Azərbaycan dünyada söz azadlığının qorunduğu, mətbuatın yüksək səviyyədə inkişaf etdiyi dövlətlər sırasındadır

Image

Mətbuat cəmiyyətin güzgüsüdür. Məlum olduğu kimi ölkədə ilk mətbu orqan

olan “Əkinçi” qəzetinin əsası Həsən bəy Zərdabi tərəfindən  22 iyul 1875-ci ildə

qoyulmuşdur. Məhz həmin gün – 22 iyul günü 1991-ci ildən Azərbaycanda Milli

Mətbuat günü kimi qeyd olunur. Görkəmli maarifçi, təbiətşünas alim, publisist,

mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın

milli oyanışında yeni səhifə açılıb. 1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü

görməsi ilə əsası qoyulan Azərbaycan mətbuatı olduqca böyük inkişaf yolu keçib.

Keçən iki əsrə yaxın dövrdə bir sıra problemlərlə üzləşən, həmçinin, ağır

sınaqlardan çıxan Azərbaycan mətbuatı bu gün müasir dünyada özünə layiqli yer

tapa bilib. Ümumiyyətlə, demokratiyanın əsas göstəricilərindən sayılan söz

azadlığı prinsipi dövlətlərin, xalqların inkişafında, cəmiyyətlərin formalaşmasında

müstəsna rol oynayır. Eyni zamanda, Azərbaycanda inkişafın kompleks təmini

həm də bu prinsipə sadiqlikdən irəli gəlir.

Bu gün ölkəmiz dünyada söz azadlığının qorunduğu, mətbuatın yüksək

səviyyədə inkişaf etdiyi dövlətlər sırasındadır. Xüsusi olaraq vurğulamaq lazımdır

ki, ölkəmizdə azad sözün inkişafı və mətbuatın yüksək müasir standartlara

yiyələnməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə

bağlıdır. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də

xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının

bərqərar olması istiqamətində mühüm addımlar atdı.

Tarixdən bəlli olduğu kimi, 1918-ci ildə yaradılan Azərbaycan Xalq

Cümhuriyyətinin süquta uğraması və 1920-ci ildə Sovet rejiminin qurulması həmin

dönəmlərin Azərbaycanı üçün bir sıra sahələrdə böhran yaratdığı kimi, hələ təzə-

təzə çiçəklənən milli düşüncənin, milli mətbuatın da qarşısında böyük bir sədd

çəkdi. Sonrakı dövrlərdə isə artıq Sovet təbliğatı tam şəkildə bütün sahələrdə tətbiq

edilməyə başlandı. Düzdür, ali məktəb səviyyəsində jurnalistika tədris edilsə də,

Azərbaycan dilinin artıq sıradan çıxmaq üzrə olması, get-gedə milli vətənpərvərlik

hisslərinin sıradan çıxarılmasına cəhd göstərilməsi Azərbaycanda mətbuatın

inkişafında böyük maneələr yaradırdı.

Bununla belə, totalitar Sovet rejiminin senzura maşını milli mətbuat

ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından bu sahədə müəyyən yol

qət edildi. Eyni zamanda, bütün çətinliklərin bir dönüş nöqtəsi olduğu kimi,

Azərbaycanın milli mətbuatının da xilas günü yetişdi. 1969-cu ilin 14 iyulunda

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın Kommunist Partiyası

Mərkəzi Komitəsinin birinci katibi seçilməsi digər sahələr kimi, mətbuatın da

inkişafında əsaslı dönüş yaratdı. Belə ki, Ümummilli liderimiz Heydər Əliyev hər

zaman Azərbaycan dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə

qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında məhz

Ulu öndərin təşəbbüsü ilə dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması isə

demək olar ki, bütün qaranlıqlara işıq saçdı. Bu isə özü-özlüyündə ana dilimizdə


çap olunan qəzetlərin daha da populyarlaşmasına, milli mətbuatın daha da

təkmilləşməsinə yol açdı.

Beləliklə, məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək

irəliləyişlər nəzərə çarpmağa başladı. Həmin vaxtlarda Azərbaycan dilində

qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı

genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin

“Jurnalistika” fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində

əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı demək olar ki,

ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi.

Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-

ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa

başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin

şəxsi təşəbbüsü ilə Azərbaycan Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin

əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə

Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın

inkişafında mühüm və müstəsna rolunu oynadı.

1991-ci ildə əldə olunan müstəqilliklə bərabər ölkənin başının üstünü qara

buludlar aldı. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların

mübarizə aparması və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq

mətbuatın da inkişafına maneələr törədirdi. AXC-Müsavat hakimiyyətinin

jurnalistikaya, bu hakimiyyət təmsilçilərinin jurnalistlərə münasibəti onların

hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məhz həmin hakimiyyətin

dövründə jurnalistlərə qarşı sui-qəsdlərin planlaşdırılması, özbaşınalıq, mətbuat

işçilərini təqib etmə sanki dəbə mindi. Hətta bəzi hüquq-mühafizə orqanlarına

rəhbərlik edən şəxslər açıq-aşkar televiziyalara silahlı basqın etməkdən, canlı

efirdən jurnalisti təhqir, təhdid etməkdən belə çəkinmirdilər. Mətbuatın inkişafına

mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı

mətbuatın vəziyyətini daha da ağırlaşdırırdı.

Amma yenə də Ulu öndər Heydər Əliyev xalqımızın köməyinə çatdı, milli

dəyərlərimizi məhv olmaqdan növbəti dəfə xilas etdi. Ümummilli liderimiz Heydər

Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə

qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın inkişafında da mühüm

dəyişikliklərə səbəb oldu. Ulu öndərimiz deyirdi: “Respublikamız dövlət

müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan

mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali

məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir”.

Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların

təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının

qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad

fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi

istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol

açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat

ənənəsinin davam etdirilməsinə təkan verdi.

1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının

təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə


mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu Fərman

kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik

şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət

siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz Ulu öndər Heydər

Əliyevin imzaladığı bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya

Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura

yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya

yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli

sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi

informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin

daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın

inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı.

Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması

prosedurası asanlaşdırıldı. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın

inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin

Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-

texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat

və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası

yaradıldı.

Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan

borclarını dondurdu. Bundan başqa, Ulu öndərimiz cəmiyyətdə jurnalistlərə

münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə

jurnalistlərlə, qəzet baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli liderimiz

Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə

jurnalistləri Ulu öndər Heydər Əliyevi təkcə ölkə başçısı kimi deyil, həm də bir

dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun

nəticəsi idi ki, 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyev “RUH”

Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi tərəfindən keçirilən sorğu

nəticəsində “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın

inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən

davam etdirilir. Bu gün Azərbaycan hakimiyyəti ölkəmizdə söz azadlığının,

vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Və əsası Ulu öndərimiz tərəfindən

qoyulan siyasətin uğurla davam etdirilməsi Azərbaycanda söz, fikir azadlığının

yaradılmasını təmin edib. Bu isə ölkəmizi dünyada sözə, insan hüquqlarına hörmət

edən ölkə kimi tanınmasına yol açıb.

Bütün mətbuat işçilərini təbrik edir, onlara bu şərəfli peşələrini yerinə

yetirməkdə yaradıcılıq uğurları arzulayırıq.

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30