Yasamal rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.Aksiyada ADSEA-nın, Yasamal Rayon İcra Hakimiyyətinin,Yasamal bələdiyyəsinin rəhbərliyi və əməkdaşları iştirak edib. Yaşıllaşdırma tədbirləri çərçivəsində MİDA yaşayış kompleksində,eləcə də Agentliyin idarə və müəssisələrində 1000-dən çox ağac əkilib.Həyata keçirilən aksiya zamanı ərazidə abadlıq işləri aparılaraq,yeni əkilən tinglər suvarılıb və digər ağaclara da aqrotexniki qulluq göstərilib
Gununxeberi.az