Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir

Image



Azərbaycan və Rusiya Federasiyası arasındakı münasibətlərin çoxəsirlik tarixi vardır. Milyonlarla insanın taleyini bir-birinə bağlayan çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq günü-gündən daha da sürətlə inkişaf edir. İkitərəfli əlaqələr nəinki diplomatik sahədə, həmçinin iqtisadi, mədəni və idman sahələrində möhkəmləndirilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də Bakıda imzalanan müvafiq protokol əsasında qurulub. Həmin ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə hüquqi bazasını təşkil edən əsas sənəd isə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilədir. Məhz bu müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası qoyulub və dövlətlər arasında münasibətlərin daha da inkişaf etdirilməsi, əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi üçün 200-dən çox ikitərəfli sənəd imzalanıb. 

Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü də qarşılıqlı münasibətlərin inkişafına öz töhfəsini verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasındakı görüşün əhəmiyyəti çox böyük olmaqla strateji münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verir, diplomatik, iqtisadi və idman sahəsindəki əməkdaşlığı möhkəmləndirir. Həm də ikitərəfli dostluğu təmin edir. Görüş zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların artmasından məmnunluq ifadə olundu. Humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edildi.

Otuz iki il ərzində iki ölkə arasında qazanılan böyük uğurlar nikbinlik və əminlik yaradır ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etdirilməsi xalqlarımızın köklü maraqlarının və amallarının reallaşmasına, hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq, Cənubi Qafqazda, habelə onun hüdudlarından kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə müştərək töhfə olacaq.


İsmayıllı Aytac,

Xəzər rayonu, 216 nömrəli tam orta məktəbin müəllimi








XƏBƏR LENTİ

03.05.2024 | 20:28
“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim etdi - Fotolar

03.05.2024 | 20:26
Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

03.05.2024 | 20:14
“Qəbula gələn hər 5 pasiyentin birində bu problem olur” - Fotolar

03.05.2024 | 20:09
Kəlbəcərin 22%-i yaşıllıq olacaq - Baş Planın detalları

03.05.2024 | 19:37
Gömrük İdarəsində əməliyyat -Rəis ifadəsi üçün Bakıya gətirildi

03.05.2024 | 19:32
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib, tapança götürülüb

03.05.2024 | 19:27
YAP Göygöl rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı hazırlanmış tədbirlər planı çərçivəsində “İdmanın inkişafı bizi yeni qələbələrə çağırır” devizi ilə “SAVATE” idman növü üzrə yeniyetmələrarası yarış keçirilib.

03.05.2024 | 18:38
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər - ŞOK İTTİHAMLAR

03.05.2024 | 18:23
Xəstəxanada 364 min manatlıq mənimsəmə üzə çıxdı,əməliyyat keçirildi

03.05.2024 | 18:22
Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

03.05.2024 | 18:20
Milli Kitabxanada “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb - FOTO

03.05.2024 | 17:44
Milli Məclisdə Filippin parlamentinin komitə sədri ilə görüşlər keçirilib

03.05.2024 | 17:27
Milli Məclisdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüş

03.05.2024 | 17:27
Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir

03.05.2024 | 17:19
"İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb

03.05.2024 | 17:17
İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırılıb?

03.05.2024 | 17:09
Milli Məclisin 2024-cü il 7 may tarixli iclasının gündəliyi

03.05.2024 | 17:03
“Nərimanov”da çəkilən yeni yol və tunel bu kompleksi daha əlçatan edir - VİDEO

03.05.2024 | 16:39
Sloveniyada Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsi anılacaq

03.05.2024 | 16:35
Azərbaycan sülhün, dialoqun tərəfindədir

03.05.2024 | 16:34
Sloveniyada Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsi anılacaq

03.05.2024 | 16:29
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb

03.05.2024 | 16:27
Milli Məclisdə argentinalı deputatla görüş

03.05.2024 | 16:22
ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

03.05.2024 | 15:39
Vilayət Eyvazov İlqar Məmmədovu özünə müşavir təyin etdi - FOTO

03.05.2024 | 15:15
Yunis Səfərovla bağlı yeni QƏRAR

03.05.2024 | 14:00
Kəlbəcərdə ağır qəza - Hərbçilər yaralandı

03.05.2024 | 13:27
Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

03.05.2024 | 13:22
Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır

03.05.2024 | 13:20
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub

03.05.2024 | 12:53
Dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük

03.05.2024 | 12:48
“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

03.05.2024 | 12:44
Azərbaycanda yaşayan insanlar,müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar

03.05.2024 | 12:40
Azərbaycanda "Analar Günü" təsis edilir

03.05.2024 | 12:38
Müdafiə Nazirliyini daha bir rəisi HƏBS EDİLDİ

03.05.2024 | 12:36
Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

03.05.2024 | 12:00
Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilədək 17 min nəfərə qədər artacaq

03.05.2024 | 11:45
Media sosial təcrübənin əsas ötürücüsüdür - Hicran Hüseynova

03.05.2024 | 11:15
"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO

03.05.2024 | 11:15
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - FOTO

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031