COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir

Image


25-26 Aprel 2024-cü il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri baş tutdu. Əsas məqsədi “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak olan səfər çərçivəsində dövlət başçımız Kansler Olaf Şoltsla, xarici işlər naziri Annalena Berbokla və  Prezident Frank-Valter Ştaynmayerlə görüşlər keçirdi. Bununla yanaşı, tədbirdən sonra Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransında iştirak etdi. 

Məlumat üçün qeyd edək ki, Petersberq İqlim Dialoqu İqlim Dəyişikliyi Konfransına hazırlıq məqsədilə 2010-cu ildən bəri hər il ilin sonunda müəyyən ölkələri bir araya gətirən mötəbər tədbirlərdən biridir. Tədbir hazırda Berlində keçirilsə də, adını Bonndakı ilk konfrans məkanından götürüb. Bu il İqlim Dialoqunda 40-a yaxın ölkənin nümayəndələri iştirak edərək, iqlim dəyişikliyinə qarşı tədbirləri müzakirə ediblər.  

“15-ci Petersberq İqlim Dialoqu”nda COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yer alması, Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı bir daha ölkəmizin iqlim dəyişikliyi ilə bağlı məsələlərdə atdığı addımları, mövcud siyasətini dünya ictimaiyyətinə təqdim etməsinə imkan verdi. Həmin beynəlxalq platformadan məharətlə istifadə edərək Prezident İlham Əliyev faydalı qazıntı yataqları ilə zəngin olan ölkə kimi Azərbaycanın qlobal yaşıl gündəliyin icrasında əhəmiyyətli rolunu ortaya qoydu, iqtisadiyyatın dekarbonizasiyası, habelə alternativ enerjidən səmərəli istifadə strategiyasını xüsusi vurğuladı. Nəzərə alsaq ki, Azərbaycan son illərdə Avropa İttifaqı üçün əsas təbii qaz təchizatçısına çevrilib, alternativ enerjinin əldə olunması üçün görülən tədbirlər, ölkə başçısının qeyd etdiyi kimi, Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət etmək üçün şərait yaradacaqdır.

Ölkə başçımız tədbirdəki nitqi zamanı onu da vurğuladı ki, Azərbaycan müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Ölkəmizin müxtəlif dövrlərdə rəhbərlik etdiyi beynəlxalq təşkilatlara sədrlik bu iddianın reallaşmasında effektiv rol oynayacaqdır. Xüsusilə, üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik dövrü Azərbaycanın dünyadakı mövqelərini gücləndirmiş və bir çox ölkələrlə məhsuldar münasibətlərin qurulmasına şərait yaratmışdır. Tədbir çərçivəsində Azərbaycanın öncəki (Birləşmiş Ərəb Əmirlikləri) və sonrakı (Braziliya) COP ölkələri ilə birgə  “üçlük” olaraq fəaliyyət göstərəcəyi də vurğulandı və qeyd edildi ki, məhz bu istiqamətdə olan format uzunmüddətlidir.

Beləliklə, bu gün fəxarətlə deyə bilərik ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nə imza atan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan hazırda dördüncü sənaye inqilabının baş verdiyi bir dövrdə özünün energetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat siyasətinə transformasiya edir, dünyada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir.

 

Məmmədzadə Məmmədcəfər

RİH başçısı Aparatının məsul əməkdaşı







XƏBƏR LENTİ

14.05.2024 | 22:13
Nazir Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri ilə görüşdü - FOTOLAR

14.05.2024 | 21:57
Separatçıların həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat daxil olub

14.05.2024 | 21:54
"Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb" - Paşinyan

14.05.2024 | 21:48
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb -Foto

14.05.2024 | 21:38
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb -Fotolar

14.05.2024 | 21:02
Çin nümayəndə heyəti ilə görüşdə

14.05.2024 | 20:55
Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili mövzusunda respublika elmi-praktik konfransı keçirilib

14.05.2024 | 19:30
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur parlamentinin sədri ilə görüşüb

14.05.2024 | 19:26
Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

14.05.2024 | 17:16
Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edən dələduza cinayət işi AÇILDI

14.05.2024 | 17:13
“Yaşı 70-i ötmüş deputatları bir yerə yığıb güllələmək lazımdır” - Aqil Abbas

14.05.2024 | 17:08
Magistratura imtahanı elektron formada keçirilə bilər - AÇIQLAMA

14.05.2024 | 17:04
Qabiliyyət imtahanı verəcək abituriyentlərə vacib xəbər!

14.05.2024 | 17:04
Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb - FOTO

14.05.2024 | 16:55
Azərbaycan İdman Akademiyası publik hüquqi şəxs yaradıldı

14.05.2024 | 16:35
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub

14.05.2024 | 16:33
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”

14.05.2024 | 15:59
Müsavat Partiyasının bir neçə gündür itkin düşmüş üzvünün qətlə yetirildiyi məlum olub

14.05.2024 | 15:45
Şərurlu İsfəndiyar: "Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam..."

14.05.2024 | 15:43
Deputat hüquq mühafizə orqanlarına müraciət etdi: "Pensiya verilən gün onları güdürlər..."

14.05.2024 | 15:42
Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ

14.05.2024 | 15:13
Təhsil kreditlərindən yararlanan tələbələrin 59 faizini qızlar təşkil edir

14.05.2024 | 15:10
İcma ATƏT-ə çağırış etdi

14.05.2024 | 14:49
Ceyhun Bayramov ATƏT sədrini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

14.05.2024 | 13:54
"Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb" - XİN rəhbəri

14.05.2024 | 13:25
2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ÜDM istehsal olunub

14.05.2024 | 13:23
“Azərişıq” ASC regionlarda yenidənqurma işlərini davam etdirir- Video

14.05.2024 | 13:21
“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişikliklər edilib - Dəyişiklik

14.05.2024 | 13:13
Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar - Cinayət işi açıld

14.05.2024 | 13:08
Elşad Həsənov “Abad məhəllə”də - Fotolar

14.05.2024 | 13:04
Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydasında dəyişiklik edilib

14.05.2024 | 12:50
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb

14.05.2024 | 12:47
Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik!

14.05.2024 | 12:34
"Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdır" – Elşad Hacıyev

14.05.2024 | 12:23
Fərhad Bədəlbəyli: “Ağladıq, uşaq kimi ağladıq...” - VİDEO

14.05.2024 | 12:21
Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO

14.05.2024 | 12:20
Putin Nikolay Patruşevi özünə köməkçi təyin edib

14.05.2024 | 11:51
Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

14.05.2024 | 11:50
Azərbaycan lideri: ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır

14.05.2024 | 11:49
Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031