Qarşılıqlı dəstək ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır

Image


    “Xarici siyasətimizin əsas tərkib hissəsi olan  ikitərəfli münasibətlərin inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda bu əlaqələr yeni istiqamətlər üzrə inkişaf edir. Azərbaycanın beynəlxalq nüfuzu, söz sahibliyi ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qurulan əməkdaşlıqda, həmçinin ölkəmizin ev sahibliyi etdiyi, yaxud fəxri qonaq qismində qatıldığı tədbirlərdə də özünün aydın ifadəsini tapır. Təkcə iyul ayının ötən dövründə  keçirilən tədbirlərə, dövlət başçısı İlham Əliyevin xarici səfərlərinə diqqət yetirmək kifayətdir. Bütün türk dünyasının birliyinin, həmrəyliyinin dünyaya təqdimatı olan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi  Zirvə görüşü, Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü, cənab İlham Əliyevin bu tədbirdə iştirak etmək üçün Astanaya səfəri, onun ardınca Pakistana dövlət səfəri xarici siyasətimizin uğurlarının təqdimatıdır. Şanxay Əmədaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində dövlətimizin başçısı bir sıra görüşlər keçirdi ki, onlardan biri və hazırda da  həm ölkə, həm də dünya mətbuatında geniş müzakirə edilən Azərbaycan,  Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin görüşü oldu. Hər üç dost, qardaş ölkələr münasibətlərin müxtəlif səviyyələrdə inkişafında maraqlıdırlar. O da məlumdur ki, tarixi Zəfərimizdən sonra Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi ilə dünyaya səs salan Şuşa Bəyannaməsinin ardınca Bakı Bəyannaməsi də diqqətdə oldu. Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakıda bir araya gələrək imzaladıqları  sənəddir. Bu Bəyannamə münasibətlərimizin bugünkü və gələcək inkişafına öz müsbət təsirini göstərir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən  əməkdaşlıq mexanizmi,  Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində keçirilən üçtərəfli  görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir.”

   Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

   Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin bu günlərdə Pakistana dövlət səfəri əlaqələrimizin dünəninə, bu gününə və gələcəyinə işıq saldı: “Cənab İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşləri oldu və  hazırda münasibətlərimizin yeni sahələr üzrə inkişafı üçün geniş imkanların mövcudluğu qeyd edildi. İmzalanan 15 sənəd bunun təsdiqidir. Hər bir sənəd əlaqələrin inkişafında yeni bir istiqamətdir. Azərbaycan-Pakistan münasibətləri möhkəm təmələ əsaslanır. Pakistanın Baş nazirinin mətbuata bəyanatında qeyd etdiyi kimi, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında  bu əlaqələr səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq. Bir-birimizdən uzaqda yaşayırıq. Lakin qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq  birlikdə danışırıq,  bir yerdə düşünürük,  ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq.”

   Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edir ki, ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistana işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərdiyi üçün minnətdarıq.  Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. 

  Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Ötən ilin iyununda Pakistanın Baş naziri Azərbaycanda səfərdə oldu. Bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 dost, qardaş  ölkələrin  liderlərinin bir araya gəlməsinə imkan yaradacaq. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında diqqəti COP29-a yönəldərək belə bir əminliyi ifadə etdi ki, COP29 inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Pakistan üçün mühüm beynəlxalq tədbir olacaq: “Biz əminik ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə, İnşallah, COP29 Pakistan kimi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələləri ilə bağlı nəticələrə nail olacaq.”

     Əliabbas Salahzadə bildirib ki, ölkələrimiz  beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində  uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir: “Cari ilin iyununda Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının   2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyi, 2023-cü ildə  Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, ötən il oktyabrında  BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib. Azərbaycan da Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləyir.”

   Millət vəkili qeyd edib ki, tərəflər əlaqələrin inkişafında maraqlıdır və bunu atdıqları addımları ilə təsdiqləyirlər: “44 günlük İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana siyasi və mənəvi dəstəyi həm dövlətimiz, həm də xalqımız tərəfindən yüksək dəyərləndirildi. O da məlumdur ki, Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 1993-cü ildə  BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı  qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.”

    Əliabbas Salahzadə bildirib ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. İkitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açılır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini  təmin edəcək.








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30