Növbəti tarixi görüş

Image

Ümummilli Lider Heydər Əliyev: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim

xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq.

Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar

hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında

yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx

əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət

kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar

üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik.” Ulu öndərin türk dünyasının

yüksəlişi barədəki strateji mövqeyini onun aşağıdakı sözləri də aydın əks etdirir: “Özünün

yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz

nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk

cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır.

İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni

dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.

Və fəxr olunmalıdır ki, Azərbaycanın milli liderinin türk dünyasının qarşılıqlı əlaqələri,

yüksəlişi strategiyasını Azərbaycan Prezidenti İlham Əliyev respublikaya rəhbərlik etdiyi elə

ilk aylardan uğurla davam etdirməkdədir. Onun Qazaxıstana, Özbəkistana, xüsusilə

Türkiyəyə rəsmi səfərləri göstərdi ki, İlham Əliyev bütün sahələrdə olduğu kimi, bu sahədə də

öz siyasi enerjisini əsirgəməyəcək, türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin

genişlənməsi, türk dünyasının müasir dünyada özünəməxsus yerini tutması uğrunda müasir

dövrün türk lideri olaraq böyük xidmət göstərəcəkdir. Ümümmilli lider Heydər Əliyevin layiqli

varisi olan İlham Əliyev Prezident kimi Türkiyəyə ilk rəsmi səfəri ərəfəsində demişdi: “Biz öz

siyasətimizi müstəqil şəkildə aparmalıyıq ki, xalqlarımız, millətimiz daha da güclənsin,

qüdrətlənsin, möhkəmlənsin. Bizim gücümüz də birlikdədir”. Və Ankara görüşlərində həm

Azərbaycanın, həm də Türkiyənin xüsusi beynəlxalq problemlərinin həllində hər iki dövlətin

başçılarının prinsipial mövqe nümayiş etdirməsi həmin “güc birliyi”nin siyasi reallıq olduğunu

bütün dünyaya bir daha nümayiş etdirdi.

Bir neçə gün idi dünyanın nəzər-diqqəti yenidən Şuşaya yönəlmişdi. İyulun 6-da Şuşada

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Zirvə

görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının

Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan

Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban,

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin

Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak

ediblər.

Şuşa möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edərək Azərbaycanın Türk dünyasının

birliyinə növbəti töhfəsini nümayiş etdirdi. Azərbaycanın dilbər guşəsində TDT-nin qeyri-rəsmi

Zirvə görüşünün keçirilməsi dövlət başçımızın “Bizim ailəmiz Türk dünyasıdır” müdrik

kəlamının bariz nümunəsidir. Tədbir beynəlxalq münasibətlər sistemində böyük maraq

yaradıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə bir möhtəşəm tədbirin işğaldan

azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığının

nümayişi oldu. Bununla yanaşı, bu, həm Azərbaycanın beynəlxalq aləmə, həm də

Ermənistanın havadarlarına ciddi bir mesajdır. Çünki bu tədbir dünya ictimaiyyətinin diqqətini

yenidən Şuşaya yönəltdi.


Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk

dünyasının mədəniyyət paytaxtı” elan edilməsi memarlıq və şəhərsalma sənətinin 270 illik

tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb

edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Eyni zamanda, bu qərar bütün Türk dünyasının

birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq

perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. Şuşada Türk Dövlətləri

Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz

olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz

möhtəşəm Qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Cənubi

Qafqazda marağı olan və öz çirkin niyyətlərini Ermənistan və onun tərkib hissəsi kimi

“Qarabağ layihəsi” üzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətləri ürəklərində qaldı.

Bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər

sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi.

TDT-nin Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə toplantısı, türkdilli dövlətlərin daha sıx

inteqrasiyası, qarşıya qoyulan hədəflərə nail olunması və yeni güc kimi beynəlxalq

münasibətlər sistemində formalaşaraq ciddi rol oynaması baxımdan mühüm əhəmiyyət kəsb

edir. Şuşada keçirilən tədbirdə diqqət çəkən məqamlardan birinin türkdilli dövlətlərin

başçılarının bu şəhərə Füzuli Beynəlxalq Aeroportu vasitəsilə gəlmələri olub. Qısa müddətdə

tikilib istifadəyə verilmiş Füzuli Beynəlxalq Aeroportu artıq xarici ölkələrin başçılarını qəbul

edir. Digər tərəfdən tədbir iştirakçılarının Prezident İlham Əliyevlə birlikdə Şuşaya gəzintiyə

çıxan zaman sakinlərlə səmimi görüşləri və söhbətləri də diqqətdən yayınmadı. Şuşa

azərbaycanlıların əzəli yurdu kimi növbəti dəfə dünyaya qucaq açıb.

Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz

Prezident İlham Əliyevin təşəbbüsüdür. Dövlətimizin başçısı dedi ki, “türk ölkələri ilə

əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx

birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə

çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc

mərkəzlərindən birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv

ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş

meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün

müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən

nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir.

Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx

birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Ötən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa

edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı Şuşa

şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm

mərkəzlərindən biri olmuşdur. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən

sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci

Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd

edilir. Dövlətimizin başçısı bəyan etdi ki, onun Sərəncamı ilə 2021-ci ildə Şuşa şəhəri

“Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən

Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa

İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının

mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət


paytaxtı” elan olunmuşdur. Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan

Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Ölkə başçısı, həmçinin

Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının icra olunduğunu bildirdi. Dedi ki,

Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi

isə bu torpaqlara həyat qayıdır. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə

qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd

kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

TDT üzv ölkələrin liderləri Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik,

sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil,

mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək, həmçinin

bəşəriyyət tarixində türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq,

Qarabağ Bəyannaməsini imzalayıblar. “Bu sənəd türk xalqlarının qitə miqyasında töhfələrini,

qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən

yüksək dəyərini özündə əks etdirir.

Məmmədova Nərminə,

Xəzər rayonu, H.Z. Tağıyev adına123 nömrəli tam orta məktəbin müəllimi








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30