Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur - Kamaləddin Qafarov

Image

Bu gün Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Qırğızıstan Respublikasıdır. Aprelin 24-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu deməyə əsas verir.

Bu sözləriGununxeberi.az -ə açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vurğulandı. “Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını bildirdilər. Bu isə o deməkdir ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcə tamamilə yeni bir səviyyəyə çatıb. İki ölkə arasında imzalanmış mühüm sənədlər, xüsusilə “Azərbaycan Respublikası və Qırğızstan Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı” və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” Azərbaycan və Qırğızıstan münasibətlərinin həqiqətən də yeni, daha yüksək mərhələyə yüksəldiyini deməyə tam əsas verir. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq göstərdi ki, bu gün hər iki ölkənin energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropa marşrutu isə təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmalıdır. Bütün bunlar Azərbaycan – Qırğızıstan əməkdaşlıq əlaqələrinə böyük perspektivlər vəd edir.”

K.Qafarov daha sonra ölkələrimiz arasında mədəni əlaqələrin əhəmiyyətindən bəhs edərək deyib: “Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətlərində mədəni əlaqələr xüsusi yer tutur. Bu günlərdə Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri də bunu bir daha nümayiş etdirdi. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı da böyük mədəni hadisədir. Abidənin açılışında çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Çingiz Aytmatov dünya şöhrətli yazıçı, qırğız xalqının həyatı boyu Sovet İttifaqı məkanında, eləcə də dünya miqyasında ölkəsini layiqincə təmsil etmiş böyük oğludur. O, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır. Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir”








XƏBƏR LENTİ

13.05.2024 | 15:55
I Qarabağ müharibəsinin şəhidi dəfn edildi

13.05.2024 | 15:54
ARB telekanlında yayımlanan "Yollar bizi ayırmasın" verilişinin növbəti buraxılışı meyxanaçı Namiq Qaraçuxurluya həsr edilib— VİDEO

13.05.2024 | 15:49
İbrahim Tatlısəs Bakıda Güneldən danışdı — VİDEO

13.05.2024 | 15:46
Xalq artisti Zülfiyyə Xanbabayeva Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib — VİDEO

13.05.2024 | 15:44
Nizamidə obyekt sahibi ağacları kəsdi

13.05.2024 | 15:37
Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayacaq

13.05.2024 | 15:17
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Qadınlar Forumunda Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb

13.05.2024 | 15:00
Milli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən Asiya Qadınlar Forumunda çıxış edib

13.05.2024 | 14:48
Avropa parlamentinin üzvü Şəhidlər xiyabanını ziyarət edib

13.05.2024 | 14:40
Gələcək inkişaf üçün yeni imkanlar

13.05.2024 | 13:54
Elm və təhsil komitəsinin iclasında

13.05.2024 | 13:53
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar acıqlandı

13.05.2024 | 13:50
Prezident Xocalı məhkəməsinə sədr təyin etdi - Foto

13.05.2024 | 13:48
Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb

13.05.2024 | 13:45
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir

13.05.2024 | 13:43
Prezident onları hakim təyin etdi - SƏRƏNCAM

13.05.2024 | 13:37
Qanunsuz estetik əməliyyatlar edən 9 klinikanın rəhbərliyi cəzalandırıldı

13.05.2024 | 13:33
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

13.05.2024 | 13:27
Bu gün biz dirçəldilən Şuşanı görürük

13.05.2024 | 13:25
Prezidentdən yeni hakim təyinatları - SİYAHI

13.05.2024 | 12:31
Tarixi gün: Şuşaya ilk köç...

13.05.2024 | 12:18
Prezident qəbul keçirib - FOTO

13.05.2024 | 11:58
Artıq Şuşanın yeni bir tarixi başlayır

13.05.2024 | 11:40
Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar

13.05.2024 | 11:26
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb-Fotolar

13.05.2024 | 11:17
Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar

13.05.2024 | 11:06
ATƏT sədri İrəvanda

13.05.2024 | 11:03
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ

13.05.2024 | 11:01
Ermənistandakı etirazlarda 134 nəfər saxlanılıb

13.05.2024 | 11:00
Türkiyə Azərbaycan Universitetinin tədris binasının yeri MÜƏYYƏNLƏŞDİ

13.05.2024 | 10:58
İlham Əliyev baş katibi qəbul edib

13.05.2024 | 10:38
Rusiyanın müdafiə nazirliyinə yeni namizəd olan Andrey Belousov kimdir?

13.05.2024 | 10:36
Deputatın maşını cəbhə zonasında partladı - Özü də içində imiş...

13.05.2024 | 10:35
Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi APARILACAQ

13.05.2024 | 10:06
Mayın 13-də Bakıda PISA üzrə II İSESKO Nazirlər Konfransı işə başlayıb

13.05.2024 | 10:04
Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonunun Volçansk şəhərinə daxil olub

13.05.2024 | 10:01
Belqorodda qismən çökən binanın dağıntıları altından axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri başa çatıb.

13.05.2024 | 09:59
Ukrayna müharibənin 810-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

13.05.2024 | 09:57
Sədərək TM-də güclü yanğın başladı - Video

13.05.2024 | 09:51
Gürcüstan parlamenti "xarici agentlər haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031