Taksi şirkətləri faizləri ARTIRDI – Qiymətlər yenidən YÜKSƏLƏCƏK?

Image



Taksi xidmətlərinin qiymətləri yüksələndən bəri insanlar sürücülərin qazanclarının da artdığını düşünür. Taksi sürücülərinin verdiyi məlumata görə, taksi xidməti göstərən şirkətlər sürücülərdən aldıqları faizlərin miqdarını qaldırıblar. Belə ki, əvvəllər sürücülər qazanclarının 17 faizini şirkətə ödəyirdisə, artıq 25 faizini ödəməli olur. Belə olduqda isə təbii ki, onların da qazancı azalır.

 

Şirkətlərin faizləri artırması nəyi dəyişəcək?

 

İqtisadçı Elşad Məmmədov açıqlamasında belə halların iqtisadiyyata zərər vurduğunu deyib:

 

"Taksi qiymətlərinin bahalaşması, eyni zamanda taksi sürücülərindən alınan faizlərin artırılması ilə bağlı qərarları doğru hesab etmirəm. Xüsusilə də, işgüzar fəallığın stimullaşdırılmasına ehtiyac olduğunu nəzərə alsaq, daxili bazarın stimullaşdırılmasına ehtiyac var. Bu da ilk növbədə alıcılıq qabiliyyətinin, istehlakçılarda vəsaitlərin çoxalmasının zəruriliyini göstərir. Belə olan təqdirdə, vəsaitləri istehlakçılardan fiskal siyasətin sərtləşdirilməsi ilə müxtəlif istiqamətlər üzrə tariflərin, vergilərin, rüsumların artırılması hesabına büdcə daxilolmalarının artırılması məqsədi qoyulursa, bu uğursuz addımdır.

 

Çünki nəzərə almaq lazımdır ki, biz həmin vəsaitləri bazardan çəkirik. Bu da iqtisadi nöqteyi nəzərdən alıcılıq qabiliyyətinin azaldılması ilə insanların əllərində olan vəsaitlərin azalması nəticəsində iqtisadiyyata mənfi təsir göstərir”.

 

Bu durum taksi sürücülərinə necə təsir edir?

 

İqtisadçı bildirir ki, taksi qiymətləri ilə paralel faizlərin artırılması sosial baxımdan da arzu olunan deyil.

 

"Hər bir sosial-iqtisadi siyasət insanların sosial rifahının yüksəlməsinə xidmət etməlidir. Bu qərarlar isə əksinə insanların sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Bu həm taksi sürücülərinə, həm də taksi xidmətlərindən istifadə edən istehlakçılara aiddir. İstər nəqliyyat xərcləri, istərsə də kommunal xərclər insanların aldıqları əməkhaqqı ilə uzlaşmalıdır. Əməkhaqqının kritik dərəcədə böyük hissəsi bu istiqamətlərə yönəlməməlidir”.

 

Taksi şirkətləri niyə faizi qaldırdılar?

 

Nəqliyyat eksperti Aslan Əsədov isə deyir ki, şirkətlər faizləri qaldırmağa məcbur qalıblar:

 

"Əvvəl şirkətlərin əlavə xərcləri olmurdu deyə, çox faiz tələb etmirdilər. Amma indi digər rüsumlar tətbiq olunur. İcazələrin alınması, rüsumların ödənməsi xərclərin çoxalmasına gətirib çıxardı. Şirkət öz xərclərini gəlir üzərində qurduğu üçün sürücülərdən tutulan faizləri 17-dən 25-ə qaldırdılar”.//Bizim.Media










XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30