Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri

Image


Azərbaycanın dilbər guşələrindən olan, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yaşadığımız günlərdə misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Qarabağa böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılmasından keçir. Lakin düşmən ölkənin hərbi quldur dəstələrinin 30 il müddətində Qarabağı mina və partlamamış sursat məzarlığına çevirməsi məcburi köçkünlərin öz yurdlarına dönüşünü ciddi surətdə əngəlləyir, irimiqyaslı layihələrin sürətlə gerçəkləşdirilməsinə mane olur. 

Minalardan təmizləmə işləri uğurla davam etdikcə yeni ərazilər bərpa və quruculuq meydanına çevrilir. İşğaldan azad edilmiş ərazilərdə və keçmiş təmas xəttində irimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrastruktur layihələri də sürətlə gerçəkləşdirilmişdir. Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni yollar çəkilir, ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının təməlləri qoyulur. Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Bərpa işləri içərisində avtomobil, dəmir yolu, Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində bərpa işləri yekunlaşmış, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilmiş, həmçinin, Ağdam və Füzuli şəhərində isə uşaq bağçaları üzrə layihələndirmə işləri aparılır.

Bunda əlavə, Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən tarixi tikililərdən biri də Mehmandarovların malikanə kompleksidir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb və hazırda bunun əsasında bərpa prosesi icra olunur. İğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunun qurulması layihələrinin icrası da xüsusi diqqət mərkəzində saxlanılır. Belə layihələrdən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Qeyd etmək lazımdır ki, Böyük Qayıdış ərəfəsində Kəlbəcərin “İstisu” sanatoriyasının tikintisinə başlanılmış, Zəngilan rayonu ərazisində isə “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılır. Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və sair gölləri var. Zirvələri Gamış dağı və Dəlidağdır. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. Bundan əlavə, Kəlbəcərdə salınacaq parklardan şəhərin əsrarəngiz təbiətini izləmək imkanı qazanılacaq. Şəhərdə Aşıq, İşğal və Zəfər muzeyləri tikiləcək. Kəlbəcərdə dağ memarlıq üslubunun yeni məzmunda inkişafı diqqətdə saxlanılacaq. 

Bundan başqa, hazırda həyata keçirilən ən böyük layihə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. 2021-ci ilin aprelində havalimanının təməlqoyma mərasimi keçirilmiş, 20 oktyabr 2022-ci ildə isə açılmışdır. Havalimanındakı uçuş-enmə zolağının uzunluğu 3 kilometr olmaqla, ağır nəqliyyat təyyarələri, eləcə də bütün növ hava gəmilərini qəbul edə biləcək.

Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər doğma yurdlarına qayıtmasına yaratdığı imkan nəticəsində işğaldan azad olunan ərazilərə həyat qayıdır, soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür. Republikamız “Böyük Qayıdış” proqramı çərçivəsində quruculuq işlərini daha da genişləndirməklə, əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur bölgələrini cənnət diyara çevirəcəkdir. 

 

Yaqublu Şəfiqə, 

Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

 

 








XƏBƏR LENTİ

14.05.2024 | 22:13
Nazir Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri ilə görüşdü - FOTOLAR

14.05.2024 | 21:57
Separatçıların həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat daxil olub

14.05.2024 | 21:54
"Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb" - Paşinyan

14.05.2024 | 21:48
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb -Foto

14.05.2024 | 21:38
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb -Fotolar

14.05.2024 | 21:02
Çin nümayəndə heyəti ilə görüşdə

14.05.2024 | 20:55
Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili mövzusunda respublika elmi-praktik konfransı keçirilib

14.05.2024 | 19:30
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur parlamentinin sədri ilə görüşüb

14.05.2024 | 19:26
Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

14.05.2024 | 17:16
Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edən dələduza cinayət işi AÇILDI

14.05.2024 | 17:13
“Yaşı 70-i ötmüş deputatları bir yerə yığıb güllələmək lazımdır” - Aqil Abbas

14.05.2024 | 17:08
Magistratura imtahanı elektron formada keçirilə bilər - AÇIQLAMA

14.05.2024 | 17:04
Qabiliyyət imtahanı verəcək abituriyentlərə vacib xəbər!

14.05.2024 | 17:04
Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb - FOTO

14.05.2024 | 16:55
Azərbaycan İdman Akademiyası publik hüquqi şəxs yaradıldı

14.05.2024 | 16:35
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub

14.05.2024 | 16:33
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”

14.05.2024 | 15:59
Müsavat Partiyasının bir neçə gündür itkin düşmüş üzvünün qətlə yetirildiyi məlum olub

14.05.2024 | 15:45
Şərurlu İsfəndiyar: "Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam..."

14.05.2024 | 15:43
Deputat hüquq mühafizə orqanlarına müraciət etdi: "Pensiya verilən gün onları güdürlər..."

14.05.2024 | 15:42
Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ

14.05.2024 | 15:13
Təhsil kreditlərindən yararlanan tələbələrin 59 faizini qızlar təşkil edir

14.05.2024 | 15:10
İcma ATƏT-ə çağırış etdi

14.05.2024 | 14:49
Ceyhun Bayramov ATƏT sədrini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

14.05.2024 | 13:54
"Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb" - XİN rəhbəri

14.05.2024 | 13:25
2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ÜDM istehsal olunub

14.05.2024 | 13:23
“Azərişıq” ASC regionlarda yenidənqurma işlərini davam etdirir- Video

14.05.2024 | 13:21
“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişikliklər edilib - Dəyişiklik

14.05.2024 | 13:13
Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar - Cinayət işi açıld

14.05.2024 | 13:08
Elşad Həsənov “Abad məhəllə”də - Fotolar

14.05.2024 | 13:04
Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydasında dəyişiklik edilib

14.05.2024 | 12:50
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb

14.05.2024 | 12:47
Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik!

14.05.2024 | 12:34
"Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdır" – Elşad Hacıyev

14.05.2024 | 12:23
Fərhad Bədəlbəyli: “Ağladıq, uşaq kimi ağladıq...” - VİDEO

14.05.2024 | 12:21
Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO

14.05.2024 | 12:20
Putin Nikolay Patruşevi özünə köməkçi təyin edib

14.05.2024 | 11:51
Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

14.05.2024 | 11:50
Azərbaycan lideri: ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır

14.05.2024 | 11:49
Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031