Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb

Image

"Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Dövlət Komissiyasına Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələrindən çox saylı müraciətlər daxil olur".

Gununxeberi.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov apa-ya geniş müsahibəsində deyib.

O bildirib ki, bu müraciətlər iki istiqamətdədir: "Birinci istiqamət itkin düşmüş şəxs kimi qeydiyyatda olan vətəndaşların taleyinin müəyyən olunması ilə bağlı ailələrin intensiv müraciətləridir. Əlbəttə ki, gündəlik iş prosesində biz onlarla davamlı şəkildə və müntəzəm işləyirik. Bununla bağlı Dövlət Komissiyasına həm vətəndaşlar özləri birbaşa müraciətlər edirlər, həm də “81-61” qaynar xəttinə gündəlik müraciətlər olur. Bu həm də onunla bağlıdır ki, Dövlət Komissiyası 2014-cü ildən etibarən itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işini həyata keçirir.


Bu proses nəticəsində təxminən 11 minə yaxın şəxs barədə bioloji nümunələr toplanaraq sistemləşdirilib və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin hərbi hospitalında yaradılmış molekulyar-genetik laboratoriya tərəfindən onların DNT profilləri çıxarılıb. Vətən müharibəsindən əvvəl bioloji nümunə verməyə tərəddüd etmiş insanlar, xaricdə olduğu üçün müraciət edə bilməyən şəxslər hazırkı prosesdə, eyni zamanda, artıq itkin düşmüş şəxslərin bir qisminin taleyi müəyyən olunandan sonra ümidlənərək müraciət etməyə başlayıblar. Sözsüz ki, onlardan bioloji nümunələrin götürülməsi işi həyata keçirilir və bu meyit qalıqlarının eyniləşdirilməsi üçün vacib xarakter daşıyır".

İsmayıl Axundovun sözlərinə görə, müraciətlərin ikinci istiqaməti isə vaxtilə Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə itkin düşmüş yaxınları barədə müraciət etməmiş şəxslərdən daxil olur:

"Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra insanlarda itkin düşmüş yaxınlarının tapılması üçün böyük ümidlər yaranıb. Hazırda ailələr tərəfindən çox saylı müraciətlər davam edir. Paralel olaraq, həm Dövlət Komissiyasına, eyni zamanda, hüquq-mühafizə orqanlarına, xüsusilə Baş Prokurorluğa da müraciətlər daxil olur.

Daxil olmuş müraciətlərin təhlili, onlarla bağlı zəruri araşdırma və sənədləşmə işləri başa çatdırıldıqdan sonra Dövlət Komissiyasının sədri, cənab Əli Nağıyevin müvafiq göstərişinə əsasən artıq 30 nəfər Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Dövlət Komissiyasının əvvəlki statistikasına görə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayı 3890 nəfər idisə, hazırkı statistikaya əsasən bu say artıq 3920 nəfərdir. Ancaq müraciətlərin davam etdiyini nəzərə alsaq, bunun son say olmayacağını deyə bilərik".

İsmayıl Axundov onu qeyd edib ki, artıq ictimaiyyətə açıqlandığı kimi, Vətən müharibəsi dövründə 6 hərbçimiz itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb: "Bundan başqa, Vətən müharibəsindən sonra 2022-ci ilin mart ayında Azərbaycan Ordusunun 2 əsgəri Laçın rayonu ərazisində hava şəraitinin kəskin dəyişməsi şəraitində itkin düşüblər. Əlbəttə ki, qeyd olunan 8 hərbçimiz də itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Beləliklə, ümumi statistik nəticəyə əsasən, hazırda Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sayı 3928 nəfərdir".








XƏBƏR LENTİ

15.05.2024 | 08:32
ATƏT-in Minsk qrupunun ləğv edilməsinin vaxtıdır.

15.05.2024 | 08:30
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcək

14.05.2024 | 22:13
Nazir Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri ilə görüşdü - FOTOLAR

14.05.2024 | 21:57
Separatçıların həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat daxil olub

14.05.2024 | 21:54
"Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb" - Paşinyan

14.05.2024 | 21:48
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb -Foto

14.05.2024 | 21:38
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb -Fotolar

14.05.2024 | 21:02
Çin nümayəndə heyəti ilə görüşdə

14.05.2024 | 20:55
Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili mövzusunda respublika elmi-praktik konfransı keçirilib

14.05.2024 | 19:30
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur parlamentinin sədri ilə görüşüb

14.05.2024 | 19:26
Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

14.05.2024 | 17:16
Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edən dələduza cinayət işi AÇILDI

14.05.2024 | 17:13
“Yaşı 70-i ötmüş deputatları bir yerə yığıb güllələmək lazımdır” - Aqil Abbas

14.05.2024 | 17:08
Magistratura imtahanı elektron formada keçirilə bilər - AÇIQLAMA

14.05.2024 | 17:04
Qabiliyyət imtahanı verəcək abituriyentlərə vacib xəbər!

14.05.2024 | 17:04
Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb - FOTO

14.05.2024 | 16:55
Azərbaycan İdman Akademiyası publik hüquqi şəxs yaradıldı

14.05.2024 | 16:35
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub

14.05.2024 | 16:33
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”

14.05.2024 | 15:59
Müsavat Partiyasının bir neçə gündür itkin düşmüş üzvünün qətlə yetirildiyi məlum olub

14.05.2024 | 15:45
Şərurlu İsfəndiyar: "Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam..."

14.05.2024 | 15:43
Deputat hüquq mühafizə orqanlarına müraciət etdi: "Pensiya verilən gün onları güdürlər..."

14.05.2024 | 15:42
Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ

14.05.2024 | 15:13
Təhsil kreditlərindən yararlanan tələbələrin 59 faizini qızlar təşkil edir

14.05.2024 | 15:10
İcma ATƏT-ə çağırış etdi

14.05.2024 | 14:49
Ceyhun Bayramov ATƏT sədrini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

14.05.2024 | 13:54
"Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb" - XİN rəhbəri

14.05.2024 | 13:25
2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ÜDM istehsal olunub

14.05.2024 | 13:23
“Azərişıq” ASC regionlarda yenidənqurma işlərini davam etdirir- Video

14.05.2024 | 13:21
“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişikliklər edilib - Dəyişiklik

14.05.2024 | 13:13
Qusarda vəzifəli şəxslər meşə torpaqlarını satıblar - Cinayət işi açıld

14.05.2024 | 13:08
Elşad Həsənov “Abad məhəllə”də - Fotolar

14.05.2024 | 13:04
Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydasında dəyişiklik edilib

14.05.2024 | 12:50
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb

14.05.2024 | 12:47
Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik!

14.05.2024 | 12:34
"Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdır" – Elşad Hacıyev

14.05.2024 | 12:23
Fərhad Bədəlbəyli: “Ağladıq, uşaq kimi ağladıq...” - VİDEO

14.05.2024 | 12:21
Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO

14.05.2024 | 12:20
Putin Nikolay Patruşevi özünə köməkçi təyin edib

14.05.2024 | 11:51
Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031