Ölkəmizin növbəti beynəlxalq təşəbbüsü

Image

6 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa

şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış

etdi. Bu çıxışda Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi və Türk dünyasının

gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq vurğulandı. Əliyev

bildirdi ki, Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi, siyasi, iqtisadi və hərbi

qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi üçün səylər göstərmişdir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc

mərkəzlərindən birinə çevrilməsinin vacibliyini qeyd edərək, üzv ölkələrin böyük coğrafi

ərazini əhatə etdiyini, müsbət demoqrafik dinamikaya malik olduğunu və hərbi potensialının

döyüş meydanlarında dəfələrlə sübut olunduğunu bildirdi. O, Türk dövlətlərinin zəngin təbii

resursları, müasir nəqliyyat infrastrukturu və zəngin mədəni irsinin böyük sərvət olduğunu

vurğuladı.

2020-ci il Vətən müharibəsindən və Şuşanın azad edilməsindən bəhs edən Prezident

İlham Əliyev, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin və Şuşada keçirilən Zirvə

görüşünün rəmzi mənasını izah etdi. O, Şuşanın Azərbaycanın və regionun mədəni, ictimai-

siyasi həyatında mühüm mərkəzlərdən biri olduğunu, Ermənistanın 1992-ci ildə işğal etdiyi

Şuşanın azad edilməsinin Azərbaycan xalqının böyük arzusu olduğunu bildirdi. 2020-ci il

noyabrın 8-də Şuşanın azad edilməsi ilə İkinci Qarabağ müharibəsinin başa çatdığını və

Azərbaycanın hər il bu günü Zəfər Günü kimi qeyd etdiyini vurğuladı.

İlham Əliyev Şuşa şəhərinin 2021-ci ildə “Azərbaycanın mədəniyyət paytaxtı” elan

olunduğunu və 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini qeyd etdi. O, həmçinin

Şuşanın TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”,

ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildiyini

bildirdi. Azərbaycan və Türkiyə arasındakı rəsmi müttəfiqliyin əsasını qoyan Şuşa

Bəyannaməsinin 2021-ci ildə Şuşada imzalandığını xatırlatdı.

Prezident Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük

Qayıdış” Proqramı haqqında da məlumat verdi. Bu proqram çərçivəsində minlərlə keçmiş

məcburi köçkünün öz doğma yurdlarına qayıtdığını və bu ilin sonuna qədər 20 min insanın

azad edilmiş torpaqlara qayıdacağını bildirdi. O, həmçinin Türk dövlətlərinin rəhbərlərinin

azad edilmiş torpaqlara səfərlərinin qardaşlıq həmrəyliyinin təzahürü olduğunu qeyd etdi.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə

tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını və Azərbaycan tərəfindən Katibliyin

hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüldüyünü bildirdi. O, Şərq-Qərb

nəqliyyat dəhlizinin genişləndirilməsinin prioritet məsələlərdən biri olduğunu vurğuladı və

Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin artırılmasından danışdı. İlham

Əliyev çıxışında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün bu ilin may ayında

İstanbulda keçirilən Türk İnvestisiya Fondunun təsis iclasının önəmindən bəhs etdi. O, enerji

sahəsində strateji tərəfdaşlığın və bərpaolunan enerji sahəsində əməkdaşlığın əhəmiyyətini

vurğuladı.

Azərbaycanın bu il COP29 konfransına ev sahibliyi edəcəyini qeyd edən Prezident

İlham Əliyev, bu tədbirin beynəlxalq ictimaiyyət tərəfindən ölkəyə olan böyük etimadın bariz

nümunəsi olduğunu bildirdi. O, COP29-a sədrlik və tədbirin Bakıda keçirilməsi çərçivəsində

Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin

gücləndirilməsi üçün səylərini davam etdirəcəyini vurğuladı. Prezident İlham Əliyev çıxışının


sonunda imzalanacaq Qarabağ Bəyannaməsinin və qəbul ediləcək qərarların Türk

dünyasının həmrəyliyini və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu gücləndirəcəyinə

inandığını ifadə etdi.

Görüş zamanı digər dövlət və hökumət başçıları da çıxış etdilər. Qazaxıstan Prezidenti

Kasım-Jomart Tokayev, Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması

istiqamətində atılan addımları xüsusi vurğuladı və Türk dünyası ilə iqlim məsələləri üzrə

əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirdi. Qırğızıstan Prezidenti Sadır Japarov isə

Azərbaycanın COP29-a uğurla sədrlik edəcəyinə əmin olduğunu və bərpaolunan enerji

sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğuladı. Özbəkistan Prezidenti Şavkat

Mirziyoyev Azərbaycanın Qarabağda apardığı quruculuq işlərini təriflədi və Türk Dövlətləri

Təşkilatına üzv olduqlarını xatırlatdı. Türkiyə vitse-prezidenti Cevdet Yılmaz isə Şuşada

olmağın böyük məmnunluq doğurduğunu və Azərbaycanın 44 günlük Vətən müharibəsində

qazandığı Zəfərin bölgədə sülh və sabitlik üçün tarixi bir fürsət yaratdığını vurğuladı. O,

həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətini qeyd etdi.

Beləliklə, İlham Əliyevin çıxışı Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və Türk

dünyasının birliyinin möhkəmləndirilməsi üçün vacib mesajlar verdi. Şuşada keçirilən bu Zirvə

görüşü Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə olacaqdır.

Haşımova Mətanət ,

Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30