Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib - VİDEO

Image

“Nəsimi rayonu Novruzov qardaşları küçəsində(“Papanin” deyilən ərazi) “Elevan Park” yaşayış kompleksi inşa edən “Pilot-16” şirkəti nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti ərazidə yaşayan sakinlərə divan tutmağa davam edir”.

"Unikal" xəbər verir ki, bu sözləri editor.az-a açıqlamasında ərazidə yaşayan sakinlər deyiblər. Onun sözlərinə görə, şirkət gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda onlarla ailənin yaşadığı ərazidə ağır tikinti, betonlama işlərini davam etdirir: “Bu şirkətin əlindən gecə evimizdə yata bilmirik. Traktor daimi tikinti meydançasında olmasına baxmayaraq, sanki sakinlərə işgəncə vermək üçün gecə saatlarında traktor yer qazmaqla məşğuldur. Bu zamanda yaranan dəhşətli və vahiməli səs-küydən bütün ərazi lərzəyə gəlir. İsti yay ayları olduğu üçün evin pəncələrini açmaq zərurəti yaranıb. Lakin yaranmış dəhşətli səs-küydən nəinki yatmaq, hətta bizi evimizin də başımıza uçacağını gözləyirik. Evdə yuxusuzluqdan yaşlıların, körpələrin, səhər erkən saatlarda işə getməli olan hər kəsin həyat ritmi məhv olub və səhhətində ciddi problemlər yaranıb.


 

Bundan başqa gecə saatlarında tikinti işləri aparan fəhlələrin bir-biri ilə yüksək səslə, söyüşlə, ağır ifadələrlə danışması qəbuledilməz vəziyyət yaradıb. Sanki bu şirkət məqsədli şəkildə bizi təxribata çəkir.

Ümumiyyətlə, evlərimizin cəmi 5-10 metrliyində bu hündürmərtəbli bina tikildikdən sonra gün işığına həsrət qalmışıq. Binada işləyən fəhlələlər hündürlükdən düz evlərin içinə baxır və yüksək səslə söyüşlə danışırlar.

Bu səbəbdən isti yay aylarında və ümumiyyətlə pəncərələrimiz daima bağlı və pərdəlidir.

Ərazi əsl xarabalığı xatırladır. Bütün ərazi zibilliyə, tikinti materiallarının məzarlığına çevrilib. Ərazidə antisanitar vəziyyət isti yay günlərində dəhşətli həddə çatıb. Hər yeri üfunət iyi bürüyüb. “Yaşıl Dünya naminə həmrəylik ili”ndə qlobal COP-29 tədbiri keçirən şəhərimizə belə dəhşətli vəziyyət yaraşmır”.

Sakinlər qeyd edirlər ki, şirkətin quraşdırdığı ağır kranının altından hər gün ölüm qorxusu ilə keçməyə davam edirlər: Bununla yanaşı düzgün təşkil edilməyən tikinti meydançasından hər gün müxtəlif ağır tikinti materialları vətəndaşların, evlərin və avtomobillərin üzərinə tökülür: “Bir neçə dəfə zərərçəkənlər olub. Şirkət isə vətəndaşların həyatını görməzdən gəlir”.

“Papanin” sakinləri bildirirlər ki, son 6 ayda “Pilot-16” MMC tərəfindən yeni yaşayış kompleksinin tikildiyi ərazidə bunların hər birindən daha təhlükəli və qəribə hadisələr yaşanır. Son aylarda qeyd olunan ərazilərdə “Pilot-16″ MMC ilə danışıqlar zamanı şirkət tərəfindən təklif olunan qeyri-adekvat təkliflərlə razılaşmayaraq evlərini tərk etməyən bir neçə sakinin mənzilində və ya bu evlərə bitişik sökülməkdə olan tikililərdə müəmmalı şəkildə yanğınlar baş verib. Son 6 ayda 4 belə hal qeydə alınıb. Bu müəmmalı yanğınların konkret kim tərəfindən törədildiyi ilə bağlı əlimizdə hər hansı sübut və konkret dəlil yoxdur.

Ancaq yanğınların şirkətlə razılaşmayan mənzillərdə və ya bu evlərə bitişik sökülməkdə olan tikililərdə baş verməsi hər kəsdə, o cümlədən şirkətin qeyri-adekvat təklifləri ilə razılaşmayan bir ailə olaraq bizdə ciddi narahatçılıq yaradır.

Ərazidə evlərin bir-birinə bitişik olması səbəbindən yanğının sürətlə yayılmaq ehtimalı bütün sakinlərdə ciddi qorxu və narahatçılıq yaradıb. Evimizdə bu təhlükə səbəbindən gecə yatmır və növbə çəkirik. Həyatımıza ciddi təhlükə hiss edirik. Bununla bağlı bütün hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

"Papanin” sakinləri qeyd edir ki, son olaraq isə şirkət Novruzov qardaşları küçəsində sakinlərin və avtomobillərin istifadə etdiyi işlək yolu bağlayaraq, vətəndaşları faktiki mühasirəyə salıb: “Pilot-16″ və onun rəhbəri Aslan Quliyevin dövlət qurumlarına və vətəndaşlara hörmətsizliyinin kökündə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən himayə edilməsi dayanır. Müraciət etdiyimiz qurumlar şikayətlərimizə reaksiya verib, müvafiq addımlar atıblar. Ancaq heç bir nəticə yoxdur. Şirkət öz qanunsuz və insanlıqdan kənar əməllərinə davam edir. İcra başçısı Asif Əsgərov şirkətin bütün qanunsuz əməllərinə göz yumur”.

 








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30