Pirallahı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası və “Yaşıl enerjidən istifadə-dövrün tələbi” başlıqlı konfrans keçirilmişdir

Image

11 iyul 2024-cü il tarixdə Pirallahı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”

çərçivəsində ağacəkmə aksiyası və ““Yaşıl enerjidən istifadə-dövrün tələbi” başlıqlı konfrans

keçirilmişdir. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon

təşkilatının sədri Emil Abasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, RİH başçısı

Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyət göstərən idarə-müəssisə, təşkilat, təhsil,

mədəniyyət və səhiyyə müəssisələrinin kollektiv üzvləri, Qeyri-hökumət təşkilatlarının

nümayəndələri iştirak etmişlər.

Tədbirdən öncə RİH başçısı Vasif İmanov və rayon ərazisində fəaliyyət göstərən idarə və

müəssisələrinin kollektivlərinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında ümumilikdə 100-ə yaxın

eldar şamı əkildi.

Pirallahı Gənclər Mərkəzində keçirilən konfrans Ümummilli Lider Heydər Əliyevin və 

ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik

sükutla yad edilməsi ilə öz işinə başladı.

Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş olundu.

İlk olaraq “Abşeronneft” Neft-qaz çıxarma idarəsinin rəisi Fərhad Əliyev çıxış edərək,

ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata

keçirilən kompleks tədbirlərin başlıca istiqamətlərindən birinin neftlə çirklənmiş torpaqların

təmizlənməsi olduğunu bildirmişdir. Natiq vurğulamışdır ki, Pirallahı rayonunda hektarlarla neft və

neft məhsulları ilə çirklənmiş ərazidə ARDNŞ tərəfindən kompleks addımlar atılmaqdadır. Son

illərdə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə,

çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin,

meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin

komponentlərinin bərpasında rol oynamışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sabirə İmanəlili qeyd etdi ki, Azərbaycan

Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl

dünya naminə həmrəylik ili" elan edilmiş, bu da növbəti il ərzində qarşımıza ətraf mühitlə, yaşıl

inkişafla bağlı yeni gündəlik qoymuşdur. Natiq, "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5

prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edildiyini də diqqətə çatdırıb

və əlavə edib ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların

tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və

çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bununla yanaşı, ölkənin perspektiv iqtisadi inkişafı

ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su

ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.


Daha sonra Pirallahı Rayon icra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar

məsələr şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) Arzu Əliyeva çıxış edərək

bildirmişdir ki, inkişafını   yeni sənaye inqilabının tələbləri əsasında təkmilləşdirən Azərbaycanın

əsas hədəfləri arasında ön sıralarda dayanan alternativ enerji ilə təchizata diqqət getdikcə artırılır.

Düşünülmüş siyasət sayəsində   enerji  idxalçısından  ixracatçısına çevrilən Azərbaycanın enerji

diplomatiyasının uğurları daha böyük  coğrafiyanı birləşdirir. Bərpaolunan enerji növlərindən

səmərəli istifadə üçün yaranan imkanlar,  həyata keçirlən islahatlar müsbət nəticəsini verməkdədir.

Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə enerji diplomatiyamızın əsas

prinsiplərindəndir.Azərbaycanın  hərtərəfli  inkişafına dair strateji hədəfləri,  ölkə iqtisadiyyatının

qarşıdakı  illər üçün prioritetlərini zamanın tələbləri əsasında  müəyyənləşdirilir.

Yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov “Yaşıl

dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlər, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına

qarşı apardığı mübarizə tədbirləri barədə auditoriyaya geniş məlumat verdi. RİH başçısı vurğuladı ki,

ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da ekoloji mühitin qorunması və ətraf mühitə dəyən

zərərlərin azaldılması, ekoloji layihələrin icrası istiqamətində ardıcıl işlər görülməkdədir. Pirallahı

rayonunda ekoloji mühitin sağlamlaşdırılması daim prioritet istiqamət olaraq qəbul edilmiş, bu günə

qədər 360 mindən çox ağac və gül kolları əkilmiş, yaşıllıqlar salınmışdır. Natiq BMT-nin İqlim

Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un

Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsinin beynəlxalq ictimaiyyət tərəfindən

Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf

mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz

nümunəsi olduğunu qeyd etdi. Təqdirəlayiq haldır ki,  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə

Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi və

Azərbaycanın iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fəaliyyəti qlobal səviyyədə

qəbul olunur. Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının

alınması üçün ardıcıl siyasət aparır. Bu qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının

alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin böyük rolu vardır.

"Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və

həssaslıqla yanaşmanın göstəricisidir.



 







XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30