Türkdilli ölkələrin dövlət başçılarının Azərbaycana davamlı səfərləri Cənab Prezident İlham Əliyevin xarici siyasətinin nəticəsidir

Image

Türkdilli ölkələrin dövlət başçılarının Azərbaycana davamlı səfərləri Cənab Prezident İlham Əliyevin xarici siyasətinin nəticəsidir.

Azərbaycanın Qarabağ Zəfərindən sonra Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da birlik amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçımız, eyni zamanda, bildirir ki, türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri artıq davamlı xarakter alıb. Aprelin 24-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri də bir çox məqamlara aydınlıq gətirdi. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında bildirib ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir. Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi oldu. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalandı. Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək. İmzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. Onlardan hər biri böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun imzaladıqları Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nı və Birgə Bəyannaməni xüsusi qeyd etməliyik. Qırğızıstan Prezidenti Sadır Japarov Birgə Bəyannaməni xüsusi qeyd edərək bu mühüm sənədi praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterinin rəsmi şəkildə təsbit etdiyini diqqətə çatdırdı. İmzalanan sənədlər iki ölkənin ikitərəfli münasibətlərinin möhkəm qanunvericilik bazasını yaradır.
Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Dövlət başçımız bildirib ki, potensialın artması tendensiyası da mövcuddur. Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar da son hədd deyil. Müvafiq hökumət strukturları tərəfindən birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür. İnvestisiya siyasəti üzrə digər formalara da müraciət olunacaqdır. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək.
Ölkələrimiz arasında sıx münasibətlərin daha bir nümunəsi isə Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Qırğızıstan Joqorku Keneşində (Parlament) isə Qırğızıstan-Azərbaycan əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərməsidir.
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar və şəhərin Baş planı ilə tanış oldular. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq.
Vurğulandı ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu ilin martında Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi, eləcə də Prezident Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən tikiləcək orta məktəbin təməlinin qoyulması ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının parlaq nümunələridir.
Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində də oldular. Dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verildi. Bildirildi ki, bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirib, şəhəri yerlə-yeksan ediblər. Buna görə Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.Məlumat verildi ki, Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur. Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə “Agdam City Hotel” və “Hilton Garden Inn” layihələri icra edilir. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyini çatdıracaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək. Həmçinin qeyd olundu ki, şəhərin mərkəzi hissəsində 960 yerlik ümumtəhsil məktəbi də tikiləcək. Muğam Mərkəzi isə birmərtəbəli və ikimərtəbəli bloklardan ibarət olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Xıdırlı kənd tam orta məktəbinin təməlini qoydular. Qeyd edək ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü








XƏBƏR LENTİ

13.05.2024 | 19:36
“Bu, ADY-nin əsas hədəflərindəndir” - Müsahibə

13.05.2024 | 19:32
Deputatla bank sədrinə ağır itki

13.05.2024 | 19:29
Baş Prokurorluq Əhməd Əhmədovla bağlı ekspertiza rəyini açıqlayıb

13.05.2024 | 19:24
“COP29 bu vaxta qədərki COP sessiyalarının ən uğurlusu olacaq”

13.05.2024 | 19:21
Liderlər Ankarada görüşdü -FOTO

13.05.2024 | 19:18
İbrahim Tatlısəsin nəvəsi üsyan etdi -"Kəfənin cibi yoxdur"/ FOTOLAR

13.05.2024 | 19:14
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur

13.05.2024 | 19:11
Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq

13.05.2024 | 19:08
Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin atası Vasili Stadnik dünyasını dəyişib

13.05.2024 | 19:06
Azərbaycan çempionatında mövsümün sonuncu turunun oyun cədvəli

13.05.2024 | 19:04
35 mindən çox tələbə təhsil krediti alıb

13.05.2024 | 18:58
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur - Rəsmi

13.05.2024 | 16:56
Milli Məclisdə Avropa Parlamentinin üzvü ilə görüş keçirilib

13.05.2024 | 16:53
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı

13.05.2024 | 16:50
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ

13.05.2024 | 16:45
Qazaxıstanda sabiq nazir arvadını döyərək öldürməkdə təqsirli bilinərək 24 il həbs olundu

13.05.2024 | 15:55
I Qarabağ müharibəsinin şəhidi dəfn edildi

13.05.2024 | 15:54
ARB telekanlında yayımlanan "Yollar bizi ayırmasın" verilişinin növbəti buraxılışı meyxanaçı Namiq Qaraçuxurluya həsr edilib— VİDEO

13.05.2024 | 15:49
İbrahim Tatlısəs Bakıda Güneldən danışdı — VİDEO

13.05.2024 | 15:46
Xalq artisti Zülfiyyə Xanbabayeva Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib — VİDEO

13.05.2024 | 15:44
Nizamidə obyekt sahibi ağacları kəsdi

13.05.2024 | 15:37
Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayacaq

13.05.2024 | 15:17
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Qadınlar Forumunda Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb

13.05.2024 | 15:00
Milli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən Asiya Qadınlar Forumunda çıxış edib

13.05.2024 | 14:48
Avropa parlamentinin üzvü Şəhidlər xiyabanını ziyarət edib

13.05.2024 | 14:40
Gələcək inkişaf üçün yeni imkanlar

13.05.2024 | 13:54
Elm və təhsil komitəsinin iclasında

13.05.2024 | 13:53
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar acıqlandı

13.05.2024 | 13:50
Prezident Xocalı məhkəməsinə sədr təyin etdi - Foto

13.05.2024 | 13:48
Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb

13.05.2024 | 13:45
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir

13.05.2024 | 13:43
Prezident onları hakim təyin etdi - SƏRƏNCAM

13.05.2024 | 13:37
Qanunsuz estetik əməliyyatlar edən 9 klinikanın rəhbərliyi cəzalandırıldı

13.05.2024 | 13:33
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

13.05.2024 | 13:27
Bu gün biz dirçəldilən Şuşanı görürük

13.05.2024 | 13:25
Prezidentdən yeni hakim təyinatları - SİYAHI

13.05.2024 | 12:31
Tarixi gün: Şuşaya ilk köç...

13.05.2024 | 12:18
Prezident qəbul keçirib - FOTO

13.05.2024 | 11:58
Artıq Şuşanın yeni bir tarixi başlayır

13.05.2024 | 11:40
Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031