Bayden yenə çaşdı: Zelenskini Putin kimi təqdim etdi
ABŞ prezidenti Co Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitində təsadüfən səhv danışaraq Ukrayna prezidenti Vladimir Zelenskini “prezident Putin” adlandırıb.
Baydenin bu hərəkəti dünya mediasının əsas xəbərlərindən birinə çevrilib.
“İndi isə sözü təkcə cəsarəti yox, həm də qətiyyəti olan Ukrayna prezidentinə vermək istəyirəm. Xanımlar və cənablar, prezident Putin”, - deyə Bayden çaşıb.
O, səhvini tez anlayıb və deyib: “Prezident Putin? O, (Zelenski) prezident Putini məğlub edəcək. Mən prezident Putini məğlub etməyə o qədər diqqət yetirmişəm ki, bundan narahat olmalıyıq”.
Yaxınlıqda dayanan Zelenski "mən yaxşıyam" deyə zarafat edib.
"Sən daha yaxşısan", - Bayden deyib.