Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə

Image

Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində dünya şöhrətli siyasətçi Heydər Əliyevin müstəsna yeri və rolu vardır. Milli özünüdərkin, soykökə qayıdışın, tərəqqi yolunun başlanğıc dövrü, Azərbaycanın dövlət kimi təməlinin qoyulduğu və tarixə qızıl hərflərlə yazılan 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində daim xatırlanacaq. Məhz həmin gündən etibarən Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrü, özünəqayıdışın inkişaf mərhələsi başlayıb.  Hakimiyyətə gəldiyi andan etibarən müdrik və uzaqgörən fəaliyyəti ilə müasir Azərbaycan tarixinin ən şanlı və parlaq salnaməsini yaratmış Heydər Əliyev mənalı ömrünü və misilsiz fəaliyyətini xalqının rifahına, tərəqqisinə həsr etmiş, Ümummilli Lider olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz bu tarixdən başlayaraq hər bir Azərbaycan vətəndaşı özlüyündə müstəqilliyinə qovuşacağına inanırdı. İnamla demək olar ki, məhz Onun hakimiyyətinin birinci dövrü xalqın milli dirçəlişi, eyni zamanda özünüdərkin başlanğıcı kimi tarixə yazıldı.

Məlumdur ki, müstəqilliyi əldə etmək üçün möhkəm təməl yaradan amillərdən biri də iqtisadi inkişafın vacibliyidir. Heydər Əliyev də hakimiyyətinin birinci dövründə Azərbaycan iqtisadiyyatının gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirdi. 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə SSRİ məkanında tanınan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuş, milli gəlirin ümumi həcmi 2,5 dəfə artmışdı.

İqtisadiyyatın inkişafına təsir göstərən amillər sırasında elmi, intellektual potensial da ön sırada dayanırdı. Heydər Əliyev siyasətinin və uzaqgörənliyinin ən bariz nümunəsi 10 mindən çox azərbaycanlı gəncin Moskvanın, eləcə də keçmiş SSRİ-nin 170-dən artıq aparıcı elm və təhsil ocağına təhsil almağa göndərilməsi idi.

Həmçinin, 70-80-ci illərdə Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradırdı. Ümummilli Liderin həmin illərdə başlatdığı hərbi quruculuq prosesi daha sonralar ikinci dəfə müstəqillik qazanan bir ölkənin hərbi ordusu üçün zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb və bu gün 55 ilin möhtəşəm təntənəsində hər bir vətəndaşımız buna şahiddir.

Ulu Öndər böyük cəsarət və siyasi müdrikliklə Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirində Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxdığını sübut etdi və xalq arasında özünə böyük hörmət, məhəbbət qazandı.

XX əsrin 90-cı illərinin əvvəlləri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında dövlət quruculuğu prosesinin getdiyi bir dövrdə, o zamankı iqtidarın zəif idarəçiliyi, xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdmələri,  hakimiyyətsizlik, vətəndaş qarşıdurması ölkəni işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.  Hadisələrin bu cür davam edə bilməyəcəyini yaxşı anlayan ölkənin o vaxtkı səriştəsiz “rəhbərləri” də ümid yerini Heydər Əliyevdə gördülər. Belə bir dövrdə xalq ayağa qalxaraq Naxçıvana - öz xilaskarına - Heydər Əliyevə üz tutdu, onu təkidlə Naxçıvandan Bakıya siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tarixinin əsasını qoydu. Onun dövlətçilik təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində ölkəmiz təlatümlər burulğanından xilas oldu, Azərbaycanın müstəqilliyi qorundu, vətəndaş müharibəsinin qarşısı alındı və təməli 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı. Dahi şəxsiyyət o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdir: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii və milli sərvətlərindən, o cümlədən Azərbaycanın “qara qızılın”dan səmərəli istifadə,  “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafına, yerli və xarici investisiyalar cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına,  ən əsası isə yeni iş yerlərinin açılmasına imkan yaratdı.

1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb oldu.

Böyük iftixarla qeyd edilməlidir  ki, Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsi,  onun ayrılmaz tərkib hissəsi olan kitabxanalar və təhsil müəssisələri özünün həqiqi inkişaf yoluna qədəm qoydu. Bu inkişaf tendensiyaları içərisində  ölkəmizdə kitabxana quruculuğu işi, yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanması məsələləri də önəmli yer tuturdu. Məhz Ulu Öndərin diqqət və qayğısı ilə   ləğv edilmiş kitabxanaların bərpası, yeni kitabxanaların yaradılması, rayon kitabxanalarında  ixtisaslı kadrların olması məqsədilə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul planının artırılması bu inkişafın təzahürü idi. Bir faktı da qeyd etmək yerinə düşər ki, əgər  1970-ci ildə respublikada 7,9 milyon nüsxə kitab fonduna malik olan 3749 məktəb kitabxanası var idisə, 1981-ci ildə onların sayı 4238-ə,  kitab fondu isə artaraq 25,2 milyon nüsxəyə çatmışdı.

Həmin illərdə Azərbaycan Elmlər Akademiyasının fəaliyyətində də böyük dəyişikliklər baş vermiş və bu dəyişiklik Akademiya kitabxanasının işində də özünü göstərmişdir. Akademiya kitabxanası keçmiş SSRİ məkanında ilk dəfə mərkəzləşdirməyə nail olmuşdu. Ümummilli Liderin təşəbbüsü ilə 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının 50 illik yubileyinin  keçirilməsi də Heydər Əliyev fenomeninin respublikamızda kitabxana işinə qayğısının yüksək göstəricisi idi.

Ulu Öndər hakimiyyətə ikinci dəfə gəlişindən sonra da həm milli dövlətçiliyi, həm mədəniyyət və təhsil sahəsini, o cümlədən kitabxana işini öz himayəsinə aldı  və zəngin  kitab sərvətinin toplandığı kitabxanaları xalqın istifadəsinə qaytardı. Müstəqil Azərbaycanın  kitabxana quruculuğunda atılan  uğurlu addımların davamı kimi, “Özəlləşdirməyə münasibətdə dövlət mülkiyyət obyektləri”nin siyahısında kitabxanalar  özəlləşdirməyə qadağan olunmuş obyektlər qrupuna aid edildi. 1998-ci ildə  “Kitabxana işi haqqında” Qanun qəbul olundu.

Ulu Öndər Heydər Əliyevin nəsillərə örnək olan zəngin və çoxşaxəli həyat yolu, xalqına təmənnasız xidməti, müstəqil Azərbaycanın əbədiliyini təmin edib, yeni və müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyub.

Müasir və qüdrətli Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında sadalamaqla bitməyən xidmətləri çoxəsrlik tariximizdə zəngin səhifələr yaratdı. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətinin uğurlu davamçısının rəhbərliyi altında yüksək nailiyyətlər qazanaraq yeni tarix yazır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə də məhz 1969-cu ilin 14 iyulundan başlanan siyasətin nəticəsi və  Azərbaycan milli dövlətçiliyinin şanlı səhifəsidir.

Hüseyn HÜSEYNOV, 

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent

Gununxeberi.az 







XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30