Azərbaycan mətbuatının inkişaf tarixi

Image

875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. 30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri







XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30