Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir

Image

Azərbaycan bir sıra Avropa ölkələri ilə olduğu kimi eyni zamanda Almaniya ilə də etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirir. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Əlaqələrin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvar ayının 12-də tanıyıb. Həmin ildən də iki ölkə arasında diplomatik münasibətlər yaranıb. 1992-ci ilin sentyabr ayında isə Almaniyada Azərbaycan, Azərbaycanda isə Almaniyanın səfirlikləri açılıb.

Son vaxtlar Azərbaycan-Almaniya münasibətləri yeni müstəvidə inkişaf edir. Bu gün rəsmi Berlin Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə səy göstərir. Eyni zamanda Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının, sülhün bərqərar olmasının tərəfdarıdır. Ölkələrimizin biri-birinə yaxınlaşması eyni zamanda Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir.

Alman xalqı ilə əlaqələrimizin dərin tarixi kökləri var. Belə ki, XIX əsrdə bir sıra alman tayfaları Azərbaycana köçüb, yerli əhali ilə qaynayıb-qarışıb. Və bu illər ərzində iki millət arasında heç bir narazılıq, münaqişə olmayıb. Əksinə, alman tayfaları Azərbaycana üzümçülüyün və şərabçılığın inkişafında və iqtisadiyyatın digər sahələrində böyük töhfə verib.

Bu gün Almaniya Avropa məkanında öz liderliyini qoruyub saxlamağa çalışır, bununla əlaqədar Almaniya dünyanın aparıcı, lider dövlətləri ilə sıx əlaqə yaradır. Azərbaycan da regionun lider dövlətidir.

Aprel ayının 26-da Azərbaycan Prezidenti cənab İlham Əliyev Almaniyada rəsmi səfərdə olub. Qürurverici haldır ki, İlham Əliyev Berlində olduqca yüksək səviyyədə, hörmət və ehtiramla qarşılandı ki, hər dövlət başçısına bu qədər hörmət və yüksək səviyyədə ehtiram göstərilmir.

İlham Əliyev noyabr ayında respublikamızda təşkil olunması nəzərdə tutulan COP29-a hazırlıq çərçivəsində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, Almaniya dövlət rəsmiləri ilə görüşüb.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi artıq böyükdür və belə tədbirlər respublikamızda yüksək səviyyətə həyata keçirilir. COP29 kimi mötəbər və olduqca əhəmiyyətli bir tədbirin respublikamızda keçirilməsi və bu nəhəng tədbirə Azərbaycanın ev sahibliyi etməsi onu göstərir ki, burada sabitlik möhkəm təməllər üzərində qurulub. Eyni zamanda Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın bu istiqamətdə də tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Berlində mətbuat konfransında çıxışında Almaniya-Azərbaycan əlaqələrinin sürətlə inkişaf etməsindən və əlaqələrin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Almaniyanın COP29-la bağlı Azərbaycana göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Cənab prezident bildirib ki, 2027-ci ilin sonuna qədər 9 Günəş və Külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir.

Biz indi Avropaya yaşıl enerji ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.

Təbii qaza gəldikdə isə Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Azərbaycanın Avropaya qaz təchizatı strateji tərəfdaşlıq əsasında keçirilir.

Avropada yeni mənbələrdən olan təbii qaza tələbat artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdisə, bu il bu rəqəm 12 milyarda çatıb.

Dövlət başçımız çıxışında regional təhlükəsizlik məsələsinə də toxunaraq demişdir: “Cənab Kansler, sizin dəvətinizlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.

Azərbaycan 30 ilə yaxın ermənilər tərəfindən işğal edilən suveren ərazilərinin 2020-ci ildə böyük hissəsini cəmi 44 gün ərzində işğaldan azad etmişdir. 2023-cu ilin sentyabr ayında isə suverenliyini demək olar ki, tam bərpa etdi. Bu onu göstərir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və bir qarış torpağının belə işğal altında olmasına razı olmur və olmayacaq.

Azərbaycan öz torpaqlarını hərbi-siyasi yolla və bütün hüquq normalarına riayyət edərək işğaldan azad etdi. Ərazi bütövlüyünü öz gücü ilə təmin etdi.
Erməni vandallarının dağıtdığları, yerlə yeksan etdikləri kənd və şəhərlərdə bərpa, quruculuq işləri gedir.

Artıq öz doğma yurd yerlərindən didərgin düşmüş köçkünlər tədricən doğulub boya-başa çatdıqları ərazilərə qayıdırlar.

Artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənaab İlham Əliyev: “1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini
bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur.

Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru







XƏBƏR LENTİ

20.05.2024 | 22:33
“Çoxları övladlarının hərbi xidmətdən yayınması üçün Ermənistandan gedib”

20.05.2024 | 22:28
BMT-nin Baş katibi Antonio Quterreş İran İslam Respublikasına başsağlığı verib.

20.05.2024 | 22:24
İlham Əliyev Ərdoğanla danışdı

20.05.2024 | 22:18
Türkiyədə 1 günlük matəm elan edildi

20.05.2024 | 22:14
“YAŞAT” daha bir qazimizə dəstək oldu - Video

20.05.2024 | 22:06
Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır

20.05.2024 | 20:52
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib

20.05.2024 | 19:12
Rəisinin qəzaya uğramış helikopteri heç bir fövqəladə siqnal verməyib - Nazir

20.05.2024 | 19:10
Media nümayəndələri Zəngilanda "Ağalı" hoteldə olublar (FOTO)

20.05.2024 | 19:02
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

20.05.2024 | 18:56
Mayın 20-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası parlamentinin sədri Daiga Mierina ilə Milli Məclisdə mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarına cavab verən Latviya parlamentinin sədri ölkəmizə səfəri çərçivəsində Prezident

20.05.2024 | 18:53
Milli Məclisdə mətbuat konfransı

20.05.2024 | 18:39
Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikası Seyminin sədri ilə görüşüb

20.05.2024 | 18:25
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:19
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:10
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib

20.05.2024 | 18:01
Müvəqqəti İran prezidentindən ilk açıqlama

20.05.2024 | 17:52
“Elektroenergetika haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:48
“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik Məhkəmə-Hüquq Şurasına ötürülüb - FƏRMAN

20.05.2024 | 17:43
Dövlət orqanlarında normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bir sıra məsələlərin tənzimlənməsində dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:34
Ədliyyə Nazirliyinin məhkəmələrlə bağlı bir çox səlahiyyəti Məhkəmə-Hüquq Şurasına həvalə edilib

20.05.2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:15
Cavanşir körpüsünün söküntüsünə başlanıldı - YENİLƏNİB

20.05.2024 | 17:13
Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

20.05.2024 | 17:11
İlham Əliyevdən müddətli həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM

20.05.2024 | 17:08
"Kişilər ayrılanda maaşlarını dəqiq göstərmirlər" - Komitə sədri

20.05.2024 | 17:06
"Kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz" - Deputat

20.05.2024 | 17:04
"İcra hakimiyyətlərinin müavinləri deyiləndə çox narahat oluram" - Sədr müavini

20.05.2024 | 17:01
Prezident onu Qarabağ Universitetinə rektor TƏYİN ETDİ - FOTO

20.05.2024 | 16:57
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN

20.05.2024 | 16:54
Bu küçədə hərəkət məhdudlaşdırılacaq

20.05.2024 | 16:52
Zakir Həsənov da başsağlığı verdi

20.05.2024 | 16:48
"Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"

20.05.2024 | 16:46
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.05.2024 | 16:46
Qəzadan sonra bir saat sağ qalan kim olub…

20.05.2024 | 16:44
Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

20.05.2024 | 16:41
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 16:29
Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə etdi

20.05.2024 | 16:27
Nikah yaşının 1 il azadılması qaydası LƏĞV EDİLSİN!

20.05.2024 | 16:26
Azərbaycanda qadın hərbçilərin sayı açıqlandı

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031