Azərbaycanda seçicilərin çoxu qadınlardır
“Bu gün Azərbaycanda seçicilərin çoxu qadınlardır. Bu məsələdə qadınların rolu kişilərə nisbətdə daha yüksəkdir".
Gununxeberi.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
“Bununla bərabər 40 minə yaxın Komissiya üzvünün də əksəriyyəti qadınlardır. Biz səsvermə günü qadın seçicilərin aktivliyinə önəm veririk”.