Şuşadan dünyaya verilən mesaj - ”Qarabağ Bəyannaməsi”

Image

Yadıma keçən əsrin qanlı-qadalı 90-cı illəri düşür. O illər ki, xalqımız ard-arda

torpaqlarımızın işğal xəbərini alırdı. Hər bir Azərbaycan vətəndaşının qəlbində “Qarabağ”

nisgili var idi. Gözəl, dilbər güşələrimizdən biri olan Şuşamızı mənfur düşmənin əsarətində

görmək daha açınacaqlı idi. Amma xalq inanırdı. İnanırdı ki, nə vaxtsa bu torpaqlara

dönəcək.

2020-ci ilin sentyabr ayında erməni separatçılarının növbəti hücumuna qarşı

Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks

hücuma keçdi. 28 illik bir nisgilə 44 günün içində son qoyuldu. Qarabağımız Ali Baş

Komandanımızın gösrişi və rəşadətli ordumuzun şücaəti nəticəsində düşmən işğalından azad

edildi.

Bu gün Azərbaycan, məhz ölkə başcımız cənab İlham Əliyevin düzgün qurulmuş

fəaliyyəti nəticəsində bütün dünyada böyük nüfuza malikdir. Buna misal olaraq, bu il iyulun 6-

da gözəl Şuşamızda keçirilən Türk Dövlətləri Təşkilatının Türk dövlət başçılarının Zirvə

toplantısını göstərmək olar.Türk dövlətləri liderlərinin səmasında azadlıq bayrağı dalğalanan

Qarabağda bir araya gəlməsi, Türk dünyasının mənəvi paytaxtı Şuşada gerçəkləşən Zirvə

toplantısı təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün tarixi hadisədir. Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat

Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının

Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə

Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti

Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin iştirakı ilə keçən

Zirvə görüşü dünyaya açılan yeni bir baxış, önəmli bir mesaj idi.

Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, mənəvi paytaxtımız olan Şuşada TDT-

nin qeyri-rəsmi Zirvə Görüşündə imzalanmış “Qarabağ Bəyannaməsi” dost və qardaş ölkələr

arasında yeni tarixin, yeni reallığın və türk birliyinin təcəssümüdür. Bu baxımdan Bəyannamə

Türk dövlətləri rəhbərlərinin qardaşlıq həmrəyliyinin ifadəsi olmaqla yanaşı həm də müəyyən

mənada müvafiq geosiyasi regiona, geniş mənada isə dünya miqyasında güc balansına

aidiyyəti olan bir sənəddir. Türk dövlətləri arasında ittifaqın təməl daşlarından biri kimi

“Qarabağ Bəyannaməsi” beynəlxalq hüquq və siyasət baxımından da böyük mühüm

əhəmiyyət kəsb edir. İlk növbədə Qarabağ Bəyannaməsi hüquqi bazaya əsaslanan tarixi və

regional-qlobal miqyaslı siyasi məsələdir. Eyni zamanda Qarabağ Bəyannaməsi geniş bir

geosiyasi müstəvidə yeni sabitlik, təhlükəsizlik, sosial-mədəni və iqtisadi tərəqqiyə öz

töhfəsini verəcək etibarlı gözləntiləri özündə ehtiva edir. Bu mühüm sənəd həmçinin türk

dövlətçiliyinin inkişafı istiqamətində növbəti mərhələyə keçidi təmin edə biləcək fəaliyyət

proqramı sayıla bilər. Bəyannamə regional əməkdaşlığın yeni formasını qlobal səviyyədə

mövcud reallıqlara uyğunlaşdırmaq üçün keçiləcək ən yaxın yol xəritəsidir.

Bəli, Şuşada keçirilən bu görüş, imzalanan “ Qarabağ Bəyannaməsi” türk dövlətlərinin

gələcək həyatında xüsusi rol oynayacaqdır. O gün möhkəmlənən münasibətlərimizə daha bir

imza atıldı. Bütün türk xalqı üçün xeyirli, uğurlu olsun.

İskəndərova Elnarə,

Xəzər rayonu, 125 saylı tam orta məktəbin müəllimi








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30