Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir

Image


     “Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri uğurla inkişaf edir.  Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində  həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək,  geniş tərkibdə görüşləri,  eyni zamanda, Berlin şəhərində keçirilən  “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.  Cənab İlham Əliyevin keçirilən görüşlərdə, Almaniyanın Federal Kansleri Olaf Şolts ilə birgə mətbuata bəyanatlarında, həmçinin sözügedən tədbirdəki çıxışında diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın bu ilin noyabr ayında COP29-a ev sahibliyi oldu. Ölkəmizin bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğu, COP29-un əməkdaşlığa geniş imkanlar açacağı xüsusi vuğulandı. Dövlətimizin başçısı “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında bildirdi ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Azərbaycanın 4 il Qoşulmama Hərəkatına sədrliyi xüsusi önə çəkildi. Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bu beynəlxalq əlaqələr  həmrəyliyi gücləndirməyə imkan verəcək: “Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır.” Dövlət başçısı, həmçinin bu məqama da diqqəti yönəltdi ki, Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Bu, həmçinin əlavə üstünlükdür. Çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır.”  
       Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
 Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts mətbuata birgə bəyanatlarında ölkələr arasında əlaqələrin inkişafında əsas faktorlardan olan demokratik inkişafa da xüsusi diqqət yönəltdilər: “Mətbuat konfransında jurnalistin ölkəmizdə mətbuat azadlığı və insan hüquqlarının qorunması  ilə bağlı sualını cavablandıran cənab İlham Əliyev bildirdi ki, Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə,  Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar.”
  Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı həm görüşlərdə, həm də sözügedən tədbirdəki çıxışında diqqəti Azərbaycanın tarixi Zəfərinə, ötən üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, Ermənistana təklif etdiyi sülh müqaviləinin imzalanması istiqamətində atılan addımlara və hazırda sülhə nail olmaq üçün yaxşı fürsətlərin olmasına yönəltdi: “Ölkə Prezidenti  jurnalistin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrlə bağlı bəzi detalların guya  şəffaf olmaması ilə bağlı fikirlərinə cavabında “Əslində, sualınız təəccüb doğurur, çünki Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır” söyləyərək bildirdi ki, ayrılan vəsaitlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir.  Müharibə başa çatandan bu ilin sonuna qədər Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat,  təqribən 7 milyard dollar yaxın  vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz qabağındadır. Azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Müharibədən cəmi üç il yarım vaxt keçib. Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq.”
     Millət vəkili diqqəti bu günlərdə ölkəmizdə dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarovun işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarında olaraq görülən işlərlə yaxından tanışlığına da  yönəldib: “Dostluğun, qardaşlağın nümunəsi olaraq Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin  təməlqoyma mərasimində birgə iştirak etdilər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Dövlət başçısı İlham Əliyev bu hədəfi də diqqətə çatdırdı ki, biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik.”
    “Göründüyü kimi, Azərbaycanın hər bir addımı beynəlxalq münasibətlər sistemində rolunun artmasını, sözünün imzası qədər dəyərli olduğunu təsdiqləyir. Sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi olan Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, dostluq mesajlarını ünvanlayır. Dövlət başçısı İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə  birgə mətbuat konfransında bu çağırışı etdi: “Biz istəyirik ki, əldə edilmiş gəlirləri yaşıl enerjiyə sərf edək, bu istiqamətdə addımlar atırıq və COP29 da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçidlə və iqlim dəyişikliyi ilə bağlı”,-deyə  Əliabbas Salahzadə bildirib.







XƏBƏR LENTİ

15.05.2024 | 16:07
Sülhməramlıların komandanı təltif edildi

15.05.2024 | 16:04
Sülhməramlılar Qarabağda sülh üçün səylərini əsirgəməyib - Kərim Vəliyev

15.05.2024 | 16:02
Ürəyinizin sağlam olması üçün bu meyvələri yeyin

15.05.2024 | 15:17
Ermənistanla Slovakiya arasında hərbi əməkdaşlıq MÜZAKİRƏLƏRİ

15.05.2024 | 15:05
Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşdü - FOTO

15.05.2024 | 14:50
Rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ

15.05.2024 | 14:47
Bu gün Beynəlxalq Ailə Günüdür

15.05.2024 | 14:20
Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub

15.05.2024 | 13:55
Sülhməramlıların Qarabağı tərk etməsi ilə bağlı rəsmi AÇIQLAMA

15.05.2024 | 12:15
Reuters: Trampın "Boeing"i Florida hava limanında digər təyyarə ilə toqquşub

15.05.2024 | 12:00
FAO: COP29-da Azərbaycan aqrar-sənayesindəki innovativ işlərini dünyaya nümayiş etdirəcək

15.05.2024 | 11:48
Azərbaycan vətəndaşları dünyanın top 10 universitetlərinə qəbul olub - Nazir

15.05.2024 | 11:46
Energetika naziri Gürcüstana səfər edib

15.05.2024 | 11:43
Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il yekunlaşacaq

15.05.2024 | 10:58
Tramvay Bakıya qayıdır, amma görün hansı yollarla

15.05.2024 | 10:31
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

15.05.2024 | 10:03
İsrail ordusunun itkilərinin sayı açıqlandı

15.05.2024 | 10:02
Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

15.05.2024 | 09:40
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çevriliş təhlükəsi ilə bağlı məlumatların ortaya çıxmasından sonra təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili toplantı keçirib

15.05.2024 | 09:39
Bakının hansı yollarında tıxac var? - SİYAHI

15.05.2024 | 09:32
Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video

15.05.2024 | 08:35
7 ilin ən güclü partlayışı oldu

15.05.2024 | 08:32
ATƏT-in Minsk qrupunun ləğv edilməsinin vaxtıdır.

15.05.2024 | 08:30
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcək

14.05.2024 | 22:13
Nazir Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri ilə görüşdü - FOTOLAR

14.05.2024 | 21:57
Separatçıların həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat daxil olub

14.05.2024 | 21:54
"Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb" - Paşinyan

14.05.2024 | 21:48
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb -Foto

14.05.2024 | 21:38
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb -Fotolar

14.05.2024 | 21:02
Çin nümayəndə heyəti ilə görüşdə

14.05.2024 | 20:55
Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili mövzusunda respublika elmi-praktik konfransı keçirilib

14.05.2024 | 19:30
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur parlamentinin sədri ilə görüşüb

14.05.2024 | 19:26
Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

14.05.2024 | 17:16
Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edən dələduza cinayət işi AÇILDI

14.05.2024 | 17:13
“Yaşı 70-i ötmüş deputatları bir yerə yığıb güllələmək lazımdır” - Aqil Abbas

14.05.2024 | 17:08
Magistratura imtahanı elektron formada keçirilə bilər - AÇIQLAMA

14.05.2024 | 17:04
Qabiliyyət imtahanı verəcək abituriyentlərə vacib xəbər!

14.05.2024 | 17:04
Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb - FOTO

14.05.2024 | 16:55
Azərbaycan İdman Akademiyası publik hüquqi şəxs yaradıldı

14.05.2024 | 16:35
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031