“Azərbaycan Dəmir Yolları” ictimaiyyəti aldatmaq istədi, özünü biabır etdi — QSC-nin yalanı “ayaq tutub yerimədi”

Image



“Azərbaycan Dəmir Yolları” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən QSC-nin fəaliyyətində qanun pozuntularının aşkar edilməsi ilə bağlı qərardan yayınmaq, eləcə də ictimai rəyi manipulyuasiya etmək məqsədilə “yeni üsula” əl atıb.


Antiinhisar Xidmətinin QSC-nin fəaliyyətində antiinhisar qanunvericiliyinin pozulması və qanunsuz əldə edilmiş mənfəətin dövlət büdcəsinə qaytarılması barədə müvafiq qərarı saytımızda dərc olunub.

11 iyul 2024-cü il tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı — Dövlət büdcəsinə ödəməlidir” sərlövhəli məqalədə qurumun yol verdiyi qanunsuzluqlarla bağlı qərarın detalları öz əksini tapır. Belə ki, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrıseçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər. Dövlət Xidmətinin hərtərəfli araşdırmasından sonra məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC haqsız rəqabətə yol verərək, “Antiinhisar fəaliyyəti haqqında” qanunu kobud şəkildə pozub.

Qərarda deyilir: “Azərbaycan Dəmir Yolları” QSC sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına və bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəliri "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödəməlidir”. Sözügedən məqalə ilə ətraflı şəkildə buradan tanış ola bilərsiniz...

“Azərbaycan Dəmir Yolları” QSC isə bu qərardan yayınmaq, qanunsuz şəkildə əldə etdikləri mənfəəti dövlət büdcəsindən qaytarmamaq üçün ictimaiyyəti aldadır. QSC saytımızda yayımlanan məqaləyə reaksiya olaraq, rəsmi şəkildə təkzib açıqlaması yaydı. “Media haqqında” qanunun tələbinə uyğun olaraq, sözügedən açıqlamanı da qarşı tərəfin mövqeyi kimi saytımızda dərc etmişik. Hərçənd ki, QSC-nin rəsmi açıqlamasına nəzər yetirdikdə ziddiyyətli məqamlar ortaya çıxır.

Rəsmi açıqlamada məhkəmə qərarına istinad edilir və belə görünür ki, QSC Antiinhisar xidmətinin məlum qərarı ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə bu qərarın ləğv edilməsi hökmünü çıxarıb. Lakin bu açıqlama Antiinhisar xidmətin QSC ilə bağlı qərarına dair yayımlanan məqalədən cəmi bir gün sonra – iyulun 12-də yayımlanıb.

Sual yaranır: QSC-nin bir gün ərzində məhkəməyə müraciət etməsi və qərar çıxması mümkündürmü?

Təbii ki, xeyr.

O zaman “Azərbaycan Dəmir Yolları” QSC hansı “məhkəmə qərarına” istinad edir?

Rəsmi açıqlamaya diqqətlə baxdıqda bu sualın cavabını tapmaq olar.

QSC-nin rəsmi açıqlamasında bəhs olunan məhkəmə qərarı 2022-ci ilə aiddir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2022-ci ildə QSC ilə bağlı qərar qəbul edib, onlar da bundan məhkəməyə şikayət verib və məhkəmə bununla bağlı qərar çıxarıb. Həmin işdə də sahibkarlıq subyektləri QSC-nin “Antiinhisar fəaliyyət haqqında” qanuna zidd fəaliyyətindən şikayət edirlər. Məhkəmə bu işdə müəyyən qədər QSC-nin xeyrinə qərar çıxarıb.



Həmin məhkəmə qərarı ilə buradan tanış ola bilərsiniz...

Nə “Alliance Logistics” MMC və “Caspian Rail” MMC-nin şikayəti əsasında ortaya çıxan bu işin isə 2022-ci ildə baş vermiş işlə birbaşa əlaqəsi var, nə də bununla bağlı məhkəmə qərarının. Sadəcə olaraq, “Azərbaycan Dəmir Yolları” QSC 2022-ci ildə baş vermiş proseslə bağlı məhkəmə qərarını bu məsələyə calamaqla “sudan quru çıxmaq” istəyir və bu, yumşaq desək, ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. “Azərbaycan Dəmir Yolları” QSC-nin “ağ yalanı” açıq ortadadır. Görünür ki, “Azərbaycan Dəmir Yolları” QSC qanunsuz şəkildə əldə olunan mənfəəti dövlət büdcəsinə ödəməmək üçün hər yola əl atır. Yaxşı olardı ki, “Azərbaycan Dəmir Yolları” QSC-də əyləşənlər cəmiyyəti aldatmaq üçün bu qədər baş sındırmaq yerinə, qanunsuz yolla əldə edilən mənfəəti dövlət büdcəsinə geri ödəsinlər və bu biabırçılıqla bağlı obyektiv, doğru açıqlama versinlər. Atalarımızın gözəl bir sözü var: “Yalan ayaq tutar, yeriməz”.(demokrat.az)
 

Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq

Vaqif Hüseynli
Demokrat.az








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30