Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında dünyaya verilən mesajlar
Prezidentimiz İlham Əliyev 18 iyul tarixində Oksfordda “Avropa siyasi birliyi”nin 4-cü zirvə toplantısında iştirak və çıxış etmişdir.
Enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təhcizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Əgər 2021-ci ildə Avropa qitəsində bizim qaz təhcizatımız ildə 8 milyard kubmetr idisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. Hal-hazırda Azərbaycan təbii qazını 8 ölkə alır. Onlardan beşi Avropa ittifaqının üzvüdür. İkisi isə ittifaqa daxil olnaq üçün namizəddirlər.
Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş vermişdir. Bir necə aya Azərbaycan Sloveniya bazarına daxil ola biləcək. Lahiyələrin icrası bizə imkan verəcək ki, Azərbaycan qazı daha çox Avropa ölkələrinə ixrac ediləcək.
Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş adlandırmışdır. Azərbaycan yalnız Avropanı 2027-ci ilə qədər 20 milyard kubmetr qazla təhciz etmək üzrə öz öhtəliyini yerinə yetirmək üçün əlindən gələni etməyə cağırır.
Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təhcizayımızın artırılması üzərində çalışmalıyıq. Cünki bizim İtaliyaya təhcizatımız 9 milyard kubmetrdirsə İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu sadəcə qaza olan tələbatın bir nümunəsidir.
Qeyd etmək lazımdır ki, davamlı və sabit əməkdaşlıq üçün bizim lazımi amillər mövcuddur. Azərbaycanın lazımi resursları və infrastrukturu var.
20 il ərzində Azərbaycan tarixində ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi.
İndi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə o cümlədən, Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrıə nəql edir.
Bir sıra ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir.
Artıq 3 ildən artıqdır ki,Azərbaycan mühüm qaz təhcizatçısına çevrilib. Bizim qaz kəmərimiz Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edimiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan dərhal Avropaya təhcizata başladı.
Əliyev Elçin,
Xəzər rayonu, 26 nömrəli tam orta məktəbin müəılimi