Agentlik rəhbəri: “Ekoloji tələblərə cavab verməyən bütün layihələr geri qaytarılır”

Image

Agentlik rəhbəri: “Ekoloji tələblərə cavab verməyən bütün layihələr geri qaytarılır”

Dövlət Ekoloji Ekspertiza Agentliyində Bakı şəhəri, Abşeron və Xaçmaz rayonlarının bəzi ərazilərində tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, habelə ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması layihəsi çərçivəsində Xaçmaz rayonu inzibati ərazisində yerləşən Samur-Yalama Milli Parkı ərazisində layihə altına düşən yaşıllıqların, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 118 ünvanında Gömrük hospitalının həyətində yeraltı dayanacağın tikinti layihəsinin altına düşən ağac və kolların, həmçinin Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsində “Günəşli İnşaat” MTK tərəfindən inşası nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarının tikinti layihəsi altına düşən yaşıllıqların götürülməsi məsələləri müzakirə olunub.
Bundan başqa, Abşeron rayonu, Bakı-Sumqayıt magistral avtomobil yolu üzərindəki qurumuş çoxillik ağacların və Bakı-Şamaxı magistral avtomobil yol üzərində quruyan yeni əkilən tinglərin götürülməsi barədə də müzakirələr aparılıb. 
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ölkəmizdə həyata keçirilən layihələrin ekoloji qiymətləndirilməsinin mövcud qanunvericiliklə tənzimləndiyini diqqətə çatdıraraq deyib ki, ictimai dinləmələr zamanı ekspertizaya daxil olan layihələr açıq şəkildə ictimaiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə dinlənilir və qiymətləndirilir: “Məqsədimiz layihələrin həyata keçirilməsinə rəy verilən zaman hökmən ekoloji tələblərə cavab verilməsinə nail olmaqdır. Layihələr işlənən zaman ətraf mühit məsələləri, xüsusilə yaşıllıqların mühafizəsi, əmələ gələn tullantıların idarə olunması və digər ekoloji tələblər öz əksini tapmalıdır. Layihələr müzakirəyə qoyulur və əgər qanunvericiliyin tələblərinə uyğun olmayan məqamlar olursa, həmin layihələr geri qaytarılır. 
Hazırda Bakıda sürətlə böyük əraziləri əhatə edən çoxsaylı layihələr icra olunur. Müxtəlif tərkibli layihələr mövcud olmasına baxmayaraq, bütün layihələrin icrasında əsas məqam mövcud yaşıllıqların landşaft elementi kimi qorunmasıdır. Məlumdur ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə layihə üçün ayrılmış sahənin 40 faizə qədərində, hətta bəzi layihələrdə yeni sahələrdə ayrılmış ərazinin 50 faizində yeni yaşıllıqların salınması təsdiq edilib. Məqsədimiz tələblərin yerinə yetirilməsinə və Bakıda, Abşeron yarımadasında yaşıllıqla əhatə olunan sahələrin artırılmasına nail olmaqdır.
Bugünkü layihələrdən ikisində açıq şəkildə müəyyən standartlar və normaların tələbləri gözlənilmədiyinə şahid olduq. Birinci çatışmazlıq odur ki, layihənin icrasında mövcud olan yaşıllıqlara toxunulmamasına çalışmaq lazımdır. Bu gün layihələrin birində qaranlıq məqam o idi ki, ərazidə boş yer olmasına baxmayaraq, layihənin yaşıllıqların olduğu ərazidə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Lakin ağacların saxlanılması bizim tərəfimizdən əsas tələb kimi ortaya qoyuldu və müvafiq cavab alana qədər onun qiymətləndirilməsini həyata keçirməyəcəyik. Orada bir sahədə yaşıllıqların faizi göstərilsə də, digər ərazidə olan yaşıllıqların faizi, o cümlədən ağaclar haqqında nəzərdə tutulan texniki parametrlər qeyd olunmadığı üçün həmin layihələr geri qaytarıldı".  
M.Qənbərovun sözlərinə görə, son illər ətraf mühitə dəyən ziyana görə cərimələr bir neçə dəfə artırılıb: "Lakin biz bununla kifayətlənmirik. Əgər inzibati qaydada həmin məsələ həll olunmursa, fiziki və hüquqi şəxs tərəfindən törədilən xəta nəticəsində həmin cərimənin məbləği min manatı keçirsə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ona baxmaq iqtidarında deyil. Bu, cinayət tərkibi yaratdığından toplanmış məlumatlar Baş Prokurorluğa göndərilir. İndiyə qədər bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənirdisə, artıq burada cinyət tərkibi yaranır. Bu da bizim səlahiyyətlərimizə aid olmadığından mütləq hüquq-mühafizə orqanlarına təqdim edilir".

Gununxeberi.az 









XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30