Rektorun sahib olduğu MÜLKLƏRİN SİYAHISI: Universitet, kollec, orta məktəblər, klinika

Image

"Kimin ağlına nə gəlirsə, onu da yazır. Fakta söykənməmiş yazılara fikir verməmək lazımdır. Yalan məlumatlardır. "Muğanbank" hara, "Oksigen" klinikası hara?! "Oksigen" klinikasının "Muğanbank"dan nə asılılığı ola bilər ki?"

Bu fikirləri Odlar Yurdu Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Vəliyev İqtisadiyyat.az-a müsahibəsi zamanı səsləndirib.

O, həm "Muğanbank", həm də "Oksigen" klinikasının ona aid olub-olmaması ilə bağlı məlumatlara, indiyədək ictimaiyyət üçün qaranlıq qalmış bir sıra məqamlara aydınlıq gətirib.

- Əhməd müəllim, "Muğanbank"ın "Oksigen" klinikasını məhkəməyə verməsindən sonra yerli mətbuatda klinika barədə, klinikanın sizə aid olması barədə xəbərlər dərc edilib. Həmin materiallarla tanış olmusunuz?

- Yox, həmin xəbərləri izləməmişəm. Nə olacaq ki?! Kimin ağlına nə gəlirsə, onu da yazır. Fakta söykənməmiş yazılara fikir verməmək lazımdır. Yalan məlumatlardır. "Muğanbank" hara, "Oksigen" klinikası hara?! "Oksigen" klinikasının "Muğanbank"dan nə asılılığı ola bilər ki?

- Asılılıqdan söhbət getmir. Məhkəmə predmeti kimi işin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

- Yox, yalan söz-söhbətlərdir. Amma mən sizdən bir məsələni dəqiqləşdirim: yazılıb ki, "Muğanbank" "Oksigen" klinikasını məhkəməyə verib, yoxsa əksinə?

- Məhkəmənin saytında məhz bankın klinikaya qarşı iddia qaldırdığı göstərilir.

- Boş şeylərdir. "Muğanbank" getsin, hələ öz başının milçəyini qorusun. "Oksigen" klinikası ilə "Muğanbank"ın arasında nə bağlılıq ola bilər ki?

- Bağlılıq odur ki, klinikanın qanuni təmsilçisi olan Füzuli Həsənov sizin universitetdə köməkçinizdir. Doğrudurmu?

- Bəli, Füzuli Həsənov mənim köməkçimdir. Amma qanuni təmsilçi nə deməkdir? Əhməd müəllim ayaq üstə durursa, hansı təmsilçiliyə ehtiyac ola bilər?

- Amma kommersiya qurumu qeydiyyatdan keçərkən onun qanuni təmsilçisi olmalıdır.

- Bu informasiyalarla bağlı məlumatı Füzuli Həsənov verib?

- Yox, Əhməd müəllim. Dövlət Vergi Xidmətinin saytında klinikanın qanuni təmsilçisi kimi Füzuli Həsənovun adı qeyd edilib.

- Xeyr, klinika onun adına deyil, yalan məlumatdır.

- Bəs, klinika kimindir?

- "Oksigen" klinikası mənim həyat yoldaşımındır, onun adınadır. Klinikanın binası da mənim adımadır.

- Belə çıxır ki, qanuni təmsilçiliyi köməkçinizə etibar etmisiniz?

- Qanuni təmsilçi nəyə deyirlər bilirsiniz? Zərurət yarananda bir adama etibarnamə verirsən ki, get filan sənədə imza at. Qanuni təmsilçinin nə səlahiyyəti var ki? Maliyyə, alqı-satqı və digər heç bir səlahiyyəti yoxdur. Qanuni təmsilçi sadəcə olaraq yaranan müəyyən işlərin - qaz, su, işıq və s. məsələlərin həlli ilə bağlı - dalınca getmək üçündür.

- Əhməd müəllim, klinikanın həyat yoldaşınıza məxsus olmasını, deyəsən, ilk dəfə açıqlayırsınız. Elədirmi?

- Bəli, həyat yoldaşımındır.

- Bəs "Muğanbank"ın da sizə aid olmasına dair yayılan məlumatlara münasibətiniz necədir?

- Xeyr. "Muğanbank"ın nə mənə, nə də mənim övladlarıma aidiyyəti olub. "Muğanbank" kürəkənimindir. Onun da öz nəsli, öz kökü var. Yad bir adamdır. Bankın mənə nə aidiyyəti ola bilər ki? 30 ildir özü işləyib. Mənə aidiyyəti olsaydı, mən heç qoyardım ki, o düz işləməsin? Ona görə də mənə aidiyyəti olsaydı, belə bir problemlə qarşılaşmazdılar.

- Əhməd müəllim, bəs sizə aid olanlar nədir?

- Mənə aid olanlar universitetdir, kollecdir, orta məktəblərdir... Bunlar da başqa məsələdir. Bir ara yazırdılar ki, bütün banklar mənə bağlıdır. Dedim yazın, bütün banklar, özəl universitetlər mənə bağlıdır.

- Yeri gəlmişkən, universitetdə ümumi vəziyyət necədir?

- Universitetdə ümumi vəziyyət digərlərində necədirsə, bizdə də elədir. Tələbə qəbulunu Dövlət İmtahan Mərkəzi aparır. Prosesi də özümüz qurmuşuq və Odlar Yurdu Universiteti dünya səviyyəli bir ali məktəbə çevrilib.

- Əhməd müəllim, növbədənkənar parlament seçkisində iştirak üçün nə əcəb namizədliyinizi irəli sürməmisiniz?

- Mənim 80-ə yaxın yaşım var. Bu yaşda deputat olum? Mən bu yaşda zorla gəzirəm. Belə parlament üzvü olar? Bu gün yol gənclərindir, orada gənclər oturmalıdırlar. 10 il deputat olmuşam və necə lazımdırsa, işləmişəm.

Qeyd edək ki, ləğv prosesində olan "Muğanbank" ASC "Oksigen" klinikasına qarşı məhkəmədə iddia qaldırıb.

Bankın klinikaya qarşı qaldırdığı iddiası bir neçə gün öncə Bakı Kommersiya Məhkəməsinə daxil olub. İşin mahiyyəti isə kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır. Yerli mətbuatda həm bankın, həm də klinikanın Odlar Yurdu Universitetinin (OYU) hazırkı rektoru Əhməd Vəliyevə bağlı olması ilə bağlı mütəmadi olaraq məlumatlar dərc olunub.

Çünki klinika kommersiya qurumu kimi dövlət reyestrində rektorun köməkçisi Füzuli Abbas oğlu Həsənovun qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınıb. Əhməd Vəliyev isə barəsində yazılan məlumatlara indiyədək heç bir münasibət bildirməyib.

Mənbə: Oxu.az







XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30