Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır

Image



   Azərbaycanımızın bütün tarixi kimi Mətbuat Tarixi də qədim köklərə söykənir. Bu gün  artıq Milli Mətbuatımızın yaradılmasından 149 il ötür. 

   Milli Mətbuatımızın əsası 1875-ci il 22 iyulda ilk nəşrinə başlayan "Əkinçi" qəzeti ilə qoyulmuşdur. Həmin əsrdə bu bizim xalq üçün böyük nailiyyət idi. Çünki xalqımız mütəmləkə əsarətində idi. Elə bir əsarət ki, xalqımıza öz  milli, dini, mənəvi kimliyini unutdurmağa çalışırdılar. "Azərbaycanlı" kəlməsini  işlətmək qadağan olunduğu halda belə, biz Azərbaycan dilində ilk qəzetimizi nəşr etdirdik. Sözsüz ,bu uğurlara görə keçmiş ziyalılarımıza dərin təşəkkür düşür. Bu tarixi gündən sonra Azərbaycan xalqı bir "xalq" olaraq özünü dərk etməyə başladı. Ona görə də hər il bu günü böyük bir qürur hissi ilə qeyd etməliyik.

  "Əkinçi" qəzetinin nəşri 1877-ci ildə rus-osmanlı müharibəsi dönəmində siyasi məqalələrə yol verildiyi üçün dayandırıldı. Amma bu azərbaycandilli mətbuat tarixində sadəcə bir fasilə idi. XX əsrin əvvəllərində mətbuatımız yenidən zənginləşdi. "Kəşkül" , " Ziya", "Fiyuzat", "Açıq söz", "Molla Nəsrəddin" və s. kimi qəzet və jurnallarımız nəşr olundular. 

  XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etsə də, mətbuat üzərində senzura vardı. Ona görə də bu sahəyə o qədər də inam, maraq yox idi. Məhz, 1993-cü ildən Ümumumilli liderimiz Heydər Əliyevin 2ci dəfə hakimiyyətə gəlişindən sonra mətbuatımız heç olmadığı qədər canlandı, zənginləşdi, etibar qazandı. Nəhayət , 1998-ci ildə mətbuat üzərində senzura artıq ləğv olundu. Ümumilli liderimiz çıxışlarında hər zaman bütün peşə sahiblərinə hörmət duyduğunu, jurnalistlərə isə ayrıca sevgisini bildirmişdir. Ona görə də daim ölkədə KİV vasitələrinin inkişafına yol açmaq üçün bu sahənin maddi-texniki bazasının zənginləşdirilməsinə, yaxşılaşdırılmasına, əçatanlığına, jurnalistika fakultələrinin daha çox açılmasına diqqət yetirmişdir. Hətta mətbuat ildönümlərinin qeyd edilməsini belə ilk dəfə Heydər Əliyev gündəmə gətirərək 2000-ci ildə Sərəncam verərək Milli Mətbuatımızın 125 illik yubileyi qeyd edilmişdir. Bu ənənəni davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev də dövlətimizin hər bir sahəsində abadlıq, quruculuq işləri apardığı kimi mətbuat sahəsində də geniş islahatlar aparır. Buna görə də KİV nümayəndələrinə dərin hörmət və diqqət ayıraraq, onlara peşələrini layiqincə daha rahat formada yerinə yetirmələri üçün əlindən gəldiyi qədər yüksək şərait yaradır. Hətta 2013-cü ildə onların əksəriyyətini mükafatlandıraraq mənzil hədiyyə etmişdir. 

 2021-ci ildə "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" yaradılmışdır. Artıq informasiya-kommunikasiya texnologiyalarının inkişafı fonunda jurnalistlərin əhəmiyyəti daha da artıb. Zəfər tariximiz olan 44 günlük Vətən Müharibəsində jurnlalistlərimiz də arxa cəbhədə dayanaraq xalqımıza müzəffər ordumuzun qəhramanlıqla qazandıqları xəbərləri şəffaflıqla çatdırıb bizi qürurlandırıblar. 

  Bu gün Azərbaycandakı siyasi hakimiyyət özünü məhz söz azadlığında, demokratik hüquqların bərqərar olunmasında , mətbuatın tam şəffaflığında göstərir. Bu gün artıq Azərbaycan dünyanın əksər ökələri ilə də mətbuat əməkdaşlığı qurmaqdadır.


Hüseynova Ülkər,

Xəzər rayonu, 117 nömrəli tam orta məktəbin müəllimi








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30