Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə görüşündən yadda qalan məqamlar

Image

Bildiyimiz kimi, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-

rəsmi Zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti

Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın

Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr

Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek

Ömüralıyev iştirak ediblər.

Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı

və Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü dəstəklədikləri və dəvəti qəbul edərək Şuşa

şəhərinə gəldikləri üçün təşəkkür etdi. İlk olaraq bildirdi ki, Türk ölkələri ilə əlaqələrin

genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın

xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun

siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə

səylər göstərmişdir.

Ölkə başçısı, bizim böyük coğrafi məkanı əhatə etdiyimizi vurğulayaraq ,üzv ölkələrdə də

müsbət demoqrafik dinamika müşahidə olunduğunu, həmçinin hərbi potensialımızın döyüş

meydanlarında özünü dəfələrlə göstərdiyini söylədi. Əlavə etdi ki, zəngin təbii resurslarımız,

onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları

ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük

sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları

ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Keçən ilin sentyabrın

20-də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada

keçirilən bu Zirvə görüşünün rəmzi məna daşıdığını və Qarabağın tacı Şuşa şəhərinin həmişə

Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu

vurğuladı.

Prezidentimiz Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsinin

Azərbaycan xalqının böyük faciəsi olduğunu, lakin bu işğalla heç vaxt barışmadığını, həmişə

Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşayıb və buna nail

olduğunu xatırlatdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun

döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən

işğalından azad etdiyini söyləyən İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad

edilməsindən sonra Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur olduğunu və

beləliklə, İkinci Qarabağ müharibəsinin başa çatdığını və hər ilin noyabrın 8-inin Azərbaycanda

Zəfər Günü kimi qeyd edildiyini söylədi.

Ali Baş Komandanımız qeyd etdi ki, Sərəncamla 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın

mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin

qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir.

TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”,

ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan

olunmuşdur. Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını


qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Qarabağ və Şərqi

Zəngəzurda “Böyük Qayıdış” Proqramının icra olunduğunu bildirən ölkə başçısı Ermənistanın

işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etdiyini, indi isə bu torpaqlara

həyatın qayıtdığını nəzərə çatdırdı. O bildirdi ki, "Böyük Qayıdış” Proqramının icrası çərçivəsində

bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və

dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Türk

dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri isə qardaşlıq həmrəyliyinin

təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan

prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.

Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz

hədəflərin reallaşdırılması üçün yetərli olmadığından Azərbaycanın bu günlərdə Katibliyin

hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürtmüşdür. Xəzər dənizində 50-dən çox

ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərdiyini, artan

yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edildiyini,

gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcəyini, Ələt Beynəlxalq

Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər

genişləndiriləcəyini də görüşdə qeyd olundu. Ölkə başçısı nəzərə çatdırdı ki, bu ilin may ayında

İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da

dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. İnanıram ki, Fond vasitəsilə bir çox

sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır. Enerji sahəsində strateji tərəfdaşlığımız, o

cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox

əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-

optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də

mühüm təşəbbüslərdən biridir.

Cənab prezident Bu il Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcəyini xatırladaraq

qonaqları COP29-a dəvət etdi. COP29-a sədrliyin və bu tədbirin Bakıda keçirilməsinin

beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsi olduğunu

söylədi və 200-ə yaxın ölkənin bizim namizədliyimizi yekdilliklə dəstəklədiyini bildirdi. Həmçinin

söylədi ki, Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən

istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin

gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.

Çıxışının sonunda İlham Əliyev imzalayanacaq Qarabağ Bəyannaməsi və qəbul edilən

qərarların Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq

nüfuzunu daha da gücləndirəcəyini söyləyərək nitqini yekunlaşdırdı.

Əlisoy Nərgiz

Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30