Ölkəmizin xarici siyasətində Pakistan İslam Respublikasının xüsusi yeri var

Image


        Məlum olduğu kimi, Prezident İlham Əliyev iyulun 11-də Pakistana rəsmi səfər edib. Səfər Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə baş tutub. Qeyd edək ki, Azərbaycanın müstəqil xarici siyasət strategiyasını uğurla həyata keçirməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənib, əlaqələri genişlənib, dünyada söz sahibinə çevrilib. Son dövrlər Azərbaycan ilə Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan arasında münasibətlərdə də canlanma müşahidə olunur. Azərbaycanın xarici siyasətində Pakistan İslam Respublikasının xüsusi yeri və əhəmiyyəti var. Qardaşlıq telləri ilə bir-birinə sıx bağlanan xalqlarımızın və dövlətlərimizin birliyi tarixin sınaqlarından çıxıb. Bu birlik günümüzün gerçəkliyi və gələcək qarşılıqlı əlaqələrimizin daha da genişlənməsinin etibarlı təminatıdır. Ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu fəaliyyəti daha da genişləndirir.

        Onu da qeyd edək ki, Pakistan İslam Respublikası dünyada sülhməramlı hərbi missiyaları həyata keçirən ölkə kimi də tanınır. Pakistan Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan ilk dövlətlər sırasındadır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulmuş, 1993-cü il martın 12-də isə Pakistanın Azərbaycanda səfirliyi açılmışdır. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Son otuz ildə Azərbaycan və Pakistan hökumətləri arasında möhkəm dostluq əlaqələri qurulub və inkişaf edərək strateji tərəfdaşlığa çevrilib. İki ölkə müxtəlif beynəlxalq məsələlər üzrə bir-birini dəstəkləyir və sıx diplomatik əlaqələr saxlayır. Azərbaycanla Pakistan arasında münasibətlərin mühüm aspektlərindən biri də bir-birinin ərazi bütövlüyünə və suverenliyinə ümumi dəstəkdən ibarətdir. Məsələn, Azərbaycan Pakistanı Kəşmir məsələsində dəstəkləyir, Pakistan isə Azərbaycanla həmrəy olduğunu bildirərək Ermənistanla diplomatik əlaqələr qurmur. 1995-ci ilin oktyabrında Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Hökumət səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol" imzalanıb, 2000-ci ildə isə Birgə Komissiyanın 1-ci iclası keçirilib. Bununla da iki ölkə arasında iqtisadi münasibətlərin əsası qoyulub.

     Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün əsaslı zəmin yaradıb. Ölkələrimiz arasında imzalanmış 36 sənəd əməkdaşlığımızın hüquqi bazasını təşkil edir. 2015-ci ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə isə əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir. Mövcud olan geniş mədəni, humanitar münasibətlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda mühüm sosial-humanitar layihələr həyata keçirilir. Bu xeyirxah əməllərinə görə Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın "Hilal-e Pakistan" ordeni ilə təltif olunub.

      Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.

     Ötən il iyunun 15-də Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri müxtəlif sahələrdə ikitərəfli əlaqələri əhəmiyyətli dərəcədə sürətləndirib. Pakistanın Baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub: "Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi".

      Vətən müharibəsindən dərhal sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başlaması Qarabağ bölgəsini bir çox dövlətlər üçün iqtisadi maraq məkanına çevirib. Bununla belə, Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq etməkdə və həmin ölkələri işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin təşviqinə, bir sözlə, sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Bu baxımdan Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri xüsusi əhəmiyyətə malikdir. Pakistan Azərbaycanın işğaldan azad olunan ərazilərində də potensial investor ölkələrdən biridir. İqtisadi əməkdaşlıq Azərbaycanla Pakistan arasında münasibətlərin mühüm aspektidir. Bunun üçün böyük potensial var. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması mümkündür. Hər iki dövlət öz aralarında ticarət və investisiya sahəsini inkişaf etdirməyə çalışır. 2021-ci ildə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının yaradılmasından sonra ikitərəfli iqtisadi əlaqələr və ticarət genişlənib. Bu palatının yaradılması iqtisadi əlaqələrin inkişafına böyük dəstəkdir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında maraqlıdır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Hər iki ölkə müxtəlif təşəbbüslər və birgə səylər vasitəsilə iqtisadi əməkdaşlığı möhkəmləndirməyə davam edir. Onlar ticarətin genişləndirilməsinin, investisiyaların təşviqinin və iqtisadi əməkdaşlığın yeni imkanlarının araşdırılmasının əhəmiyyətini vurğulayaraq son nəticədə iqtisadi əlaqələrin dərinləşməsini və qarşılıqlı tərəqqini hədəfləyirlər. Enerji resursları ilə zəngin olan Azərbaycan Pakistana neft və qaz ixrac etmək potensialına malikdir. Hər iki ölkə energetika sahəsində əməkdaşlıq imkanlarını, o cümlədən boru kəmərlərinin tikintisi və maye təbii qaz idxalı üzrə layihələrin reallaşdırılması imkanlarını nəzərdə tuturlar.

      Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində ötən il oktyabrın 10-da Şuşa şəhərində İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. İclasda üzv ölkələrin və müşahidəçilərin, beynəlxalq tərəfdaşların və İƏT-in ixtisaslaşmış strukturlarının nümayəndələrinin çıxışları dinlənilib, regional əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı təşəbbüslər və təkliflər müzakirə edilib. İclasda Azərbaycanın və Pakistanın iqtisadiyyat və ticarət əlaqələrini gücləndirmək əzmində olduqları bir daha təsdiq edilib. Pakistan Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab olunur. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib. 2023-cü il iyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, 15-də isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür. Azərbaycan və Pakistan təhlükəsizlik və müdafiə sahəsində də əməkdaşlıq edir. Hər iki ölkə beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsini və terrorizmə qarşı mübarizəni dəstəkləyir. Hərbi əməkdaşlığa təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi və silah tədarükü daxildir. Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər. Bu barədə iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşdə razılıq ələ edilib. Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə "Üç qardaş" şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında mədəni əlaqələr də onların münasibətlərində mühüm rol oynayır.

     Ən əsası, son vaxtlar iki ölkə hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və    mövcud potensialdan daha səmərəli istifadə etmək üçün səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.

Eldəniz Səttarov,

YAP Göygöl rayon təşkilatı üzrə Köşkü kənd tam orta məktəb ərazi partiya təşkilatının sədri

 

 

 








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30