Qərbi Azərbaycan Xronikası: "Göyçə camaatına zülm edən Sulikov Zodda zərərsizləşdirilib"

Image



Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Əməkdar elm xadimi, akademik, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov olub.

Gununxeberı.az  xəbər verir ki, o, doğulub boya-başa çatdığı Göyçə mahalının, Basarkeçər rayonunun Zod kəndi haqqında xatirələrini dilə gətirib. Bildirib ki, ömrünün ən gözəl anları Zod kəndi ilə bağlıdır. Onun sözlərinə görə, tarixən azərbaycanlıların yaşadığı bu yaşayış məntəqəsinin altı mindən çox sakini ötən əsrin müxtəlif dövrlərində daşnak quldurlarının, erməni millətçilərinin silahlı hücumlarına, təzyiqlərinə məruz qalıblar. Buna baxmayaraq, birlikdə ermənilərə qarşı ciddi müqavimət göstərib, ata-baba yurdlarını qoruyublar. Akademik deyib ki, hətta Göyçə camaatına zülm edən erməni generalı Sulikov məhz Zodda zərərsizləşdirilib.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın ötən əsrdə dörd dəfə deportasiyaya məruz qaldığını xatırladan Ə.Əmiraslanov atası, Əməkdar müəllim Tapdıq Əmiraslanovun söylədiklərinə istinad edərək vurğulayıb ki, 1948-1953-cü illərdə ermənilər azərbaycanlılara yalan vədlər verib, saxta təbliğat aparıb, müxtəlif təzyiqlərlə yerli əhalini köçməyə məcbur ediblər. Akademik təəssüflə qeyd edib ki, həmin dövrdə Azərbaycanın bəzi vəzifəli şəxsləri də Moskvadan gələn göstərişlər əsasında bu saxta təbliğat prosesinə cəlb edilib, azərbaycanlıların kütləvi şəkildə aran zonasına köçürülməsində müəyyən mənada iştirakçı olublar. Köçürülən azərbaycanlıların böyük əksəriyyəti iqlim dəyişikliyinə məruz qalıb, müxtəlif xəstəliklərə yoluxub, həyatlarını itiriblər. Əməkdar elm xadimi söyləyib ki, ötən əsrdə azərbaycanlıların deportasiyası birbaşa SSRİ rəhbərliyinin göstərişi, o cümlədən Kremldə mühüm vəzifə sahibi olan Anastas Mikoyanın təşəbbüsü ilə baş verib.

Müsahib bildirib ki, İosif Stalinin ölümündən sonra azərbaycanlıların bir qismi yenidən ata-baba yurduna qayıdıb. Lakin erməni millətçiləri ali təhsil almış azərbaycanlı gəncləri, kadrları yalnız müəllim vəzifəsinə təyin edib, digər sahələrdə işləməsinə, irəli getməsinə mane olublar. Buna görə də soydaşlarımız işləmək üçün zaman-zaman Qərbi Azərbaycandan kənara üz tutublar. O diqqətə çatdırıb ki, vaxtilə atası T.Əmiraslanov Basarkeçərdə yer adlarının dəyişdirilməsinə etiraz etdiyi üçün erməni millətçiləri onu rayonun partiya rəhbərliyindən azad edib daha aşağı vəzifəyə təyin ediblər.

1988-ci il hadisələrinə toxunan Ə.Əmiraslanov deyib ki, o illərdə Azərbaycanın siyasi rəhbərliyi soydaşlarımıza dəstək olsaydı, ermənilər Göyçəni boşalda bilməyəcəkdilər. Qərbi Azərbaycan İcmasında rəhbərlik etdiyi Ağsaqqallar Şurasının fəaliyyətindən söhbət açan müsahib tez-tez gənclərlə görüşlər keçirdiklərini, onların suallarını cavablandırdıqlarını diqqətə çatdırıb. Bildirib ki, Qərbi Azərbaycandan olan ağsaqqallar məruz qaldığımız deportasiyaların informasiya daşıyıcılarıdırlar. Akademik söyləyib ki, Qərbi azərbaycanlılar dinc şəkildə, sülh şəraitində öz ata-baba yurdlarına qayıtmaq istəyirlər. Bunun üçün ilk növbədə beynəlxalq aləmi inandırmaq lazımdır ki, tarixi torpaqlarımızın əzəli sakinləri bizlərik.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.Oxu.az

Ətraflı Baku TV-nin süjetində:









XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30