Rusiya-Azərbaycan münasibətlərində yeni səhifə

Image



        Cənubi Qafqaz dünyanın ən mürəkkəb və ən əhəmiyyətli coğrafiyalarından biridir. Beynəlxalq münasibətlər sistemində baş verən dərin strateji proseslər fonunda Cənubi Qafqazın yenidən müxtəlif qlobal güc mərkəzlərinin diqqətinə düşməsi də təsadüfi deyil. Dünya siyasətini təyin edən, ya da beynəlxalq münasibətlər sistemini yenidən dizayn etmək istəyən imperialist mərkəzlərin qarşılıqlı güc nisbətinin dəyişməsinə uyğun olaraq Cənubi Qafqazda da hadisələrin inkişaf istiqamətləri dəyişir. Beləliklə, regionun sabit siyasi gündəmini müəyyən etmək və yeni dünya nizamında onun yerini və rolunu müəyyənləşdirmək çətinləşir. Ancaq 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Azərbaycan elə bir geostrateji reallıq yaratmağı bacarıb ki, bütün digər proseslər məhz bu kardinal dəyişikliyə nəzərən baş verir. Daha dəqiq desək, Azərbaycanın yaratdığı yeni tarixi reallığa adaptasiya olunmağa çalışır. 

      Bu gün Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazılır. Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni səhifə açdı. Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsi olacaq.

       Xalqının ən çətin dövründə - Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda doğma Vətəninin harayına yetişən, bütün çətinliklərə, maneələrə, təzyiqlərə baxmayaraq, ölkəmizi təhlükələrdən, tənəzzüldən xilas edib dinamik inkişaf yoluna çıxaran Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycandır. Bu gün Azərbaycan Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Göründüyü kimi, hazırda hər iki ölkə arasında bütün sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur. Azərbaycan rəsmilərinin Rusiyaya, həm də Rusiya rəsmilərinin ölkəmizə səfərləri bunun bariz sübutudur. Heç şübhəsiz ki, 2024-cu il Azərbaycan-Rusiya münasibətlərinin inkişafında daha məhsuldar bir il kimi yadda qalacaq.

       Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının daha bir bariz sübutudur. Bu səfər regionun gələcək mənzərəsi, ölkəmizin daxili və xarici siyasəti baxımından çox böyük əhəmiyyətə malikdir. Dünya siyasətində əsas söz sahiblərindən biri olan Rusiya ilə hazırda da münasibətlərimizin inkişafının dönməz, dayanıqlı və davamlı əsaslara söykənməsi bunu bir daha sübut edir.

Seymur Yusibov,

Pirallahı rayonu, 235 nömrəli tam orta məktəbin direktoru









XƏBƏR LENTİ

04.05.2024 | 00:09
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər -Fotolar

03.05.2024 | 23:49
İsrail HƏMAS-a bir həftə vaxt verdi

03.05.2024 | 23:45
Bakıda Avropa Kubokunun açılış mərasimi oldu - Fotolar

03.05.2024 | 23:42
Bu yolda sürət həddi endirildi

03.05.2024 | 23:40
Rayonlara yağış yağıb, külək güclənib - Faktiki hava

03.05.2024 | 20:28
“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim etdi - Fotolar

03.05.2024 | 20:26
Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

03.05.2024 | 20:14
“Qəbula gələn hər 5 pasiyentin birində bu problem olur” - Fotolar

03.05.2024 | 20:09
Kəlbəcərin 22%-i yaşıllıq olacaq - Baş Planın detalları

03.05.2024 | 19:37
Gömrük İdarəsində əməliyyat -Rəis ifadəsi üçün Bakıya gətirildi

03.05.2024 | 19:32
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib, tapança götürülüb

03.05.2024 | 19:27
YAP Göygöl rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı hazırlanmış tədbirlər planı çərçivəsində “İdmanın inkişafı bizi yeni qələbələrə çağırır” devizi ilə “SAVATE” idman növü üzrə yeniyetmələrarası yarış keçirilib.

03.05.2024 | 18:38
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər - ŞOK İTTİHAMLAR

03.05.2024 | 18:23
Xəstəxanada 364 min manatlıq mənimsəmə üzə çıxdı,əməliyyat keçirildi

03.05.2024 | 18:22
Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

03.05.2024 | 18:20
Milli Kitabxanada “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb - FOTO

03.05.2024 | 17:44
Milli Məclisdə Filippin parlamentinin komitə sədri ilə görüşlər keçirilib

03.05.2024 | 17:27
Milli Məclisdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüş

03.05.2024 | 17:27
Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir

03.05.2024 | 17:19
"İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb

03.05.2024 | 17:17
İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırılıb?

03.05.2024 | 17:09
Milli Məclisin 2024-cü il 7 may tarixli iclasının gündəliyi

03.05.2024 | 17:03
“Nərimanov”da çəkilən yeni yol və tunel bu kompleksi daha əlçatan edir - VİDEO

03.05.2024 | 16:39
Sloveniyada Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsi anılacaq

03.05.2024 | 16:35
Azərbaycan sülhün, dialoqun tərəfindədir

03.05.2024 | 16:34
Sloveniyada Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsi anılacaq

03.05.2024 | 16:29
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb

03.05.2024 | 16:27
Milli Məclisdə argentinalı deputatla görüş

03.05.2024 | 16:22
ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

03.05.2024 | 15:39
Vilayət Eyvazov İlqar Məmmədovu özünə müşavir təyin etdi - FOTO

03.05.2024 | 15:15
Yunis Səfərovla bağlı yeni QƏRAR

03.05.2024 | 14:00
Kəlbəcərdə ağır qəza - Hərbçilər yaralandı

03.05.2024 | 13:27
Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

03.05.2024 | 13:22
Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır

03.05.2024 | 13:20
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub

03.05.2024 | 12:53
Dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük

03.05.2024 | 12:48
“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

03.05.2024 | 12:44
Azərbaycanda yaşayan insanlar,müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar

03.05.2024 | 12:40
Azərbaycanda "Analar Günü" təsis edilir

03.05.2024 | 12:38
Müdafiə Nazirliyini daha bir rəisi HƏBS EDİLDİ

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031