Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı vardır

Image


       Məlum olduğu kimi, Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, sadalamaqla bitməz. Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri sırasında bu gün milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. YAP tarixi zərurətdən, xalqın istəyi ilə yaranan partiyadır. Partiyanın hansı zərurətdən yaranması həm xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətində, həm də Ümummilli Liderin müraciətə "Yeni müstəqil Azərbaycan uğrunda" cavabında öz əksini tapmışdır. Dahi şəxsiyyət bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə edilməsini tələb edir. Əgər hər hansı bir xalq öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur. Ulu Öndər həmin çətin dövrdə Azərbaycanı xilas etməyin yollarını da açıqladı, partiyanın müstəqil dövlətimizin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya biləcəyinə əminliyini ifadə etdi və belə bir partiya yaradılarsa onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirdi.

       Yeri gəlmişkən, Ölkə başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında da milli maraqları hər şeydən üstün tutan 91-lərin fəaliyyətini yüksək dəyərləndirdi: "Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular". Cənab İlham Əliyev onu da qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı: "Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox". 

         Bu məqamda vurğulamaq yerinə düşər ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni mərhələ başladı. Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında dönüş nöqtəsi oldu. Yaranmasından 7 ay sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə YAP iqtidar partiyasına çevrildi. Yarandığı gündən tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində xalqın partiyası kimi nüfuz qazandı. Partiyanın sıraları qısa zamanda kəmiyyət və keyfiyyət baxımından zənginləşdi. Xalqın partiyası kimi nüfuz qazanan YAP-ın proqramında qarşıdakı dövr üçün hədəfləri öz əksini tapdı. Cənab İlham Əliyevin Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Bu partiyanın - Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.

        Xüsusilə qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirir. Cənab İlham Əliyev partiyanın VII qurultayında belə bir inamı da ifadə etmişdir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. 

      Qeyd edək ki, bu ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkiləri bütün məqamlara aydınlıq gətirdi. YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi istər ölkəmizin, istərsə də Yeni Azərbaycan Partiyasının gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Bu qələbə son 20 ilin uğurlarına verilən qiymətin, Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstəyin, həmçinin YAP-ın cəmiyyətdə nüfuzunun təqdimatı oldu. Xalqımız növbəti dəfə Heydər Əliyev siyasətinə səs verdi, qalib Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsinə geniş imkanlar yarandı. 

       Tarixi Zəfərimiz, ötən il həyata keçirilən lokal antiterror tədbirləri ilə suverenliyimizin tam bərpası Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir. Azərbaycanın bugünkü reallıqları Ümummilli Liderin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətini bir daha xatırlatmağa çağırış edir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".  

        Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı vardır. VII qurultayda qəbul olunan yeni qərarlar partiyanın qarşısında geniş imkanlar açıb. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq 2021-ci ildə müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqram işlənib hazırlandı və təsdiqləndi. "Biz birlikdə güclüyük!" devizi altında təsdiqlənən yeni sənəd qarşıdakı dövrün hədəflərinin məcmusudur. İşğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın qayıdışının tam şəkildə həyata keçirilməsi əsas hədəflərdəndir.  Yeni dövr yeni hədəflərlə zəngindir. Azərbaycanın uğurlarından, Ümummilli Liderin misilsiz xidmətlərindən bəhs edərkən Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun fəaliyyətindən danışmamaq mümkün deyil. 2004-cü il 10 may tarixində yaradılan Fond müxtəlif layihələri ilə beynəlxalq aləmin diqqətindədir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla mühüm sosial problemlərin həlli istiqamətində bir-birindən əhəmiyyətli layihələr həyata keçirən Fondun təcrübəsi hər bir təşkilat üçün nümunədir. 

        Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunmasında əvəzolunmaz rol oynayır. Milli sərvətimiz olan muğam sənətinin inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan, belə təşəbbüslər böyük ictimai məna daşıyır. Dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olub. Heydər Əliyev Fondunun hər bir layihəsi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xidmətlərinin təbliğində əhəmiyyətli rola malikdir. Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində bu reallığı xüsusi qeyd etmişdir ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan Azərbaycanda yaşayırıq. Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır. Hər bir xalq hər bir tarixi dövrdə öz qəhrəmanlarının sarsılmaz ruhunu, dəmir iradəsini, cəsarət və qətiyyətini yüksək qiymətləndirir. 

          Ən əsası, biz azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi qəhrəmanı vardır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq! 

Mətləb Hüseynov,

YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri

 

 








XƏBƏR LENTİ

03.05.2024 | 18:38
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər - ŞOK İTTİHAMLAR

03.05.2024 | 18:23
Xəstəxanada 364 min manatlıq mənimsəmə üzə çıxdı,əməliyyat keçirildi

03.05.2024 | 18:22
Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

03.05.2024 | 18:20
Milli Kitabxanada “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb - FOTO

03.05.2024 | 17:44
Milli Məclisdə Filippin parlamentinin komitə sədri ilə görüşlər keçirilib

03.05.2024 | 17:27
Milli Məclisdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüş

03.05.2024 | 17:27
Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir

03.05.2024 | 17:19
"İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb

03.05.2024 | 17:17
İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırılıb?

03.05.2024 | 17:09
Milli Məclisin 2024-cü il 7 may tarixli iclasının gündəliyi

03.05.2024 | 17:03
“Nərimanov”da çəkilən yeni yol və tunel bu kompleksi daha əlçatan edir - VİDEO

03.05.2024 | 16:39
Sloveniyada Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsi anılacaq

03.05.2024 | 16:35
Azərbaycan sülhün, dialoqun tərəfindədir

03.05.2024 | 16:34
Sloveniyada Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsi anılacaq

03.05.2024 | 16:29
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb

03.05.2024 | 16:27
Milli Məclisdə argentinalı deputatla görüş

03.05.2024 | 16:22
ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

03.05.2024 | 15:39
Vilayət Eyvazov İlqar Məmmədovu özünə müşavir təyin etdi - FOTO

03.05.2024 | 15:15
Yunis Səfərovla bağlı yeni QƏRAR

03.05.2024 | 14:00
Kəlbəcərdə ağır qəza - Hərbçilər yaralandı

03.05.2024 | 13:27
Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

03.05.2024 | 13:22
Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır

03.05.2024 | 13:20
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub

03.05.2024 | 12:53
Dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük

03.05.2024 | 12:48
“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

03.05.2024 | 12:44
Azərbaycanda yaşayan insanlar,müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar

03.05.2024 | 12:40
Azərbaycanda "Analar Günü" təsis edilir

03.05.2024 | 12:38
Müdafiə Nazirliyini daha bir rəisi HƏBS EDİLDİ

03.05.2024 | 12:36
Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

03.05.2024 | 12:00
Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilədək 17 min nəfərə qədər artacaq

03.05.2024 | 11:45
Media sosial təcrübənin əsas ötürücüsüdür - Hicran Hüseynova

03.05.2024 | 11:15
"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO

03.05.2024 | 11:15
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - FOTO

03.05.2024 | 11:13
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib

03.05.2024 | 11:11
Bu gündən 1-ci siniflərə qəbulda məktəb və müəllim seçimi BAŞLAYIR

03.05.2024 | 11:10
Milli Kitabxanada “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb

03.05.2024 | 11:03
Bu tarixlərdə İçərişəhərə giriş məhdudlaşdırılacaq

03.05.2024 | 11:00
Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

03.05.2024 | 10:31
UNESCO bir adamın əlində alətə çevrilməməlidir - Hikmət Hacıyev

03.05.2024 | 10:30
Bakının bu yollarında tıxac var - SİYAHI

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031