saylı Quba Seçki Dairəsi — Məhərrəmzadə Əlibala Səttar oğlu (YAP)

65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsi — Ağamalı Günay Fəzail qızı (Ana Vətən Partiyası)

70 saylı Neftçala Seçki Dairəsi — Rüstəmxanlı Tənzilə Yolçu qızı (VHP)

77 saylı Lənkəran şəhər Seçki Dairəsi — İsmayılzadə Fariz Akif oğlu (bitərəf)

80 saylı Lerik-Astara Seçki Dairəsi — Qafarov Vasif Vaqif oğlu (bitərəf)

90 saylı Ağsu Seçki Dairəsi — Mirzəbəyli Elçin Əbdülrəhim oğlu (ƏHD)

96 saylı Goranboy-Naftalan Seçki Dairəsi — Bədəlov Bədəl Şamil oğlu (YAP)

112 saylı Zaqatala Seçki Dairəsi — Əsgərov Asif Yunis oğlu (YAP)

121 saylı Laçın Seçki Dairəsi — Muradov Rövşən Şahbaz oğlu (YAP)

123 saylı Kəlbəcər Seçki Dairəsi — Qasımlı Mircəlil Xəqani oğlu (bitərəf).

Bununla da parlamentin tərkibinin 35 faizi ilk dəfə deputat seçilən şəxslərlə yenilənmiş olub. 

Daha öncəki xəbərimizdə ilk dəfə deputat kreslosuna oturacaq qadınların siyahısı və ictimai sferadakı işləri haqda məlumat yayımlamışdıq. İndi isə adı ilk dəfə seçiləcək deputatların ümumi siyahısında yer alan digər şəxslərin kimliyi haqda məlumatı təqdim edirik: 

Elşad Musayev - Böyük Azərbaycan Partiyasının sədri, Azərbaycan Milli İstiqlal Partiyasının sabiq baş katibidir. Sonuncu Prezident seçkilərində də namizədliyi qeydə alınmışdı.

Göydəniz Qəhrəmanov turizm sahəsində tanınan adlardandır. Belə ki, o, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədridir.

Samir Vəliyev isə əvvəllər elm və təhsil nazirinin müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Sabiq deputat, Odlar Yurdu Universitetinin təsisçisi Əhməd Vəliyevin oğludur. 

Arzuxan Əlizadə - Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. Müxtəlif illərdə ali təhsil ocaqlarında müəllimlik edib, Sabunçu Rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib.

Azər Allahverənov - Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Fəlsəfə üzrə fəlsəfə doktorudur və sosial və humanitar məsələlərlə əlaqədar elmi tədqiqatlarla məşğuldur.

Qaya Məmmədov Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən 2 il öncə geri çağırılıb. 2013-2017-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsində çalışıb. Prezident tərəfindən “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Xəzər Universiteti və ADA Universitetində xarici siyasət və diplomatiya məsələləri üzrə mühazirələr verib.

Zaur Şükürov da diplomatik fəaliyyəti ilə tanınır. Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəridir. Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışıb.

Rizvan Nəbiyev da diplomatdır. O, Azərbaycanın Almaniyadakı Səfirliyində və Xarici İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. 2022-ci ildən Xarici İşlər Nazirliyində İdarə rəisi vəzifəsini tutub.

Ramid Namazov isə son olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müşaviri vəzifəsində çalışıb.

Heydər Əsədovun son vəzifəsi isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olub. O, daha əvvəl kənd təsərrüfatı naziri və Hesablama Palatasının sədri kimi yüksək vəzifələrdə işləyib.

Mahir Süleymanlı Milli Məclis aparatının İcra Hakimiyyəti orqanları ilə Əlaqələr Şöbəsinin təhlil və analitika sektoru, böyük məsləhətçi vəzifəsini icra edib. Milli Məclisin II, III, IV, V çağırış deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun oğludur.

Əlibala Məhərrəmzadə sərbəst auditordur, həm də yazıçı kimi Azərbaycan və Ukrayna Yazıçılar Birliyinin üzvüdür. O, “Kaspian Audit Kompani” MMC-nin direktorudur.

Fariz İsmayılzadə ADA Universitetinin prorektoru (2006-cı ildən), İnkişaf və Diplomatiya İnstitutunun direktorudur (2022-ci ildən).

Vasif Qafarov isə AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisisi, tarix elmləri doktorudur. O, “Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası” elmi qrupuna rəhbərlik edib.

Elçin Mirzəbəyli - Əməkdar jurnalist, şair, siyasi ekspertdir. O, həm də Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavinidir. Bu partiyanın sədri Qüdrət Həsənquliyev də yenidən millət vəkili seçilib.

Bədəl Bədəlov isə SOCAR-ın sabiq vitse-prezidentlərindən biridir.

Asif Əsgərovun son iş yeri isə paytaxtın Nəsimi rayonunun icra başçısı postu olub. O, daha əvvəl Səbailin və Zaqatalanında icra başçısı, nazir müavini kimi vəzifələri tutub.

Rövşən Muradovun Milli Məclisdə daha əvvəl də iş təcrübəsi var. O, bundan öncə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Mircəlil Qasımlı isə “Bakı Məişət Maşınları” ASC-nin sədridir. “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir. O, işğaldan azad olunmuş rayonlardan birində xüsusi nümayəndəlikdə çalışıb.

Bundan başqa, adları YAP-ın deputatlığa namizədlərinin siyahısına yenidən salınmış, əvvəllər deputatlıq təcrübəsi yaşamış Baş nazirin sabiq müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı, Komitənin keçmiş sədr müavini Səyyad Aran, Oğuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eyvaz Qurbanov və Əməkdar jurnalist Vüqar Rəhimzadə də parlamentə düşməyi bacarıb. 













XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30