Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Image

Orta qulağın kəskin iltihabı (kəskin orta otit) əsasən uşaqlarda tez-tez rast gəlinən xəstəliklərdən

biridir. Orta qulağa infeksiyanın keçməsi nəticəsində iltihabi prosesin uzun müddət davam etməsi

təbil boşluğunda irinli mayenin toplanmasına səbəb olur. Xəstəliyin müalicəsi məqsədi ilə ilkin

olaraq həkim tərəfindən medikamentoz müalicə təyin olunur. İltihab və infeksiyanın bir neçə ay

ərzində təkrar olunması fonunda şiddədli və ya davamlı qulaq ağrısı, eşitmə zəifliyi, mayenin

təsiri altında təbil pərdəsinin şişməsi zamanı mirinqotomiya və ya timpanostomiya əməliyyatlarına

ehtiyac yaranır.

Mirinqotomiya eşitmə borusunun keçiriciliyini bərpa etmək məqsədi ilə aparılan cərrahi

müdaxilədir. Mirinqotomiya zamanı təbil pərdəsində kəsik açılır və orada yığılan irinli maye xaric

edilir. Prosedurdan sonra pasiyent özünü daha yaxşı hiss etməyə başlayır. Bir müddət tıxanıqlıq

hissi müşahidə edilsə də qulaqda eşitmə normallaşır. 7-10 gündən sonra təbil pərdəsində açılan

kəsik, çapıq izi və ya digər mənfi fəsadlar olmadan tam sağalır.

Kəskin orta otit təkrar olunduqda və iltihablanma 3 aydan artıq davam etdikdə yığılan mayenin

xaric edilməsi məqsədi ilə qulağa müvəqqəti qulaq borusu (timpanostomik boru) yerləşdirilir.

Timpanostomiya adlanan bu cərrahi prosedur böyüklərdə adətən yerli keyitmə, uşaqlarda isə

ümumi anesteziya altında otolarinqoloq tərəfindən icra olunur.

Qulaq boruları orta qulaqda bir neçə dəfə infeksiya keçirmiş (kəskin orta otit) uşaqlarda daha çox

yerləşdirilir. Mayənin drenajı ilə yanaşı, qulaq borusu ventilyasiyanı təmin edərək orta qulaqda

mayenin yığılmasının qarşısını alır.

Böyüklərdə timpanostomik boru adətən, uçuş və ya dayvinq zaman baş verən təzyiq dəyişikliyi

(barotravma) nəticəsində şiddətli qulaq ağrısının müalicəsi məqsədi ilə taxılır. Müalicə

olunmazsa, nitqdə çətinliklər və ya daimi eşitmə itkisi kimi daha ciddi fəsadlara gətirib çıxara bilər.

Əksər hallarda qulaq borusu 9-18 ay ərzində özü düşür və qulaq pərdəsində açılan kəsik tam

sağalır. Qulaq borusu 2 il ərzində özü düşmürsə həkim tərəfindən çıxarılır.

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə qulağa borunun taxılması

(timpanostomiya) ilə birlikdə 96 mirinqotomiya əməliyyatı icra olunub.

Xəstəliyin diaqnostikası üçün otolarinqoloq tərəfindən otoskopiya, audiometriya (eşitmənin

dəyərləndirilməsi), timpanometriya (təbil pərdəsinin funksionallığının qiymətləndirilməsi) və

endoskopik müayinələr aparılır. Kəllədaxili patologiyaya şübhə olduqda həkim tərəfindən KT və

MRT diaqnostik müayinələri təyin oluna bilər. Xəstəliyin diaqnostikası və cərrahi müalicəsi,

əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf (qulaq borusu), ehtiyac yaranarsa qulaq

borusunun çıxarılması icbari tibbi sığorta ilə qarşılanır.

Mirinqotomiya və timpanostomiya TƏBİB-in tabeliyindəki tibb müəssisələrində və İcbari Tibbi

Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra

olunur.








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30