Azərbaycan və Qırğızıstan bir-biri üçün strateji əhəmiyyət kəsb edir

Image

        Məlum olduğu kimi, bu gün Azərbaycan bütün türkdilli dövlətlər arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır. Təbii ki, bu əlaqələrin inkişafını stimullaşdıran əsas amillərdən biri də ölkələrin dövlət başçıları səviyyəsində baş tutan səfərlərdir. 

       Yeri gəlmişkən, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də Azərbaycana etdiyi səfər də böyük əhəmiyyət kəsb edir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində bir sıra Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb ki, onların da arasında iki ölkənin dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı” və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” xüsusi önəm kəsb edir. Sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev ölkələrimiz arasında fəaliyyət gündəliyinin kifayət qədər geniş olduğunu vurğuladı. Həmçinin dövlətimizin başçısı hər il qarşılıqlı səfərlərin həyata keçirilməsini yaxşı ənənə kimi dəyərləndirərək, hər bir görüşün qarşılıqlı fəaliyyətin və ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın vacib məsələlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Qırğızıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha nümayiş etdirdi. O cümlədən hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş ölkələr olduğu xüsusi vurğulandı. Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələrimiz arasında münasibətləri intensivləşdirmək əzmində olduqlarını bildirdilər.

        Qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayır. 24 aprel 2024-cü il tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı xalqlarımız arasında mədəni əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Abidənin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bildirdi ki, bu mühüm mədəni hadisə dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Dünya şöhrətli yazıçı Çingiz Aytmatov həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Qeyd olunmalıdır ki, Azərbaycan xalqı Çingiz Aytmatovun yaradıcılığı ilə kifayət qədər yaxından tanışdır, onu yüksək qiymətləndirir və sevir. Təsadüfi deyil ki, Çingiz Aytmatov ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir.

Ruslan Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Quşqara kənd ərazi partiya təşkilatının fəal üzvü

 








XƏBƏR LENTİ

14.05.2024 | 22:13
Nazir Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri ilə görüşdü - FOTOLAR

14.05.2024 | 21:57
Separatçıların həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat daxil olub

14.05.2024 | 21:54
"Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb" - Paşinyan

14.05.2024 | 21:48
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb -Foto

14.05.2024 | 21:38
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb -Fotolar

14.05.2024 | 21:02
Çin nümayəndə heyəti ilə görüşdə

14.05.2024 | 20:55
Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili mövzusunda respublika elmi-praktik konfransı keçirilib

14.05.2024 | 19:30
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur parlamentinin sədri ilə görüşüb

14.05.2024 | 19:26
Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

14.05.2024 | 17:16
Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edən dələduza cinayət işi AÇILDI

14.05.2024 | 17:13
“Yaşı 70-i ötmüş deputatları bir yerə yığıb güllələmək lazımdır” - Aqil Abbas

14.05.2024 | 17:08
Magistratura imtahanı elektron formada keçirilə bilər - AÇIQLAMA

14.05.2024 | 17:04
Qabiliyyət imtahanı verəcək abituriyentlərə vacib xəbər!

14.05.2024 | 17:04
Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb - FOTO

14.05.2024 | 16:55
Azərbaycan İdman Akademiyası publik hüquqi şəxs yaradıldı

14.05.2024 | 16:35
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub

14.05.2024 | 16:33
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”

14.05.2024 | 15:59
Müsavat Partiyasının bir neçə gündür itkin düşmüş üzvünün qətlə yetirildiyi məlum olub

14.05.2024 | 15:45
Şərurlu İsfəndiyar: "Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam..."

14.05.2024 | 15:43
Deputat hüquq mühafizə orqanlarına müraciət etdi: "Pensiya verilən gün onları güdürlər..."

14.05.2024 | 15:42
Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ

14.05.2024 | 15:13
Təhsil kreditlərindən yararlanan tələbələrin 59 faizini qızlar təşkil edir

14.05.2024 | 15:10
İcma ATƏT-ə çağırış etdi

14.05.2024 | 14:49
Ceyhun Bayramov ATƏT sədrini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

14.05.2024 | 13:54
"Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb" - XİN rəhbəri

14.05.2024 | 13:25
2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ÜDM istehsal olunub

14.05.2024 | 13:23
“Azərişıq” ASC regionlarda yenidənqurma işlərini davam etdirir- Video

14.05.2024 | 13:21
“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişikliklər edilib - Dəyişiklik

14.05.2024 | 13:13
Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar - Cinayət işi açıld

14.05.2024 | 13:08
Elşad Həsənov “Abad məhəllə”də - Fotolar

14.05.2024 | 13:04
Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydasında dəyişiklik edilib

14.05.2024 | 12:50
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb

14.05.2024 | 12:47
Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik!

14.05.2024 | 12:34
"Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdır" – Elşad Hacıyev

14.05.2024 | 12:23
Fərhad Bədəlbəyli: “Ağladıq, uşaq kimi ağladıq...” - VİDEO

14.05.2024 | 12:21
Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO

14.05.2024 | 12:20
Putin Nikolay Patruşevi özünə köməkçi təyin edib

14.05.2024 | 11:51
Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

14.05.2024 | 11:50
Azərbaycan lideri: ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır

14.05.2024 | 11:49
Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031