“Pezeşkiana səs verənlərin əksəriyyəti azərbaycanlıdır”

Image

“İranda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan Məsud Pezeşkian islahatçı və müasir dünyagörüşə malik, yenilikçi və iradəli siyasi lider olduğundan, xalqın istək və arzularını ifadə etdiyindən, eləcə də mühafizəkarlıqdan uzaq liberal siyasi obrazı və baxışları ilə fərqləndiyindən seçicilərin böyük əksəriyyəti onu dəstəklədi”.

“Gununxeberı.az” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.

V. Abdullayev qeyd edib ki, onun qələbə qazanmasında İranda yaşayan 30 milyondan artıq azərbaycanlının etimadı xüsusi rol oynayıb:

“Demək olar ki, 17 milyon səsin mütləq əksəriyyəti azərbaycanlılara məxsusdur. Qeyd edim ki, seçkilərin təşviqatı dövründə də İranda yaşayan türklər ona etibar etdiyini gizlətmirdi və azərbaycanlı türklər Pezeşkianın özlərinin layiqli namizədi olduğunu deyirdilər. O, Azərbaycanda, Məhabadda dünyaya gəlmiş şəxs kimi evdə uşaqlarına türk dilində danışmağı öyrətdiyini, türk olması ilə fəxr etdiyini bəyan etməklə ölkədəki böyük bir elektoratı üzərində cəmləyə bildi və bu faktor yekunda öz nəticəsini göstərdi.

Cənab Pezeşkian doqquzuncu prezidentdən daha çox, islahatçı, yeni siyasi ruh və təfəkkürə malik olması, habelə Avropa ilə inteqrasiyaya can atması ilə diqqəti cəlb edir və onun bu siyasi tezis və baxışları yenilik istəyən İran xalqının istəkləri ilə üst-üstə düşür.

Onun qətiyyətli islahatlar proqramı həyata keçirəcəyinə ümidlər böyükdür və bunun üçün siyasi təcrübəsi, istedadı, səriştəsi və bacarığı, ən əsası isə qətiyyətli iradəsi var”.

“2016-2020-ci illərdə İran parlamentinin vitse-spikeri kimi cəsarətli qanunların qəbul edilməsində və idarəetmə kursunda dəyişikliklərə yol aça biləcək təşəbüskarlığı, ələlxsus qlobal dünyaya inteqrasiya, region ölkələri ilə sıx əməkdaşlıq və digər mühüm məsələlərdə siyasi baxışları ölkədə yeni ab-havanın yaranacağını deməyə ciddi əsaslar verir.

Əminəm ki, Məsud Pezeşkian 85 milyonluq İran xalqının iradəsini ifadə edərək onların ümidlərini doğruldacaq, dövlətin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında əhəmiyyətli keyfiyyət dəyişikliklərinə səbəb olacaq.

Məsud xoşbətlik, bəxtiyarlıq, səadət, könül xoşluğu deməkdir. Ürək cərrahı olan Məsud Pezeşkianın İran xalqının könlünü xoş edəcəyinə inam böyükdür.

Pezeşkianın İran-Azərbaycan münasibətlərinin dost və yaxın tərəfdaşlıq ruhunda daha da inkişafı yolunda yorulmaz qətiyyətli addımlar atacağına, ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə inanıram. Cənab Prezident İlham Əliyevin Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda qeyd edildiyi kimi Azərbaycan ilə İran arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər mövcuddur və hər iki tərəf qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan əlaqələrin gələcək inkişafı istiqamətlərində davamlı siyasət yürüdülməkdədir.

Məsud Pezeşkian hələ prezident seçilməmişdən əvvəl Azərbaycan dövlətini və xalqını dost və qardaş hesab edib və əlaqələrimizin ən yüksək səviyyəyə çatmasını arzu edib. Ona görə də, onun dövlət postunda imkanları daha yaxşı səfərbər edəcəyinə, Azərbaycan və İran arasındakı ənənəvi dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə şübhəm yoxdur”, - V.Abdullayev bildirib.















XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30