“14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir”

Image


“14 iyul – müasir Azərbaycan tarixinin

dönüş mərhələsidir”

          Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və Yasamal rayon Heydər Əliyev Mərkəzi “14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir” adlı tədbir keçirdilər. Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55 illik yubileyinə həsr olunmuşdur.

            Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

           Tədbiri Yasamal rayon MKS-nin əməkdaşı İradə Hüsenova açaraq, Ulu Öndərimiz Heydər Əliyevin siyasi fəaliyyətindən danışdı və bildirdi ki, Azərbaycan KP MK-nın 1969-cu il iyulun 14-də keçirilən plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. Plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Heydər Əliyevin yüksək idarəçilik bacarığı sayəsində respublikamızın iqtisadiyyatı, təhsil, səhiyyə və mədəniyyətimiz sürətli inkişaf yolu keçdi. 1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi uğurlar sonralar xalqımızın siyasi müstəqilliyi yolunda mühüm rol oynadı.

           Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Mayrux Cavadova məruzəsində qeyd etdi ki, Ulu Öndərimiz Azərbaycanın bütün sahələrini əhatə edən dinamik inkişafa nail olmaq üçün çevik və ardıcıl siyasət apardı, sənayenin, aqrar-sənaye kompleksinin ixtisaslaşmış sahələrinin inkişafı məqsədilə müxtəlif proqramlar həyata keçirdi. Məruzəçi qeyd etdi ki, 1969-1982-ci və 1993-2003-cü illərdə Azərbaycan mədəniyyəti Renessans dövrünü yaşamış, Ulu Öndər Azərbaycan mədəniyyətinin bütün sahələrinə, ədəbiyyata və Azərbaycan dilinə xüsusi həssaslıqla yanaşmışdır. 

          Tədbirdə “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə, “Azərbaycan dünyası” jurnalının  baş redaktoru, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov, “Carçı” jurnalının təsisçisi və baş redaktoru, Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva, “Qadın Dünyası” İctimai Birliyinin sədri Kifayət Niftəliyeva, “Yeni Baxış” İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərov, şəhid Sübhan Abdurəhmanın anası Mehriban Abdurəhman, Qarabağ müharibəsi veteranı İsa Musayev çıxış etdilər. 

             Tədbir iştirakçıları bildirdilər ki, Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi geriliyinin aradan qaldırılması istiqamətində mühüm addımlar atmış, müstəqillik illərində xalqımızın milli maraqlarına cavab verən siyasət aparmışdır. 

Tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan Ulu Öndərə həsr olunmuş videoçarx maraqla izlənildi.

               Ümummilli Liderin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki heykəli qarşısında xatirə şəkli çəkildi.


Gununxeberı.az 








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30