“Fransa məni yormur” - La Fuente
“Biz cəlbedici komandayıq. Fransa ilə fərqli üslublarımız var”.
“Gununxeberı.az” xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün yarımfinalında Fransaya qarşı keçirəcəkləri oyundan əvvəl deyib:
“Biz hamımız qələbə qazanmağımıza kömək edəcək oyun planları qurmağa çalışırıq. Burada əsas qələbə qazanmaqdır. Vacib olan nəticədir”.
Çalışdırıcı Fransa yığması haqqında da fikirlərini bölüşüb: “Qiymətləndirdiyim və təhlil etdiyim şey potensialdır. Fransa yığması fantastikdir. Çox səviyyəli oyunçuları var və çox yaxşı komandadırlar. Mən həmişə futboldan həzz alıram. Fransa məni yormur”.