İşğaldan azad olunmuş ərazilərdə hansı vakansiyalar tələb edilir?

Image



İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq və bərpa işlərinin geniş miqyas alması həmin bölgədə məşğulluq imkanlarını da artırıb. Bir çox vətəndaşlarımızı işğaldan azad olunan ərazilərimizdəki iş imkanları maraqlandırır.

Bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə hansı peşə sahiblərinə daha çox ehtiyac var? - sualı ilə Dövlət Məşğulluq Agentliyinə müraciət etdik.

Agentlikdən Gununxeberı..Az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda Laçın rayonu, Zəngilan rayonunun Ağalı kəndi, Füzuli şəhəri, Cəbrayıl rayonu, Şuşa şəhəri, Xankəndi əraziləri üzrə aktiv vakansiya və iş imkanları mövcuddur.

Bu iş imkanlarından yararlanmaq istəyən vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğuluq Agentliyinin elektron xidməti olan "Əmək və məşğulluq" altsistemində yaradılan vakansiya bankına daxil ola və orada yerləşdirilən boş iş yerləri arasındakı işğaldan azad olunan ərazilər üzrə olan vakansiyalarla tanış ola və seçim edə bilərlər.

"Hazırda həmin ərazilərdə tikinti, bərpa, yenidənqurma işləri aparıldığı üçün məskunlaşma imkanları üçün təqdim edilən vakansiyalar əsasən mühəndis, usta, fəhlə, elektrik, kassir, satıcı, operator və ictimai iaşə və xidmət sahələrini əhatə edir.

Vakansiyalar üzrə tələblər və əməkhaqqı isə işəgötürən tərəfindən tənzimlənir və bu, vəzifəyə görə dəyişir.

Təhlillərə əsasən, vakansiyalar köç prosesinin həyata keçirildiyi və köçün planlaşdırıldığı əraziləri əhatə edir.

Həmçinin qeyd edək ki, işğaldan azad olunan ərazilərə gedərək orada çalışmaq istəyən şəxslər üçün agentlik tərəfindən də dəstək mexanizmi qurulub. Belə ki, agentliyin rəsmi saytında "Qarabağda iş imkanları" bölməsi yaradılıb və işəgötürənlər tərəfindən quruma təqdim edilən vakansiyalar barədə məlumatlar yer alıb.

Burada vakansiyanı təqdim edən şirkət, vakansiya tələbləri, iş rejimi, əməkhaqqı və digər məlumatlarla ətraflı tanış olmaq mümkündür.

Namizədlərin öz CV-lərini yönləndirə bilmələri üçün elektron mail ünvanı da yaradılıb və həmin bölmədə qeyd edilib. Vakansiyaya müraciət etmək istəyən şəxslər həmin elektron poçt ünvanına öz məlumatlarını yollaya bilərlər.

Bundan başqa işğaldan azad olunan ərazilərdə çalışmaq istəyən vətəndaşlar agentliyin regional məşğulluq filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilirlər. Bu zaman müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndirilərək onların uyğunluğu müəyyən edilir və göndərişlər formalaşdırılır", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bu günlərdə mətbuata açıqlama verən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə bildirmişdi ki, bir çox fəaliyyət sahələri var ki, həmin vakansiyalar üzrə əmək fəaliyyətinə cəlb olunacaq şəxslər asanlıqla tapılmır.








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30