"Ermənistanla sülh danışıqlarında mühüm irəliləyiş var".

Image

"Ermənistanla sülh danışıqlarında mühüm irəliləyiş var".

Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hadson İnstitutundakı onlayn seminarda çıxışı zamanı deyib.

"Biz sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etdik. Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq. İndi hər iki ölkənin nəhayət, bu düşmənçilik fəslini bağlamaq, Cənubi Qafqaz regionunda vəziyyəti dəyişmək və bölgəni mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsəti var. Bildiyiniz kimi, bu proses uzun müddətdir ki, davam edir. Demək olar ki, otuz ildir vasitəçilik fəaliyyəti mövcud olub. Lakin ötən dekabrda hər iki ölkə qərara gəlib ki, danışıqları davam etdirmək, onları başa çatdırmaq üçün ən effektiv və ən perspektivli format ikitərəfli birbaşa formatdır. O vaxtdan bəri bir sıra mühüm nailiyyətlər, o cümlədən etimadın yaradılması baxımından uğurlar əldə olunub", - deyə Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.

Əmirbəyovun sözlərinə görə, danışıqlar masası üzərində olan sülh sazişinin mətninə nəzər salsaq, tərəflər onun başa çatmasına çox yaxındırlar.

"Azərbaycan bütün beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmaq, eləcə də bu münaqişənin əsasında duran problemin, yəni Ermənistanın Azərbaycana ərazi iddiaları məsələsini birdəfəlik həll etmək üçün mümkün olan hər şeyi etmək niyyətindədir. Buna görə də biz ümid edirik ki, qalan çətinliklər qısa müddət ərzində lazımi qaydada həll olunacaq və biz təhlükəsiz, davamlı və dönməz sülhə nail ola biləcəyik".

Sülh müqaviləsinin imzalanmasının mümkün vaxtı barədə danışan Əmirbəyov qeyd edib ki, vaxtı açıqlamaq yersizdir.

"Bu, daha çox Ermənistan tərəfinin sülh sazişinin başa çatması yolunda qalan yeganə maneəni, yəni Azərbaycana qarşı Konstitusiyada təsbit olunmuş ərazi iddialarını aradan qaldırmaq qabiliyyətindən və istəyindən asılı olacaq. Artıq qeyd edildiyi kimi, sülh sazişinin mətninin böyük hissəsi razılaşdırılıb. Qalan məsələlərin hamısı həyata keçirilə bilər, lakin biz bu münaqişənin ən ekzistensial səbəbinə, daha doğrusu Ermənistan Konstitusiyasındakı ərazi iddialarına göz yumaraq, uzağa gedib sülh sazişi imzalaya bilmərik. Ona görə də bu məsələ nə qədər tez həll edilərsə, bir o qədər tez yekun qərara gələrik", - deyə Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.(oxu.az)








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30