Milli Kitabxanada “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Image

Aprelin 23-ü Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.

Beynəlxalq Kitab və Müəlliflik Hüququ Gününün elan edilməsi barədə qərarda mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması vurğulanır, müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd olunur.

Azərbaycanda Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.

Qeyd edək ki, ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Ölkənin əsas qanunu olan Konstitusiyada ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub. Həmçinin ölkəmizdə bu sahənin hüquqi bazası da formalaşdırılıb, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb, Əqli Mülkiyyət Agentliyi yaradılıb. Həmçinin YUNESKO-nun “Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası”na (1997) qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunub.

Beynəlxalq Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.  İnsanın kamil şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində kitab və mütaliənin rolu mühüm əhəmiyyət kəsb edir. Kitablar həm də dilimizi sevdirməyin ən gözəl vasitəsidir.

“Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü” ölkəmizdə təntənəli şəkildə qeyd olunması artıq ənənəyə çevrilmişdir. Bu münasibətlə Milli Kitabxanada “23 aprel - Beynəlxalq Kitab və Müəllif Hüququ Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.

Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm  linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, milli mətbəxi və geyimləri, mədəni irsi haqqında milli kökümüzü təbliğ edən ədəbiyyatlar, müəlliflik hüququ və əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda nəşr olunan kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Ənənəvi kitab sərgisi 1 həftə davam edəcək.








XƏBƏR LENTİ

04.05.2024 | 00:09
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər -Fotolar

03.05.2024 | 23:49
İsrail HƏMAS-a bir həftə vaxt verdi

03.05.2024 | 23:45
Bakıda Avropa Kubokunun açılış mərasimi oldu - Fotolar

03.05.2024 | 23:42
Bu yolda sürət həddi endirildi

03.05.2024 | 23:40
Rayonlara yağış yağıb, külək güclənib - Faktiki hava

03.05.2024 | 20:28
“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim etdi - Fotolar

03.05.2024 | 20:26
Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

03.05.2024 | 20:14
“Qəbula gələn hər 5 pasiyentin birində bu problem olur” - Fotolar

03.05.2024 | 20:09
Kəlbəcərin 22%-i yaşıllıq olacaq - Baş Planın detalları

03.05.2024 | 19:37
Gömrük İdarəsində əməliyyat -Rəis ifadəsi üçün Bakıya gətirildi

03.05.2024 | 19:32
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib, tapança götürülüb

03.05.2024 | 19:27
YAP Göygöl rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı hazırlanmış tədbirlər planı çərçivəsində “İdmanın inkişafı bizi yeni qələbələrə çağırır” devizi ilə “SAVATE” idman növü üzrə yeniyetmələrarası yarış keçirilib.

03.05.2024 | 18:38
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər - ŞOK İTTİHAMLAR

03.05.2024 | 18:23
Xəstəxanada 364 min manatlıq mənimsəmə üzə çıxdı,əməliyyat keçirildi

03.05.2024 | 18:22
Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

03.05.2024 | 18:20
Milli Kitabxanada “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb - FOTO

03.05.2024 | 17:44
Milli Məclisdə Filippin parlamentinin komitə sədri ilə görüşlər keçirilib

03.05.2024 | 17:27
Milli Məclisdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüş

03.05.2024 | 17:27
Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir

03.05.2024 | 17:19
"İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb

03.05.2024 | 17:17
İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırılıb?

03.05.2024 | 17:09
Milli Məclisin 2024-cü il 7 may tarixli iclasının gündəliyi

03.05.2024 | 17:03
“Nərimanov”da çəkilən yeni yol və tunel bu kompleksi daha əlçatan edir - VİDEO

03.05.2024 | 16:39
Sloveniyada Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsi anılacaq

03.05.2024 | 16:35
Azərbaycan sülhün, dialoqun tərəfindədir

03.05.2024 | 16:34
Sloveniyada Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsi anılacaq

03.05.2024 | 16:29
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb

03.05.2024 | 16:27
Milli Məclisdə argentinalı deputatla görüş

03.05.2024 | 16:22
ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

03.05.2024 | 15:39
Vilayət Eyvazov İlqar Məmmədovu özünə müşavir təyin etdi - FOTO

03.05.2024 | 15:15
Yunis Səfərovla bağlı yeni QƏRAR

03.05.2024 | 14:00
Kəlbəcərdə ağır qəza - Hərbçilər yaralandı

03.05.2024 | 13:27
Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

03.05.2024 | 13:22
Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır

03.05.2024 | 13:20
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub

03.05.2024 | 12:53
Dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük

03.05.2024 | 12:48
“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

03.05.2024 | 12:44
Azərbaycanda yaşayan insanlar,müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar

03.05.2024 | 12:40
Azərbaycanda "Analar Günü" təsis edilir

03.05.2024 | 12:38
Müdafiə Nazirliyini daha bir rəisi HƏBS EDİLDİ

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031