Ceyhun Bayramov Çexiya Baş naziri ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiya Baş naziri Petr Fiala ilə görüşüb.
Gununxeberi.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Çexiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29-la bağlı məsələlər və regionda münaqişədən sonrakı dinamika müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Çexiyada rəsmi səfərdədir.