Türkiyə XİN-dən Trampın güllələnməsinə - Reaksiya
“ABŞ-nin sabiq prezidentinə və qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən biri olan Donald Trampa Pensilvaniyada seçki kampaniyası zamanı edilən hücumu ən sərt şəkildə qınayırıq”.
“Gununxeberı.az ” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
“Sözügedən sui-qəsd həm də xalqın iradəsinə hücumdur. Demokratik siyasətə zorakılıq, dövlət çevrilişi və digər qeyri-qanuni yollarla müdaxilə yolverilməzdir. Ümid edirik ki, ABŞ-də seçkilər dinc şəraitdə baş tutacaq”, - məlumatda qeyd olunub.