Bakıda hoteldə yanğın olub
Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində hoteldə yanğın baş verib.
Bu barədə FHN-dən məlumat verib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.